Məhkəmə qərarları › İş №3(002)-2223/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2223/2024

06.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2223/2024 06.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X3 Tekstil Sanayi ve Ticaret Limited Şirketi»-nin Azərbaycan Respublikasındakı Fililalınin nümayəndəsi Nümayəndə və vəkil X1 iştirakları ilə, «X3 Tekstil Sanayi ve Ticaret Limited Şirketi»-nin Azərbaycan Respublikasındakı Fililalı barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətindən daxil olmuş inzibati materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «X3 Tekstil Sanayi ve Ticaret Limited Şirketi»-nin Azərbaycan Respublikasındakı Fililalı -nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən inzibati protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Qaradağ rayon Məhkəməsinə daxil olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən tərtib edilmş MN serialı, ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan və iş materiallarından görünür ki, hüquqi şəxs «X3 Tekstil Sanayi ve Ticaret Limited Şirketi»-nin Azərbaycan Respublikasındakı Fililalının qanuni təmsilçisi Necati Gürel Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozaraq X8 X3 Tekstil Sanayi ve Ticaret Limited Şirketi»-nin Azərbaycan Respublikasındakı Fililalında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müvafiq işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, hüquqi şəxs «X3 Tekstil Sanayi ve Ticaret Limited Şirketi»-nin Azərbaycan Respublikasındakı Fililalı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X7 protokolu müdafiə edərək «X3 Tekstil Sanayi ve Ticaret Limited Şirketi»-nin Azərbaycan Respublikasındakı Fililalı barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş «X3 Tekstil Sanayi ve Ticaret Limited Şirketi»-nin Azərbaycan Respublikasındakı Fililalının vəkili X5 bildirmişdir ki, X3 Tekstil Sanayi ve Ticaret Limited Şirketi»-nin Azərbaycan Respublikasındakı Fililalı barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur.Belə ki, inzibati araşdırmanın aparılacağı ilə bağlı bildiriş şirkətin rəhbəri Necati Gürelə göndərilməmiş, o inzibati araşdırmaya cəlb edilməmiş, ona tərcüməçi təyin edilməmiş onun izahatı alınmamış və bununla da onun müdafiə hüququ pozulmuşdur. «X3 Tekstil Sanayi ve Ticaret Limited Şirketi»-nin Azərbaycan Respublikasındakı Fililalının nümayəndəsi Nümayəndə bildirmişdir ki, əmək müqaviləsini faktiki olaraq şikayət verən şəxs X10 özü elektron sistemə işləməli olmuş, lakin texniki səbəblərdən müqavilə sistemə gec işlənmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X10 bildirmişdir ki, qeyd edilən şirkətdə mühasib işləmişdir və müqavilələri sistem vaxtaşırı o işləmişdir.Yeni işçi olduğundan təcrübəsizlikdən öz müqaviləsini sistemə gec işləmişdir. Məhkəmə, proses iştirakçılarınının izahatlarını dinləyib, iş materiallarını və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, «X3 Tekstil Sanayi ve Ticaret Limited Şirketi»-nin Azərbaycan Respublikasındakı Fililalı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında şahid X10 izahatında işə qəbul edilməsi barədə müqaviləni təcrübəsizliyi ucbatından elektron sistemə gec işlədiyini bildirsə də məhkəmə hesab edir ki, «X3 Tekstil Sanayi ve Ticaret Limited Şirketi»-nin Azərbaycan Respublikasındakı X2 ilə müqavilənin Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə riayət etməklə bağlanmasına faktiki olaraq nəzarət etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.2-ci əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.1.), hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.2.), hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.3.), bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi (18.2.4) tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları, törədilmiş inzibati xətanın xarakterini və hüquqi şəxs tərəfindən qeyd olunan inzibati xətanın ilk dəfə törədilməsini nəzərə alaraq hesab edir ki, «X3 Tekstil Sanayi ve Ticaret Limited Şirketi»-nin Azərbaycan Respublikasındakı Fililalı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsi daha məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 48-51, 114, 128-130 və 192.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «X3 Tekstil Sanayi ve Ticaret Limited Şirketi»-nin Azərbaycan Respublikasındakı Filialı İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar