Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2226/2025 30.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Bakı Baş Gömrük İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük idarəsindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara və inzibati xəta haqqında protokola əsasən, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqar İdarəsinin Əməliyyat şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-1100/029/028496 nömrəli raportda qeyd edilmişdir ki, Almaniya Federativ Respublikasından Şəxs MMC-nin adına 34MUE159/34AD5890 nömrəli yük avtomaşınında daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********8951 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən yükə xx.xx.2025-ci il tarixdə İpək Yolu gömrük postunda gömrük baxışı keçirilmişdir. Gömrük baxışı zamanı **********8951 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan Alman mənşəli brutto çəkisi 232.6 kq olan “Geniosil GF9” markalı boya xam maddəsi ilə bərabər bəyan olunmaya brutto çəkisi 1000 kq olan “Geniosil STP-E 10” markalı xam maddəsi aşkar edilmişdir. BBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 34EC1357/34GA7890 nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş yükə xx.xx.2020-ci il tarixdə “İpək Yolu” gömrük postunda baxış keçirilmişdir. Baxış zamanı həmin nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə aid Şəxs MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********2717 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsində “Qara metallardan metal konstruksiyalar: metal tikinti ağacları, taxtabəndlər, dayaq divarları və ya saxta bərkidiciləri üçün borular, Malın adı: Scaffolding Tube G 48x3.2 (1=300 cm) - 546 ədəd” kimi bəyan olunan mallardan əlavə 91 ədəd üzərində “X3 G 300” sözü yazılan boru yükü müəyyən edilmişdir. Bakı Baş Gömrük İdarəsinin İpək Yolu gömrük postunda qeyd olunan faktla bağlı tərtib olunmuş xx.xx.2025ci il tarixli akt və yoxlama haqqında protokolda brutto çəkisi 1000 kq olan “Genosil STP-E 10” markalı xam maddəsinin gömrük orqanına bəyan edilməməsi göstərilib. Faktla bağlı kifayət qədər biliyə və bacarığa malik olan, işin nəticəsində maraqlı olmayan iş üzrə əhəmiyyətli olan halların müəyyən edilməsi məqsədi ilə xx.xx.2025-ci il tarixli qərarla mütəxəssis təyin edilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 244 nömrəli mütəxəssis rəyinə əsasən mallara gömrük yoxlaması keçirilən zaman bəyan olunmadığı aşkar olunan brutto çəkisi 1000 kq olan “Geniosil STP-E 10” markalı xam maddəsi yükünün dəyəri 17000 AZN olaraq müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X2 bildirmişdir ki, qarşı tərəf göndərilən mallara dair sənədləri göndərərkən sənədlərdə yalnız “Geniosil GF9” markalı boya xam maddəsi qeyd olunmuşdur, bu barədə qarşı tərəfə məlumat vermişlər. Onlar isə həmin malları göndərməyi unutduqlarını növbəti dəfə göndərəcəklərini bildirmişlər. Gömrük yoxlaması zamanı isə həmin mallar gömrük əməkdaşları tərəfindən aşkar edildikdə həmin malın göndərildiyi onlara məlum olmuşdur. Nəzərə alınmasını xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onların nümayəndəsi, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında materiala inzibati xəta haqqında protokolu tərtib edən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki Şəxs MMC tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallarla tam təsdiq olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallardan əlavə, bəyan olunmayan yük aşkar olunmuşdur, bununla da qeyd edilən hərəkətlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsilə tövsif olunmalı və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat zamanı toplanmış sənədləri tədqiq edərək hesab edir ki, hüquqi şəxs olan Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin maddə ilə müəyyən edilmiş sanksiya çərçivəsində barəsində cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin malların dəyərinin yəni, 17000 (on yeddi min) manat məbləğinin 50 (əlli) faizi, yəni 8500 (səkkiz min beş yüz) manat miqdarında cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-2226/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2226/2025
30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver