Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2210/2023 17.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X4 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X6, borclu Şəxs barəsində protokol tərtib edərək, Şabran Rayon Məhkəməsinin 2(031)-843/2020 saylı, 07 dekabr 2020-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(103)-2224/2022 saylı icra vərəqələrini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X6 izahat verərək bildirmişdir ki, Şabran Rayon Məhkəməsinin 2(031)- 534/2020 saylı 22 iyul 2020ci il tarixli qətnaməsinə əsasən 07 mart 2020-ci il təvəllüdlü X1 üçün X2 ödənilməli olan 130 manat alimentin miqdarı artırılmış, cavabdeh Şəxs hər ayda 150 (yü əlli) manat sabit pul məbləğində aliment tutularaq 07 mart 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı X2 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 21 aprel 2022-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park 3, bina 28 mənzil 38 yerləşən aşağıda adları çəkilən əşyaların cavabdeh Şəxs alınaraq iddiaçı X2 qaytarılması qət edilmişdir: Mebel yataq dəsti 1000 manat, miz 1 ədəd 250 manat, stul 4 ədəd 80 manat, ütü masası 1 ədəd 35 manat, lüstür 1 ədəd 70 manat, yastıq sintofon 2 ədəd 30 manat, yorğan döşək dəsti 300 manat, çörək peçi 1 ədəd 100 manat, pakrıval 1 ədəd 100 manat, çamadan 1 ədəd 35 manat, dəmir çaynik 1 ədəd 23 manat, divar saatı 1 ədəd 22 manat, tefal qazan 1 ədəd 44 manat, cuqun qazan dəsti 35 manat, dəm çayniki 1 ədəd 8 manat, qranit tava 2 ədəd 12 manat, 1 dəst rumka 11 manat, kasa 6 ədəd 10 manat, çini kasa dəsti (2 ədəd sınmış istisna olmaqla)1 ədəd 15 manat, çini maskura dəsti 15 manat, çini qənddan dəsti 10 manat, doğrayan 25 manat, iki ədəd balış 20 manat, nalça 4 ədəd 30 manat, kaşmir xalça 180 manat, xalça 150 manat, dərin boşqab 6 ədəd 25 manat, pərdə 12 metr 150 manat dəyərində olan cehiz əşyalar, nişan üzüyü 725 əyyar brilliyant qaşlı 4 qram- 450 manat, 725 əyarlı, 25 qram çəkidə üzük sırğa və kulon dəstinin, bilərziyin dəyəri 1700 manat, boyunbağı (sep) 725 əyyar italyan qızıl 5 qram-350 manat dəyərində olan qızıl-zinət əşyaları. Dəyəri 150 manat olan 1 ədəd ətçəkən maşın, dəyəri 35 manat olan 1 ədəd ütü, dəyəri 160 manat olan 1 ədəd tozsoran, dəyəri 20 manat olan 1 ədəd tefal elektrik çayniki, dəyəri 20 manat olan 1 ədəd qozçəkən maşın, dəyəri 15 manat olan 1 ədəd naçnik, dəyəri 350 manat olan 1 ədəd televizor (Şivaki), dəyəri 15 manat olan 1 ədəd çaşka dəsti, dəyəri 15 manat olan 1 ədəd çini kasa dəsti, dəyəri 10 manat olan 1 ədəd armudu stəkan-nəlbəki dəsti, dəyəri 25 manat olan 25 ədəd xörək boşqabı. Yuxarıda göstərilən əmlaklarından hər hansı biri mövcud olmadıqda onların dəyəri cavabdeh Şəxs alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra qanunvericiliklə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclu icra sənədini tam icra etməyərək indiyədək aliment borcundan cəmi 7698 manat ödəniş etmişdir, 3062 manat aliment borcu isə qalmaqdadır. Bundan başqa yuxarıda qeyd edilən əşyalar isə tələbkara təhvil verilmədiyindən həmin əşyalar üzrə 3470 manat borcu qalmaqdadır. Qaradağ rayon Məhkəməsinin 3(002)-396/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Həmin Məhkəmənin 3(002)-831/2022 saylı 25 iyul 2022-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Odur ki, bütün bunların nəzərə alınaraq borclu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs öz izahatında bildirmişdir ki, borcundan xəbəri vardır, belə ki, indiyədək aliment borcu ödənişindən yayınmamış, indiyədək borcundan 7698 manat ödəniş etmişdir. Böyrəkləri xəstə olduğu üçün işləyə bilmir, buna görə də aliment ödənişlərini vaxtlıvaxtında etsə də bu ödənişləri tam ödəyə bilməmiş, nəticədə 3062 manat aliment borcu yaranmışdır. O, aliment borcundan mütəmadi olaraq hissə-hissə müəyyən ödənişlər etdiyini, hal-hazırda heç bir maddi imkanının olmadığını, vaxt veriləcəyi təqdirdə qalan aliment borcundan və qaytarmalı olduğu əşyaların dəyərinə münasibətdə nəzərdə tutulmuş pul vəsaitindən kifayət qədər ödənişlər edəcəyini bildirmişdir. O barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun, böyük icra məmurunun və tələbkarın izahatlarından aydın olur ki, Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdər ki, icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları və inzibati xəta haqqında tərtib edilmiş 17 oktyabr 2023-cü il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməməkvə böyük icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından uzun müddət keçməsinə baxmayaraq qətnaməni icra etməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borcun ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlil də gətirməmiş, əksinə öz izahatı və hərəkətləri ilə yaranmış borcunu ödəməyəcəyini bir daha nümayiş etdirmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya çərçivəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 17 oktyabr 2023-cü il tarixdən saat 17:30-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2210/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2210/2023
17.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver