Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2214/2023 18.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X7, Qaradağ RPİ-nin 38-ci PB-nın CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qayataran oğlunun iştirakları ilə, xx xxxxxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Qayataran oğlunun Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan aydın olur ki, Şəxs 18 oktyabr 2023-cü il tarixdə, saat 01:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsində polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq tabesizlik göstərmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 18 oktyabr 2023-cü il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X11 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 18 oktyabr 2023-cü il tarixdə, saat 01:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsində yerləşən “Deluxe” çay evində polisin qanuni tələblərinə tabe olmayaraq tabesizlik göstərmişdir. Belə ki, 18 oktyabr 2023-cü il tarixdə, Qaradağ RPİ-nin 38-ci PB-nın CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru X5, Qaradağ RPİ-nin 38-ci PB-nin rəis müavini, polis polkovnik-leytenantı X12 və PB-nin C/A üzrə əməliyyat müvəkkili, polis baş leytenantı X8 inzibati ərazidə hüquq qaydalarının qorunması və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbir keçirən zaman Şəxs saat təxminən 01:00 radələrində narkotik vasitələrin isdifadəsində şübhəli bilinən "Yapon" ləqəbli X4 ərazidən qaçmasına şərait yaratmaqla tədbir keçirən polis əməkdaşalarının fəaliyyətinə mane olmuş, onlar vətəndaşı polisə tabe olmağa dəvət etdikdə isə polis əməkdaşlarına qarşı tabesizlik göstərmiş, buna görə də Qaradağ RPİ-nin PPXB-nın əməkdaşları tərəfindən 38ci PB-ya gətirilmişdir. Nəticədə Şəxs barəsində Qaradağ RPİ-nin 38-ci PB-nın sahə inspektoru, polis mayoru X14 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 18 oktyabr 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 38-ci PB-nın CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru X5 öz izahatında göstərmişdir ki, 18 oktyabr 2023-cü il tarixdə, Qaradağ RPİ-nin 38-ci PB-nin rəis müavini, polis polkovnik-leytenantı X12 və PBnin C/A üzrə əməliyyat müvəkkili, polis baş leytenantı X8 ilə birlikdə inzibati ərazidə hüquq qaydalarının qorunması və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbirlər zamanı saat təxminən 01:00 radələrində narkotik vasitələrin isdifadəsində şübhəli bilinən "Yapon" ləqəbli X6 iki nəfər tanımadıqları şəxslə birlikdə Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsində yerləşən "Deluks" çay evinə girdiklərini görüb onlara yaxınlaşmışlar. Özlərini onlara təqdim edib R.Məmmədova müraciət etmək istəyən zaman, onun yanında olan tanımadığı şəxs onlara maneçilik törətməyə başlamışdır. Onlar bir daha həmin şəxsə polis əməkdaşı olduqlarını və onun yanında olan şəxsin narkotik vasitələrin qəbulunda şübhəli olduğunu bildirsələr də o, əl-qol ataraq polisin qanuni tələbinə tabe olmamış və öz hərəkətləri ilə R.Məmmədovun hadisə yerindən qaçmasına şərait yaratmışdır. Bu səbəbdən onlar xidmətdə olan PPX-nin 6755 çağırışlı naryadını köməyə çağırmış və onların köməyi ilə həmin şəxsləri PB-na gətirmişlər. Polis Bölməsində məlum olmuşdur ki, həmin şəxslər 23 oktyabr 1987-ci il təvəllüdlü Şəxs və 21 aprel 1997ci il təvəllüdlü X3r. Hal-hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, Bakı şəhəri, ünvan 1 ailəsi ilə birlikdə yaşayır, subaydır. 18 oktyabr 2023-cü il tarixdə, axşam saat 23:24 radələrində qəsəbədə tanışı Rövşən adlı şəxslə görüşüb “Deluxe” kafesində içki içmək qərarına gəlmişlər. Onlar kafedə təxminən bir saat oturduqdan sonra Sahil qəsəbəsində “Yapon” ləqəbi ilə tanıdığı X1 gəlmiş və onların yanında əyləşmişdir. Elə bu vaxt mülki geyimdə olan beş-altı nəfər içəri girmiş və Rəşad Məmmədovu kafedən götürüb aparmağa çalışmışlar. O həmin şəxslərdən kim olduqlarını və onlarla birgə əyləşmiş şəxsi niyə aparmağa çalışdıqları soruşduqda sonradan polis əməkdaşı olduğunu bildiyi şəxslər ona qarşı da kobud davranaraq əraiziyə digər polis əməkdaşlarını çağıraraq onu da zorla 38-ci PB-ya aparmışlar. Bölmədə otaqların birində həmin beş altı nəfər şəxs onu təpiklə vuraraq boyun, qarın boşluğu nahiyyəsindən və böyrəyinə xəsarətlər yetirmişlər. Həmin şəxslərin adlarını bilməsə də üzdən görəcəyi halda tanıya biləcəyini bildrimişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati materiala əlavə edilmiş 18 oktyabr 2023-cü il tarixli, AZA 011431 saylı “inzibati qaydada tutma haqqında” protokoldan aydın olur ki, Şəxs yuxarıda qeyd olunan inzibati pozuntu ilə əlaqədar 18 oktyabr 2023-cü il tarixdə saat 01:20-də tutulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsin “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair” 18 oktyabr 2023-cü il tarixli, 2/39827 nömrəli protokoldan aydın olur ki, Şəxs həmin gün müayinədən keçirilərkən onda yüngül dərəcə alkoqol sərxoşluğu aşkar edilmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cü maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Qayataran oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs Qayataran oğlu inzibati qaydada tutulmadan dərhal azad edilsin. Şəxs Qayataran oğlunun aldığı fiziki xəsarətlərlə bağlı müvafiq araşdırma aparılması üçün qərarın və materialın surəti Qaradağ rayon prokuroruna göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2214/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2214/2023
18.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver