Məhkəmə qərarları › İş №3(002)-2225/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2225/2023

20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2225/2023 20.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi yol-patrul xidməti inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxxx 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 334-1.1-cü maddəsi ilə təqsirləndirilməsinə dair materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 17 oktyabr 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan və iş materiallarından aydın olur ki, Şəxs 16 oktyabr 2023-cü il tarixdə, idarə etdiyi «VAZ 21214» markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən saat 23:22 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə saxlanılarkən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, o cümlədən nəqliyyat vasitəsini narkotik sərxoşluğu altında idarə etdiyi müəyyən edilmişdir. Buna görə də Şəxs barəsində İXM-nin 329.3-cü, 332.2-ci və 334-1.1-ci maddələrinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi yol-patrul xidməti inspektoru X2 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs hüquqi əsası olmadan idarə etdiyi «VAZ 21214» markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtomobil ilə 16 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində saxlanılarkən yoxlama zamanı sürücülük hüququnun və avtomobilə aid etibarnaməsinin olmadığı aşkar edilmişdir. Sürücünün narkotik sərxoşluğu halında nəqliyyat vasitəsini idarə etdiyinə dair şübhələr yarandığından saat təxminən 16:10 radələrində ərazi narkoloji dispanserə aparılmış, orada sürücüdən götürülən analizə əsasən onun həqiqətən də nəqliyyat vasitəsini narkotik vasitələrdən istifadə nəticəsində yaranmış sərxoşluq vəziyyətində idarə etdiyi müəyyən olunmuşdur. Bununla da Şəxs İXM-nin 329.3-cü, 332.2-ci və 334-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaya yol vermişdir. Bütün bunların nəzərə alınaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini və barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında törətdiyi əməli etiraf edərək göstərmişdir ki, əvvəllər bir neçə dəfə narkotik vasitə sayılan marixuanadan istifadə etmişdir. O öz izahatında sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etdiyini, törətdiyi əməldən peşiman olduğunu bildirirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materialına əlavə olunmuş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarına əlavə 16 oktyabr 2023-cü il tarixli, 1/4594 nömrəli tibbi müayinə aktından aydın olur ki, Şəxs tibbi müayinədən keçirilərkən onda alkoqol sərxoşluğu vəziyyəti olmamış, lakin THC (tetrahidrokannabioid) qəbulu nəticəsində yaranmış sərxoşluq vəziyyəti faktı aşkar edilmişdir. Məhkəmə iş materillarını araşdıraraq və işdə iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə ona cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-ci maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə otuz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 334-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar