Məhkəmə qərarları › İş №3(002)-2221/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2221/2023

19.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2221/2023 19.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X11, X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 05 avqust 1983-cü ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evil, orta təhsilli, Ağdam rayonu, Qasımlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin icra məmuru X15, borclu Şəxs barəsində protokol tərtib edərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3699/2022 saylı, 13 iyul 2023-cü il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qaradağ rayon İcra şöbəsinin icra məmuru X15 izahat verərək bildirmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3699/2022 saylı, 13 iyul 2023-cü il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 oktyabr 2014cü il tarixli 2(001)-10218/2014 saylı qətnaməsi ilə 08 aprel 2007-ci il təvəllüdlü X6, 20 avqust 2008-ci il təvəllüdlü X9 və 23 may 2010-cu il təvəllüdlü X2 üçün X12 tutulan alimentin miqdarı artırılmış, hazırkı qətnamə qanuni qüvvəsinə mindiyi gündən hesablanmaqla 08 aprel 2007-ci il təvəllüdlü X1 üçün Şəxs hər ay 100 manat aliment X7 xeyrinə tutulması, hazırkı qətnamə qanuni qüvvəsinə mindiyi gündən hesablanmaqla 20 avqust 2008-ci il təvəllüdlü X4 üçün Şəxs hər ay 100 manat alimentin X7 xeyrinə tutulması, hazırkı qətnamə qanuni qüvvəsinə mindiyi gündən hesablanmaqla 23 may 2010-cu il təvəllüdlü X3 üçün Şəxs hər ay 100 manat aliment X7 xeyrinə tutulması qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra 13 sentyabr 2022-ci il tarixdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclu son on üç aydır ki, aliment borcundan ödəniş etməmiş, bu günə kimi, yəni 19 oktyabr 2023-cü il tarixədək aliment borcundan cəmi 760 manat ödəniş etmiş və bu günə qalan aliment borcu 3128 manat təşkil edir. Bundan başqa o borclu ilə telefon vasitəsilə əlaqə saxladığını və onu Qaradağ rayon İcra Şöbəsinə dəvət etdiyini, lakin borclunun icra məmurunun çağırışlarına cavab vermədiyini bildirmişdir. Bundan başqa borclu bu günkü məhkəmə iclasına məcburi axtarışla gətirilmişdir. Odur ki, bütün bunların nəzərə alınaraq borclu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X13 öz izahatında Şəxs aliment borcunu tam ödəməsini, bu baş vermədikdə isə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs öz izahatında bildirmişdir ki, borcundan xəbəri vardır. Hal-hazırda başqası ilə ailəli olmaqla himayəsində iki azyaşlı uşağı var, özü ofisinat işləməklə aldığı məvacib özünün və ailəsinin ehtiyaclarını ödəməyə imkan vermir, lakin şərait yaradılcağı təqdirdə aliment borcundan kifayət qədər ödənişlər edəcəkdir. Odur barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun, icra məmurunun və tələbkarın izahatlarından aydın olur ki, Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdər ki, icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları və inzibati xəta haqqında tərtib edilmiş 19 oktyabr 2023-cü il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməməkvə böyük icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından uzun müddət keçməsinə baxmayaraq qətnaməni icra etməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borcun ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlil də gətirməmiş, əksinə öz izahatı və hərəkətləri ilə yaranmış borcunu ödəməyəcəyini bir daha nümayiş etdirmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya çərçivəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 19 oktyabr 2023-cü il tarixdən saat 18:10-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar