Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2223/2023 20.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Qaradağ rayon İcra şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, 17 dekabr 1977-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Füzuli rayonu, Alıxanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Şəxs 5000 ABŞ dolları və 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı X1 xeyrinə ödənilməsinə dair Füzuli Rayon Məhkəməsinin 2(064)-138/2021 saylı, 08 fevral 2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən qəsdən yayınmışdır. Qeyd edilənlərlə bağlı Qaradağ rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulan MN ******* saylı, 20 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qaradağ rayon İcra şöbəsinin icra məmuru X4 məhkəmə iclasında bildirmişdir ki, icra sənədi icra olunması üçün Qaradağ rayon İcra şöbəsinə göndərilmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmış, lakin icra sənədi onun tərəfindən icra edilməmişdir. Belə ki, borcluya rəsmi xəbardarlıq olunmasına baxmayaraq icra şöbəsinə gəlməmişdir. Borclu borcundan bu günə qədər 1000 manat ödəniş etmiş və avqust sentyabr ayları üzrə 500 manat ümumilikdə 1000 manatın tələbkara ödənilməsini təklif etmiş, lakin tələbkar pulu götürməkdən imtina etmiş, həmçinin pulun köçürülməsi üçün hesab təqdim etməmişdir.Bununla da, borclu Şəxs borcu tam ödəmədiydən öz hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərini özündə əks etdirən inzibati xətanı törətdiyi üçün barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, hal-hazırda yanacaqdoldurma məntəqəsində operator işləyir. 400 manat maaş və 80 manat isə müharibə iştirakçısına görə müavinət alır. Başqa gəlirləri yoxdur. 12 iyul 2023-cü il tarixdə borcundan 1000 manat ödəniş etmişdir. Qalan borcundan da 1000 manat pul ödəməyə hazırdır. Lakin tələbkar məbləğlə razılaşmadığından pulu təqdim edə bilməmişdir. Bu barədə icra məmuruna da bildirmiş, lakin ona məbləği köçürmək üçün müvafiq hesab nömrəsi verilməmişdir.Başqa gəlir yeri yoxdur.Qalan borcunu da ayda 500 manat ödəyərək bağlayacaq. Qeyd etdiklərinə əsasən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını dinləyərək hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati protokol tərtib edilərkən Şəxs borc öhdəliyini birdəfəlik icra etmək imkanına sahib olub-olmadığı araşdırılmamış və onun icra sənədini üzürsüz səbəbdən icra etməməsi barədə səhv qənaətə gəlinmişdir. Məhkəmə araşdırması zamanı borclu Şəxs qəsdən olaraq icra səndinin icrasından qərəzli şəkildə boyun qaçırması halı müəyyən edilməmişdir. Belə ki, Şəxs qəsdən olaraq icra sənədinin icrasından boyun qaçırmamış, 12 iyul 2023-cü il tarixdə borcundan 1000 manat məbləğində ödəniş etmiş və bundan başqa 1000 manat məbləğində pulu ödəmək üçün tələbkara təklif etmişdir. Lakin ondan asılı olmayan səbəbdən,yəni qeyd edilən məbləğlə tələbkar razılaşmadığından, həmçinin pulun köçürülməsi üçün müvafiq hesab nömrəsi verilmədiyindən, həmin məbləği ona təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzürsüz səbəbdən qərəzli şəkildə icra etməməklə əlaqədar Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanları əsasən və Azərbaycan Respublikası İXM-nin 114-cü, 115-ci, 128-130 maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-2223/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2223/2023
20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver