Məhkəmə qərarları › İş №3(002)-2229/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2229/2025

19.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2229/2025 19.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «NS Fruit” MMC-nin səlahiyyətli nümayəndəsi X5 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «NS Fruit” MMC-nin (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Qaradağ Rayon Məhkəməsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən «NS Fruit” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş üzrə EP ******* saylı, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, “Xocasən” gömrük postundan daxil olmuş 3-33-1100/027/025562 saylı xx.xx.2025-ci il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, X1 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ Meyvəli bazarı ünvanında qeydiyyatda olan Şəxs adına daxil olan 97AP292/96AD658 nömrəli yük nəqliyyat vasitəsi ilə daşınan və xx.xx.2025-ci il tarixli **********1726 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yüklər həmin MMC-nin anbarında yoxlanılan zaman gömrük orqanına təqdim olunan **********1726 nömrəli gömrük bəyannaməsi və onunla birgə təqdim olunan sənədlərdə yer sayı 830, bruttosu 14350 kq, nettosu 13280 kq limon, yer sayı 80, bruttosu 1390 kq, nettosu 1280 kq portağal (mənşə: Cənubi Afrika Respublikası), yer sayı 210, bruttosu 3630 kq, nettosu 3360 kq portağal (mənşə: Misir Ərəb Respublikası), yer sayı 240, bruttosu 2450 kq, nettosu 2160 kq kivi, yer sayı 220, bruttosu 2500 kq, nettosu 2200 kq yükləri bəyan olunduğu halda, yoxlama zamanı limon yükünün yer sayı 830, bruttosu 13976 kq, nettosu 12397 kq, portağal yükünün (mənşə: Cənubi Afrika Respublikası) yer sayı 80, bruttosu 1285 kq, nettosu 1202 kq, portağal yükünün (mənşə: Misir Ərəb Respublikası) yer sayı 210, bruttosu 3168 kq, nettosu 2973 kq, kivi yükünün yer sayı 240, bruttosu 2580 kq, nettosu 2412 kq, mandarin yükünün yer sayı 220, bruttosu 2411 kq, nettosu 2200 kq müəyyən olunmuşdur. Eyni zamanda, **********1726 nömrəli gömrük bəyannaməsi və onunla birgə təqdim olunan sənədlərdə adı qeyd olunmayan yer sayı 79, bruttosu 966 kq, nettosu 875 kq olan “kokos drink” yükü aşkar olunmuşdur. Aşkar olunan yük həmin nəqiyyat vasitəsinə yüklənərək “Xocəsən” gömrük postunun ərazisinə gətirilərək gömrük təminatına alındıqdan sonra nəqliyyat vasitəsi və yük gömrük nəzarəti altında saxlanıldı. Qeyd olunan faktla bağlı Şəxs MMC-nin nümayəndəsi X6 izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, rəsmi olaraq işləməsə də, təxminən 10 ildir ki, meyvə və tərəvəzlərin alışı və satışı ilə məşğul olur, lakin təxminən 2 ildir ki, ölkə ərazisinə X4 Dubay Əmirliyindən meyvə və tərəvəz idxalı ilə məşğul olur. Sonuncu dəfə Şəxs MMC-nin ünvanına daxil olan və xx.xx.2025-ci il tarixli **********1726 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilən mallar ona məxsusdur. Faktla əlaqədar onu bildirmək istəyir ki, xx.xx.2025-ci il tarixli **********1726 sorğu nömrəli gömrük bəyannaməsində qeyd edilən yüklərdən əlavə bəyan edilməyən 875 kq olan “kokos drink” yükü aşkar edilmişdir. Bu məsələni aydınlaşdırmaqdan ötrü dərhal ixracatçı şirkət olan “N.R.T.C. DUBAİ İNTERNAİONAL VEGETABLES & FRUİTS TARDİNG (LLC) ilə əlaqə saxlamış, onlar isə malların yüklənməsi zamanı səhvlik olduğunu və bu səbəbdən də sifarişlərdən əlavə 875 kq olan “kokos drink” yükü yükləndiyini qeyd etmişdirlər, qeyd etdiyi kimi, ixracatçı şirkət mallar yüklənən zaman səhvlik olduğunu bildirmişdir, bu səbəbdən də mallar ölkə ərazisinə daxil olan zaman aşkar olunan 875 kq olan “kokos drink” yükünü bəyan etməmiş, göndərən şirkətlə aralarında müqavilə mövcuddur və müqavilə əsasında fəaliyyət göstərirlər, daha əvvəl MMC-nin ünvanına daxil olan mallarla bağlı bu kimi hal baş verməmişdir. İş üzrə 875 kq (79 qutu hər birində 9 ədəd olmaqla ümumilikdə 711 ədəd) olan “kokos drink” yükünün xx.xx.2025-ci il tarixə 1 ədədinin və ümumilikdə bazar dəyərinin müəyyən edilməsi üçün 3- 33-1100/2-003961/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubla Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” birliyinə müraciət edərək tədqiqatın aparılması dəyəri 100 (yüz) manat olan 206 nömrəli xx.xx.2025-ci il tarixli müqavilə əsasında Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” birliyinin mütəxəssislərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyindən Bakı Baş Gömrük İdarəsinə xx.xx.2025-ci il tarixdə daxil olmuş 206 nömrəli mütəxəssis rəyinə əsasən xx.xx.2025-ci il tarixə 1 ədəd “kokos drink” yükünün bazar dəyəri 8 manat olmaqla 711 ədədinin qiyməti 5688(beş min altı yüz səksən səkkiz) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Beləliklə, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs tərəfindən dəyəri 5688(beş min altı yüz səksən səkkiz) manat təşkil edən 875 kq (79 qutu hər birində 9 ədəd olmaqla ümumilikdə 711 ədəd) olan “kokos drink” yükü gömrük orqanına bəyan edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin az miqdarda bəyan edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin məcəllənin 479-cu maddəsinin qeyd hissəsinə əsasən gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi “az miqdarda” dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 3-33-1100/027/025562 saylı, xx.xx.2025-ci il tarixli raport, xx.xx.2025ci il tarixli yoxlama haqqında protokol, 3-33-1100/2-003961/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktub, 206 nömrəli mütəxəssis rəyi, hüquqi şəxsin nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X6 izahatı və işdə olan digər sənədlər ilə təsdiq edilir. Məhkəmə iclasında iştirak «NS Fruit” MMC-nin nümayəndəsi izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixli **********1726 sorğu nömrəli gömrük bəyannaməsində qeyd edilən yüklərdən əlavə bəyan edilməyən 875 kq olan “kokos drink” yükü aşkar edilmişdir. Bu məsələni aydınlaşdırmaqdan ötrü dərhal ixracatçı şirkət olan “N.R.T.C. DUBAİ İNTERNAİONAL VEGETABLES & FRUİTS TARDİNG (LLC) ilə əlaqə saxlamış, onlar isə malların yüklənməsi zamanı səhvlik olduğunu və bu səbəbdən də sifarişlərdən əlavə 875 kq olan “kokos drink” yükü yükləndiyini qeyd etmişdirlər, qeyd etdiyi kimi, ixracatçı şirkət mallar yüklənən zaman səhvlik olduğunu bildirmişdir, bu səbəbdən də mallar ölkə ərazisinə daxil olan zaman aşkar olunan 875 kq olan “kokos drink” yükünü bəyan edilməmiş, göndərən şirkətlə aralarında müqavilə mövcuddur və müqavilə əsasında fəaliyyət göstərirlər, daha əvvəl MMC-nin ünvanına daxil olan mallarla bağlı bu kimi hal baş verməmişdir. Cəmiyyət barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə səlahiyyətli nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Bakı Baş Gömrük İdarəsinə ünvanlanan raportdan görünür ki, X1 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ Meyvəli bazarı ünvanında qeydiyyatda olan Şəxs adına daxil olan 97AP292/96AD658 nömrəli yük nəqliyyat vasitəsi ilə daşınan və xx.xx.2025-ci il tarixli **********1726 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yüklər həmin MMC-nin anbarında yoxlanılan zamanı gömrük orqanına təqdim olunan **********1726 nömrəli gömrük bəyannaməsi və onunla birgə təqdim olunan sənədlərdə yer sayı 830, bruttosu 14350 kq, nettosu 13280 kq limon, yer sayı 80, bruttosu 1390 kq, nettosu 1280 kq portağal (mənşə: Cənubi Afrika Respublikası), yer sayı 210, bruttosu 3630 kq, nettosu 3360 kq portağal (mənşe: Misir Ərəb Respublikası), yer sayı 240, bruttosu 2450 kq, nettosu 2160 kq kivi, yer sayı 220, bruttosu 2500 kq, nettosu 2200 kq yükləri bəyan olunduğu halda, yoxlama zamanı limon yükünün yer sayı 830, bruttosu 13976 kq, nettosu 12397 kq, portağal yükünün (mənşə: Cənubi Afrika Respublikası) yer sayı 80, bruttosu 1285 kq, nettosu 1202 kq, portağal yükünün (mənşə: Misir Ərəb Respublikası) yer sayı 210, bruttosu 3168 kq, nettosu 2973 kq, kivi yükünün yer sayı 240, bruttosu 2580 kq, nettosu 2412 kq, mandarin yükünün yer sayı 220, bruttosu 2411 kq, nettosu 2200 kq müəyyən olunmuşdur. Eyni zamanda, **********1726 nömrəli gömrük bəyannaməsi və onunla birgə təqdim olunan sənədlərdə adı qeyd olunmayan yer sayı 79, bruttosu 966 kq, nettosu 875 kq olan "kokos drink" yükü aşkar olunmuşdur. Aşkar olunan yük həmin nəqiyyat vasitəsinə yüklənərək "Xocəsən" gömrük postunun ərazisinə gətirilərək gömrük təminatına alındıqdan sonra nəqliyyat vasitəsi və yük gömrük nəzarəti altında saxlanıldı. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məsələnin araşdırılması üçün Təhqiqat Şöbəsinə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin xx.xx.2025-ci tarixli yoxlama haqqında protokolundan görünür ki, Lənkəran ray., Cil kəndində qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu Məhəmməd Xiyabani küçəsi 6, ev 122 yaşayan Azərbaycan Respublikası vətəndaşı X3 (mobil tel: +99*** *** ** **) və Kürdəmir ray., Sığırlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan Azərbaycan Respublikası vətəndaşı X7 ( mobil tel: +9*** *** ** **) iştirakı ilə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99-cu maddəsinin tələbləri nəzərə alınmaqla bu protokolu tərtib etdim ondan ötrü ki, X1 AZ1077, ünvan 3 ünvanında qediyyatda olan Şəxs adına daxil olmuş və xx.xx.2025-ci il tarixli **********1726 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama başlanmazdan əvvəl hal şahidlərinə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99.2.6, 99.7-ci maddəsinə əsasən hüquq və vəzifələri izah edilməklə yanaşı, Azərbaycan Respublikası Gömrük Məcəlləsi ilə nəzərdə tutulan məsuliyyət barədə xəbərdarlıq edildi. Cəmiyyətinin adına daxil olan 97AP292/96AD658 nömrəli yük nəqliyyat vasitəsi ilə daşınan və xx.xx.2025-ci il tarixli **********1726 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yüklər həmin MMC-nin anbarında yoxlanılan zamanı gömrük orqanına təqdim olunan **********1726 nömrəli gömrük bəyannaməsi və onunla birgə təqdim olunan sənədlərdə yer sayı 830, bruttosu 14350 kq, nettosu 13280 kq limon, yer sayı 80, bruttosu 1390 kq, nettosu 1280 kq portağal (mənşə: Cənubi Afrika Respublikası), yer sayı 210, bruttosu 3630 kq, nettosu 3360 kq portağal (mənşə: Misir Ərəb Respublikası), yer sayı 240, bruttosu 2450 kq, nettosu 2160 kq kivi, yer sayı 220, bruttosu 2500 kq, nettosu 2200 kq yükləri bəyan olunduğu halda, yoxlama zamanı limon yükünün yer sayı 830, bruttosu 13976 kq, nettosu 12397 kq, portağal yükünün (mənşə: Cənubi Afrika Respublikası) yer sayı 80, bruttosu 1285 kq, nettosu 1202 kq, portağal yükünün (mənşə: Misir Ərəb Respublikası) yer sayı 210, bruttosu 3168 kq, nettosu 2973 kq, kivi yükünün yer sayı 240, bruttosu 2580 kq, nettosu 2412 kq, mandarin yükünün yer sayı 220, bruttosu 2411 kq, nettosu 2200 kq müəyyən olunmuşdur. Eyni zamanda, **********1726 nömrəli gömrük bəyannaməsi və onunla birgə təqdim olunan sənədlərdə adı qeyd olunmayan yer sayı 79, bruttosu 966 kq, nettosu 875 kq olan "kokos drink" yükü aşkar olunmuşdur. Aşkar olunan yük həmin nəqiyyat vasitəsinə yüklənərək "Xocəsən" gömrük postunun ərazisinə gətirilərək gömrük təminatına alındıqdan sonra nəqliyyat vasitəsi və yük gömrük nəzarəti altında saxlanılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, X1 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ Meyvəli bazarı ünvanında qeydiyyatda olan Şəxs adına daxil olan 97AP292/96AD658 nömrəli yük nəqliyyat vasitəsi ilə daşınan ve xx.xx.2025-ci il tarixli **********1726 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yüklər həmin MMC-nin anbarında yoxlanılan zamanı gömrük orqanına təqdim olunan **********1726 nömrəli gömrük bəyannaməsi və onunla birgə təqdim olunan sənədlərdə yer sayı 830, bruttosu 14350 kq, nettosu 13280 kq limon, yer sayı 80, bruttosu 1390 kq, nettosu 1280 kq portağal (mənşə: Cənubi Afrika Respublikası), yer sayı 210, bruttosu 3630 kq, nettosu 3360 kq portağal (mənşə: Misir Ərəb Respublikası), yer sayı 240, bruttosu 2450 kq, nettosu 2160 kq kivi, yer sayı 220, bruttosu 2500 kq, nettosu 2200 kq yükləri bəyan olunduğu halda, yoxlama zamanı limon yükünün yer sayı 830, bruttosu 13976 kq, nettosu 12397 kq, portağal yükünün (mənşə: Cənubi Afrika Respublikası) yer sayı 80, bruttosu 1285 kq, nettosu 1202 kq, portağal yükünün (mənşə: Misir Ərəb Respublikası) yer sayı 210, bruttosu 3168 kq, nettosu 2973 kq, kivi yükünün yer sayı 240, bruttosu 2580 kq, nettosu 2412 kq, yükünün mandarin yer sayı 220, bruttosu 2411 kq, nettosu 2200 kq müəyyən olunmuşdur. Eyni zamanda **********1726 nömrəli gömrük bəyannaməsi və onunla birgə təqdim olunan sənədlərdə adı qeyd olunmayan yer sayı 79, bruttosu 966 kq, nettosu 875 kq olan "kokos drink" yükü aşkar olunmuşdur. Aşkar olunan yük həmin nəqiyyat vasitəsinə yüklənərək Xocəsən gömrük postunun ərazisinə gətirilərək gömrük təminatına alındıqdan sonra nəqliyyat vasitəsi və yük gömrük nəzarəti altında saxlanılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il etibarnamədən görünür ki, "xxxx" MMC-nin direktorunu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində, digər gömrük idarələrində və gömrük postlarında təmsil etmək, gömrük bəyannamələrini təqdim etmək, bütün lazımi sənədləri təqdim etmək, adından ərizə vermək, hazır sənədləri qəbul etmək, aldığına dair imza etmək və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətlərin edilməsi səlahiyyətləri Popǝl Xalid Məhəmməd oğluna etibar edilmişdir. Etibarnamə xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixinədək 1 (bir) il müddətində qüvvədə olacaq. İş materiallarında olan Popǝl Xalid Məhəmməd oğlununun yazılı izahatından görünür ki, rəsmi olaraq işləməsə də, təxminən 10 ildir ki, meyvə və tərəvəzlərin alışı və satışı ilə məşğul olur, lakin təxminən 2 ildir ki, ölkə ərazisinə X4 Dubay Əmirliyindən meyvə və tərəvəz idxalı ilə məşğul olur. Sonuncu dəfə Şəxs MMC-nin ünvanına daxil olan və xx.xx.2025-ci il tarixli **********1726 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilən mallar ona məxsusdur. Faktla əlaqədar onu bildirmək istəyir ki, xx.xx.2025-ci il tarixli **********1726 sorğu nömrəli gömrük bəyannaməsində qeyd edilən yüklərdən əlavə bəyan edilməyən 875 kq olan “kokos drink” yükü aşkar edilmişdir. Bu məsələni aydınlaşdırmaqdan ötrü dərhal ixracatçı şirkət olan “N.R.T.C. DUBAİ İNTERNAİONAL VEGETABLES & FRUİTS TARDİNG (LLC) ilə əlaqə saxlamış, onlar isə malların yüklənməsi zamanı səhvlik olduğunu və bu səbəbdən də sifarişlərdən əlavə 875 kq olan “kokos drink” yükü yükləndiyini qeyd etmişdirlər, qeyd etdiyi kimi, ixracatçı şirkət mallar yüklənən zaman səhvlik olduğunu bildirmişdir, bu səbəbdən də mallar ölkə ərazisinə daxil olan zaman aşkar olunan 875 kq olan “kokos drink” yükünü bəyan etməmiş, göndərən şirkətlə aralarında müqavilə mövcuddur və müqavilə əsasında fəaliyyət göstərirlər, daha əvvəl MMC-nin ünvanına daxil olan mallarla bağlı bu kimi hal baş verməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin xx.xx.2025-ci il tarixli, 206 nömrəli mütəxəssis rəyindən görünür ki, xx.xx.2025-ci il tarixə 1 ədəd “kokos drink” yükünün bazar dəyəri 8 manat olmaqla 711 ədədinin qiyməti 5688 (beş min altı yüz səksən səkkiz) manat müəyyən edilmişdir. İş materiallarında olan Bakı Baş Gömrük İdarəsinin rəis müavini, gömrük xidməti polkovnik-leytenantı X8 Şöbəsinin rəisi, gömrük xidməti mayoru Samir Mustafayev tərəfindən ünvanlanan raportdan görünür ki, BBGİ Xocasən gömrük postundan daxil olmuş 3-33-1100/027/025562 saylı xx.xx.2025-ci il tarixli raporta əsasən, "xxxx" MMC ünvanına 97AP292/96AD658 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində daxil olan, **********1726 sorğu nömrəli xx.xx.2025- ci il tarixli gömrük bəyannaməsi ilə bəyan olunan mallara xx.xx.2025-ci il tarixində gömrük yoxlaması keçirilmişdir. Yoxlama zamanı sözügedən bəyannamədə qeyd olunmayan 875 kq (79 qutu hər birində 9 ədəd olmaqla ümumilikdə 711 ədəd) olan "kokos drink" yükü aşkar olunmuşdur. "Azərekspertiza" Birliyinin 206 nömrəli ekspert rəyinə əsasən malların xx.xx.2025-ci il tarixinə orta bazar dəyəri 5688 AZN olaraq müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, "xxxx" MMC-nin ünvanına göndərilən və **********1726 sorğu nömrəli gömrük bəyannaməsində bəyan edilməyən malların dəyərinin 5688 AZN olduğu təqdirdə "xxxx" MMC tərəfindən ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə qısa müddət ərzində məlumat verilməsi üçün Rəsmiləşdirmə Mərkəzinə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan Bakı Baş Gömrük İdarəsinin rəisi X2 Mərkəzinin rəis müavini Səbinə Həsənova tərəfindən ünvanlanmış raportdan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsindən daxil olmuş 3-33- 1100/013/028615 saylı 4 sentyabr 2025-ci il tarixli raporta cavab olaraq bildiririk ki, "xxxx" MMC ünvanına 97AP292/96AD658 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində daxil plan, **********1726 sorğu nömrəli xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan olunan mallara xx.xx.2025-ci il tarixində gömrük yoxlaması keçirilmişdir. Yoxlama zamanı sözügedən bəyannamədə qeyd olunmayan 875 kq (79 qutu hər birində 9 ədəd olmaqla ümumilikdə 711 ədəd) olan "kokos drink" yükü aşkar olunmuşdur. "Azərekspertiza" Birliyinin 206 nömrəli ekspert rəyinə əsasən malların xx.xx.2025-ci il tarixinə orta bazar dəyəri 5688 AZN olaraq müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, "xxxx" MMC-nin ünvanına göndərilən və **********1726 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən mallar üzrə aparılan araşdırmalara əsasən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği - ƏDV üzrə 723.05 AZN, idxal gömrük rüsumu üzrə 523.95 AZN təşkil edir. İş materiallarında olan "xxxx" MMC barəsində materialları nəzərdən keçirib, inzibati xəta haqqında iş üzrə icraatı başlamaq və inzibati araşdırma aparılması üçün kifayət qədər səbəblər və inzibati xəta hadisəsinin olduğunu müəyyən edən məlumatları, həmçinin inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandığından "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması və inzibati araşdırma aparılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə tərəfin izahatlarını dinləyib, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən «NS Fruit” MMC barəsində daxil olmuş EP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolu, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin xx.xx.2025-ci il tarixli, 206 nömrəli mütəxəssis rəyini və inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, «NS Fruit” MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, ölkə ərazisinə gətirilən məhsullara dair məlumat məhsul gömrük orqanına daxil olanadək verilməlidir. Lakin, hazırkı iş üzrə bəyannamə gömrük orqanına təqdim olunmamışdır. Məhkəmə «NS Fruit” MMC-nə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, «NS Fruit” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbeh tətbiq edilməklə, inzibati xətanın bilavasitə obyekti olan mallar müsadirə edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 26, 31, 40, 43, 48, 84, 112, 114, 115 və 117 maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: «NS Fruit” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan mallar müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar