Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-221/2021 29.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Barəsində inzibat xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1998-ci ildə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, İsmayıllı rayonu, Qubaxəlilli kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X2 daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhər BPİ-nin Dövlət X2 daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2020-ci il tarixdə saat 07:21 radələrində Qaradağ rayonu “Meyvəli” dairəsi ərazisində idarə etdiyi “Renault Megane” minik markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Bu barədə Bakı şəhər BDYPİ YPX inspektoru polis sıravisi X1 tərəfindən xx.xx.2020-ci il tarixdə İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında bir ədəd dəmir bankada olan “Go” adlı spirt tərkibli energetik içki içmişdir. Həmin “Go” adlı mayedə isə spirtin faizi 8% təşkil edir. Həmin içki isə onun mədəsində qıcqırma yaratmışdır. xx xxxxxx 2020-ci il tarixdə isə səhər saatlarında Bakı şəhərinə gələrkən onu YPX əməkdaşları saxlamış və onun spirtli içki içib-içməməsini soruşmuşlar. O isə cavabında dünən axşam bir ədəd “Go” içkisini içdiyini bildirmişdir. Daha sonra isə o alkotester cihazı ilə yoxlanışdan keçmiş və onda yüngül dərəcədə, yəni 0.400% alkoqol sərxoşluğu aşkar edilmişdir. Bundan sonra polis əməkdaşı ona protokolda polisin dedikləri kimi yazmasını, həkimdən keçməkdən imtina etməsini və daha sonra isə imzalamasını bildirmişlər.O əvvəlcə buna etiraz etsə də daha sonra razılaşmışdır. Belə ki, polis əməkdaşı onda çox yüngül dərəcədə alkoqol sərxoşluğu olduğundan sürücüdə məsuliyyət yaranmadığını, aşağı həddə cərimə yazılacağını və daha sonra isə yoluna davam etməsinə icazə veriləcəyini bildirmişdir. O isə həmin polis əməkdaşının onun kimi cavan olduğunu və ona yalan danışmamasına inanıb polis əməkdaşının dediyi kimi izahat yazmış və sənədlərə qol çəkmişdir. Lakin artıq barəsində protokolun tərtib edildiyini və polis əməkdaşının onun sənədlərini ona qaytarmamasını görüb aldadıldığını anlamış və barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola imza çəkməkdən imtina etmişdir. O öz izahatında əlavə suallara cavab olaraq bidlirmişdir ki, alkotester vasitəsi ilə yoxlanıldıqda hər hansı bir hal şahidi orada iştirak etməmiş və dəvət edilməmişdir. Bundan başqa o, polis əməkdaşının sözlərinə inandığından izahatı onun dediyi kimi yazmışdır ki, o sonradan yoluna davam edə bilsin. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X5 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə işə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X3 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 07:11-də müayinə olunan Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Həmçinin protokolda sürücü “həkimə ehtiyac olmadığını” qeyd etmiş və protokolu imzalamışdır. - Tibbi müayinə protokoluna əlavə edilmiş xüsusi texniki vasitənin hesabatından görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 07:11-də keçirilən müayinəsi zamanı onda alkoqolun miqdarı 0,460% olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində İXM-nin 333.1-ci maddəsinə münasibətdə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə prosessual hərəkətlər barəsində hal şahidlərinin qeydləri protokolda göstərilir. İş materiallarını nəzərdən keçirərkən müəyyən edilir ki, Şəxs barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas yalnız “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokol olmuşdur. Qeyd edilən protokoldan və inzibati xəta haqqında protokoldan aydın olur ki, sərxoşluq vəziyyətinin müayinəsi zamanı hal şahidlərinin iştirakı təmin edilməmiş, bununla bağlı müvafiq qeydlər aparılmamışdır. Bundan başqa araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən protokolla tanış olmaqdan və protokola imza etməkdən imtina etdiyi halda onu sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədilə həkim müayinəsindən keçirilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 333-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-221/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-221/2021
29.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver