Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-222/2022 14.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis kapitanı X2, BDYPİ YPX inspektoru, polis baş serjantı X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1993-cü ildə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-dən daxil olmuş materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan aydın olur ki, Şəxs 14 fevral 2022-ci il tarixdə, saat 12:10 radələrində Qaradağ rayonu, Lökbatan dairəsində YPX-nin polis baş serjantı X3 qanuni tələbinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 14 fevral 2022-ci il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis kapitanı X4 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, 14 fevral 2022-ci il tarixdə, saat 12:10 radələrində YPX-nin polis baş serjantı X1 əmrinə tabe olmayaraq yük maşınlarını polis əməkdaşlarının üstünə sürmüşdür. Nəticədə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 14 fevral 2022-ci il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən BDYPİ YPX inspektoru, polis baş serjantı X5 bildirmişdir ki, 14 fevral 2022-ci il tarixdə saat təxminən 12:10 radələrində Bakı-Qazax yolunun 14-cü kilometrində BDYP-nin 14 saylı Siqnal duracaq məntəqəsinin qarşısında rəhbərlik tərəfindən verilmiş Bakı şəhərinə Yük avtomobillərinin hərəkətinin 07:30-19:30 radələrində qarşısının alınması ilə bağlı göstərişinin icrası ilə əlaqədar xidmətdə olmuşdur. “DAF” və “MAN” markalı ** JU *** və ** İM *** dövlət nömrə nişanlı qoşqulu smentavoz avtomobillərinin Bakı şəhərinə hərəkətinin qarşısını almaq məqsədilə saxlama işarəsi vermiş, lakin hər iki sürücü saxlama işarəsinə əməl etməyərək yolun sol kənarına çıxmaqla nəqliyyat vasitələrini onun üstünə sürmüşlər. Bundan sonra hər iki sürücü Bakı şəhəri istiqamətində hərəkətlərini davam etdirmiş, onları patrul avtomobilinin köməyi ilə yolun dar hissəində saxlatmağa müvəffəq olmuşdur. O sürücülərə saat 19:30-a qədər Bakı şəhərinə yük avtomobillərinin girişinin qadağan olduğunu bildirmiş , lakin onlar polisin qanuni tələblərinə tabe olmadıqları üçün onları X8 Alayının əməkdaşlarının köməyi ilə polis bölməsinə aparmışdır. Bütün bunlara əsasən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs öz izahatında qeyd etmişdir ki, “Azlogistika” şirkətində sürücü işləməklə, həmin şirkətə məxsus ** İM *** dövlət qeydiyyat nişanlı, “DAF” markalı yük avtomobilini idarə edir. 14 fevral 2022-ci il idarə etdiyi yük maşını ilə Qaradağ rayonu Lökbatan qəsəbəsi istiqamətində hərəkət edirmiş. Yolda tıxac olduğuna görə yolun sol zolağına çıxmış polis əməkdaşlarının saxla əmrinə tabe olaraq yük avtomobilini sağa çəkib saxlamışdır. Polis əməkdaşı əsəbiləşərək dubinkayla avtomibili vurmuş, və Lökbatan qəsəbəsinə daxil olmağa icazə olmadığını bildirmişdir. Daha sonra kömək üçün digər polis əməkdaşlarını çağıraraq onu polis bölməsinə aparmışlar. Lakin həmin vaxt o, polis əməkdaşlarının üstünə maşın sürməmişdir. O səhvini başa düşdüyünü, peşiman olduğunu və gələcəkdə belə hallara bir daha yol verməyəciyinə söz vermişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-222/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-222/2022
14.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver