Məhkəmə qərarları › İş №3(002)-223/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-223/2021

28.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-223/2021 28.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Məhəmmədli oğlunun, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X5 iştirakları ilə, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra -Şəxs QSC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100-1955/20 nömrəli 25 sentyabr 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs QSC-nin ünvanına Türkiyə Respublikasından 06ABZ838/34JR5741 nömrə nişanlı yük avtomaşınında MTS**********054 nömrəli 13.08.2020-ci il tarixli invoys sənədi daxil olmuş mallar Bakı Baş Gömrük İdarəsində **********4853 sorğu nömrəli 20.08.2020ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair təqdim edilmiş mal-müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİFMN üzrə ********** kod altında 0 % gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİFMN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədi ilə X7 İdarəsinə 1400-012/004-25/006418 nömrəli 21.08.2020-ci il tarixli məktubla müraciət olunmuş, həmin İdarədən Bakı Baş Gömrük İdarəsinə göndərilmiş 2200- 013/002-25/004812 nömrəli 10.09.2020-ci il tarixli cavab məktubuna əsasən Şəxs QSCnin ünvanına Türkiyə Respublikasından 06ABZ838/34JR5741 nömrə nişanlı yük avtomaşınında MTS**********054 nömrəli 13.08.2020-ci il tarixli invoys sənədi üzrə idxal olunan yük 3XYVİTAL-110” nişanlı tibbdə istifadə olunan molekulyar ələklər vasitəsi ilə havadan oksigenin istehsalı və saxlanması üçün nəzərdə tutulmuş sistem olub ********** alt yarımmövqeyində sinifləşdirilir. MTS**********054 nömrəli 13.08.2020-ci il tarixli invoys sənədi üzrə idxal olunan malların XİFMN üzrə ********** kod altında deyil, XİFMN üzrə ********** kod altında sinifləşdirildiyi təqdirdə Şəxs QSC tərəfindən **********4853 sorğu nömrəli 20.08.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 7875,13 manat, ƏDV üzrə 1406,72 manat, elektron gömrük xidməti haqqı üzrə 30,00 manat, elektron gömrük xidməti üzrə ƏDV 5,40 manat olmaqla ümumilikdə 9317,25 manat təşkil edir. Araşdırma zamanı müəyyən edilmişdir ki, idxal edilmiş malların XİFMN üzrə ********** kod altında deyil, XİFMN üzrə ********** kod altında sinifləşdirildiyi təqdirdə **********4853 sorğu nömrəli 20.08.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə ümumilikdə 9317,225 manat məbləğində əlavə gömrük ödənişləri yaranır. **********8087 sorğu nömrəli 04.08.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə 547,54 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına görə ''Şəxs” QSC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100-1635/20 saylı iş üzrə icraat başlanılmışdır. İlk dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs Şəxs QSC barəsində 00100-1635/20 nömrəli iş üzrə icraata, vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndinə əsasən xitam verilmişdir. Beləliklə də şəxsin ilk dəfə inzibati xəta törətmiş şəxs hesab edilməsi və inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün tələb olunan 1 il müddət keçmədən yenidən şirkət gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Bununla da Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-1221/2020 saylı, 29 oktyabr 2020ci il tarixli qərarına əsasən Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalat Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2333/2020 saylı, 25.12.2020-ci il tarixli qərarına əsasən Bakı Baş Gömrük İdarəsinin rəisi X9 tərəfindən apelyasiya qaydasında verilmiş şikayət qismən təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)- 1221/2020 saylı, 29 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsinin etibarnamə üzrə nümayəndəsi X16 məhkəmənin 12 fevral 2021-ci il tarixli iclasında protokolun məzmununa uyğun çıxış etmiş və əlavə olaraq bildirmişdir ki, iş materiallarında olan biri-digərini tamamlayan sübutlarla hüquqi şəxsin təqsiri sübuta yetirildiyinə görə məhkəmədən hüquqi şəxsin təqsirli bilinməsini və ona maddənin sanksiyası çərçivəsində tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Məhəmmədli oğlu məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs QSC Azərbaycana tibbi avadanlığın gətirilməsi işi ilə məşğuldur. Hal-hazırda sözügedən mal, yəni “Oxyvital-110” aparatı “Covid 19” virusuna qarşı aparılan mübarizə tədbirləri çərçivəsində ölkəyə gətirilmişdir. Onlar qeyd edilən malı ölkəyə beynəlxalq sənədlər əsasında gətirmişlər. Şəxs QSC barəsində tərtib edilmiş 25 sentyabr 2020-ci il tarixli inzibati protokolu qəbul etmirlər. Belə ki, hüquqi şəxs tərəfindən heç bir inzibati xəta törədilməmişdir. Qeyd edilən mal Türkiyə Respublikasından sifariş edilmişdir. “Oxyvital- 110” aparatı ********** kodu altında Azərbaycan Respublikasına göndərilmişdir. Sözügedən mal yükü üçün kodu “Türkiyə Ticarət Bakanlığı” təsdiq etmişdir. Həmin mal yükü bütün dünya ölkələrinə eyni kod altına göndərilir. Lakin sifariş etdikləri mal Azərbaycan Respublikasına daxil olduqdan sonra respublikanın gömrük orqanı X10 tərəfindən təsdiq edilən və ölkələr tərəfindən qəbul edilmiş kodun düzgün qeyd edilmədiyini əsas gətirərək malı ekspertizaya göndərmiş və ekspert tam əsassız olaraq malın guya ********** kod altında bəyan edilməli olduğunu bildirmişdir. Halbuki onlar sifarişi qəbul etmiş şirkət tərəfindən göndərilən sənədlər əsasında bəyənnamə tərtib etmişlər və malın kodunu hansısa şirkət deyil “Türkiyə Ticarət Bakanlığı” təsdiq etmişdir. Həmin koda sifarişçi şirkətin müdaxilə etmək imkanı yoxdur. Barələrində qəbul edilmiş protokol tam əsassızdır. Bu hallar ancaq sahibkarlığın inkişafına mane olur. Belə ki, hal-hazırda “Covid 19” virusuna qarşı aparılan mübarizə tədbirləri çərçivəsində ölkəyə gətirilmiş həmin mal gömrük orqanında saxlanılır. Əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01.04.2021-ci il tarixli, 9/1352 nömrəli rəyi ilə razıdır. Həmin rəyi nəzərə alaraq, hüquqi şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında mütəxəsis qismində dindirilmiş ekspert X6 bildirmişdir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin ünvanına idxal olunmuş “OXYVİTAL-110” markalı qurğu 5 hissədən ibarət qazı istehsal edən sistemdir. Sistem hava kompressoru, hava quruducu, hava çəni, oksigen təmizləyici, oksigen çənindən ibarətdir. İlk olaraq sistem hava kompressorundan havanı götürür, hava quruducuda qurudulur, yəni havadakı su yağ ayrılır, daha sonra filtrdən keçir və hava çənində yığılır, hava çənindən hava oksigen təmizlənən qurğuya ötürülür. Qurğunun daxilindəki molekulyar ələk vasitəsilə havadan azot qazı ayrılır və təmizlənmiş oksigen qazı əldə olunur. Həmin qaz oksigen çənində saxlanılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 500 saylı 17 noyabr 2017-ci il qərarının X8 X1ydalarının 2a bəndinə əsasən bu mal komplekt hesab olunur və 3b bəndinə əsasən isə əsas funksiyasının oksigenin təmizlənməsi üçün 8421 39 800 0 alt yarımmövqeyində sinifləşdirilmişdir. Avadanılığın yuxarıda adı çəkilən xüsusiyyətləri onun istifadə təlimatına dair kitabında da qeyd olunmuşdur Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi X12 hüquqi şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən Şəxs QSC barəsində daxil olmuş 00100-1955/20 nömrəli 25 sentyabr 2020-ci il tarixli inzibati xəta haqqında protokolu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01.04.2021-ci il tarixli, 9/1352 nömrəli ekspert rəyini və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs QSC tərəfindən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınma və bununla da sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmadığından inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 20 avqust 2020-ci il tarixli gömrük bəyənnaməsindən görünür ki, “X20.Hız ve e Tic. LTD.ŞTİ” tərəfindən göndərilmiş Tibbi oksigen istehsal və torplama sistemi – xəstəxanaların (palata və reanimasiya bloklarının) tibbi oksigenlə fasiləsiz təminatı məqsədli – Oxyvital -110 modelli 1 ədəd məhsul Şəxs QSC tərəfindən idxal edilərək, 840510 0000 nömrə kod altında bəyan edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gömrük Ekspertizası İdarəsi tərəfindən verilmiş 2200-013/002-25/004812 saylı, 10 sentyabr 2020-ci il tarixli məktubdan görünür ki, ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Şəxs QSC-nin ünvanına MTS**********054 saylı 13.08.2020-ci il tarixli invoys üzrə idxal olunan yük “OXYVİTAL-110”nişanlı tibbdə istifadə olunan molekulyar ələklər vasitəsi ilə havadan oksigenin istehsalı və saxlanması üçün nəzərdə tutulmuş sistem olun 8421 39 8000 0 alt yarımmövqeyində sinifləşdirilir. Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 12.08.2020-ci il tarixli, “İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərardan görünür ki, ilk dəfə inzibati xətanı törətmiş hüquqi şəxs Şəxs QSC barəsində Azərbaycan Respublikasında İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100-1635/20 nömrəli iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndi və İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib inzibati xəta haqqında materialı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, Şəxs QSC tərəfindən idxal edilən “OXYVİTAL-110” markalı oksigenin istehsalı və saxlanması üçün nəzərdə tutulmuş sistem adlı yük 20.08.2020-ci il tarixdə XİFMN üzrə ********** kod altında 0 % gömrük rüsumu dərəcəsi ilə Şəxs QSC tərəfindən bəyan edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi sözügedən gömrük bəyannaməsi ilə bəyan edilmiş mala dair təqdim edilmiş mal-müşayiət sənədlərinin düzgünlüyünün araşdırılmış, bu zaman Şəxs QSC tərəfindən XİFMN (X8 mal nomenklaturası) üzrə ********** kod altında 0 % gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malın həmin kod altında deyil XİFMN (X8 mal nomenklaturası) üzrə ********** kod altında sinifləşdirilməli olduğu, belə olan halda gömrük bəyannaməsi üzrə əlavə ödəniləcək gömrük ödənişlərinin məbləğinin idxal gömrük rüsumu üzrə ümumilikdə 9317,225 manat məbləğində təşkil etdiyi göstərmişdir. Qeyd edilən faktla bağlı 25 sentyabr 2020-ci il tarixdə Şəxs QSC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göründüyü kimi protokolun tərtib edilməsinə əsas səbəb kimi Şəxs QSC tərəfindən idxal edilən malların XİFMN üzrə ********** kod altında bəyan edilməli olduğu halda, ********** kod altında düzgün sinifləşdirilməyərək bəyan edildiyi, bununla da gömrük ödənişlərini ödəməkdən yayındığı göstərilmişdir. Səlahiyyətli orqan tərəfindən göstərilənlərə əsas olaraq X7 İdarəsi tərəfindən verilmiş 10 sentyabr 2020-ci il tarixli məktuba istinad olunmuşdur. İdarə tərəfindən verilmiş həmin məktubda Şəxs QSC-nin ünvanına MTS**********054 saylı, 13.08.2020-ci il tarixli invoys üzrə idxal olunan yük “OXYVİTAL-110” nişanlı tibbdə istifadə olunan molekulyar ələklər vasitəsi ilə havadan oksigen istehsalı və saxlanması üçün nəzərdə tutulmuş sistem olub ********** alt yarımmövqeyində sinifləşdirildiyi göstərilmişdir. Məhkəmə tərəfindən işə yenidən baxılması zamanı Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2333/2020 saylı, 25.12.2020-ci il tarixli qərarında göstərilmiş hüquqi mövqeyini nəzərə alaraq, həmçinin iş üzrə zəruri olduğundan Şəxs QSC tərəfindən idxal olunan “OXYVİTAL-110” nişanlı tibdə istifadə olunan molekulyar ələklər vasitəsi ilə havadan oksigenin istehsalı və saxlanması üçün nəzərdə tutulmuş sistemin XİFMN (X13 X3) görə kodunun müəyyən edilməsi məqsədilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 3(002)-223/2021 nömrəli qərarına əsasən iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Məhkəmə qərarının icrası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə daxil olmuş 01.04.2021-ci il tarixli, 9/1352 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, iş materiallarında olan sənədlərə (iş materialında olan (cild i.v. 8-9) №000688 X4 (CMR) və Fakturada (Fatura) Şəxs tərəfindən alınmış “OXYVİTAL-110” markalı oksigenin istehsalı və saxlanması üçün nəzərdə tutulmuş sistemin (oksigen üretim, denetim və depolama sistemi) gömrük kodu 84051000 00 göstərilmişdir. Həmçinin iş materialında olan (cild i.v. 10) A Sevk İhracat/Varış Gümrük İdarəsi X15 “T.C Gümrük Beyannamesi” yazıları əksin tapmış sənəddə “X18 denetim və Depolama Sistemi OXYVİTAL” əşya kodu 840510 000 0 göstərilmişdir.) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X8 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən “Oxyvital-110” markalı oksigenin istehsalı və saxlanması üçün nəzərdə tutulmuş sistemin (oksigen üretim, denetim və depolama sistemi) “8405 10 000 0” nömrəli koda uyğunluğu müəyyən edilir. Şəxs QSC-nin adına gələn “OXYVİTAL-110” markalı oksigenin istehsalı və saxlanması üçün nəzərdə tutulmuş sistemin (oksigen üretim, denetim və depolama sistemi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X8 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən “8405 10 000 0” nömrəli koda tətbiq edilməli idxal gömrük rüsumunun dərəcəsi 0 faizdir. Rəyin tədqiqi hissəsində göstərildiyi kimi “OXYVİTAL-110” markalı oksigenin istehsalı və saxlanması üçün nəzərdə tutulmuş sistemin (oksigen üretim, denetim və depolama sistemi) avadanlığın Azərbaycan Respublikasına idxalı zamanı ƏDV-yə cəlb edilibedilməməsi, cəlb edildikdə isə ƏDV-nin hansı dərəcə ilə tətbiq edilməsi məhkəmə tərəfindən müəyyən edilməsi məqsədə müvafiqdir. “OXYVİTAL-110” markalı oksigenin istehsalı və saxlanması üçün nəzərdə tutulmuş sistemin (oksigen üretim, denetim və depolama sjstemi) alınmasına dair iş materiallarında olan sənədlərə (e-FATURA və A Sevk İhracat/Varış Gümrük İdarəsi X15 13.08.2020-ci il tarixli 2020/000202 nömrəli “T.C Gümrük Beyannamesi” yazıları əksini tapmış gömrük ixrac bəyannaməsi) – bax c.i.v. 9-10- və internet saytlarında olan məlumatlara əsasən “OXYVİTAL-110” markalı aparat” X18 denetim və Depolama Sistemi” kimi müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Göründüyü kimi iş üzrə keçirilmiş ekspertizanın nəticəsi olaraq verilmiş ekspert rəyində Şəxs QSC tərəfindən idxal edilmiş “OXYVİTAL-110” markalı oksigenin istehsalı və saxlanması üçün nəzərdə tutulmuş sistemin (oksigen üretim, denetim və depolama sistemi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X8 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən “8405 10 000 0” nömrəli koda uyğunluğu, həmin koda tətbiq edilməli idxal gömrük rüsumunun dərəcəsinin 0 faiz olduğu müəyyən edilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxsə istinad olunan maddənin dispozisiyasına əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınma inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə Şəxs QSC tərəfindən idxal olunmuş “OXYVİTAL-110” markalı oksigenin istehsalı və saxlanması üçün nəzərdə tutulmuş sistemin (oksigen üretim, denetim və depolama sistemi) XİFMN üzrə 8405 10 000 0 kod altında düzgün sinifləşdirildiyi, həmin koda tətbiq edilməli idxal gömrük rüsumunun dərəcəsi 0 faiz təşkil etdiyindən, yəni gömrük rüsumu nəzərdə tutulmadığından, sonuncu tərəfindən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınma halının mövcudluğu istisna olunur. Bununla da onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs QSC tərəfindən idxal olunmuş “OXYVİTAL-110” markalı oksigenin istehsalı və saxlanması üçün nəzərdə tutulmuş sistemin (oksigen üretim, denetim və depolama sistemi) XİFMN üzrə 8405 10 000 0 kod altında düzgün sinifləşdirildiyi, həmin koda tətbiq edilməli idxal gömrük rüsumunun dərəcəsinin 0 faiz təşkil etdiyini, bununla da sonuncu tərəfindən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınma halının müəyyən edilmədiyini nəzərə alaraq belə qənaətə gəlir ki, inzibati xətanın tərkibi olmadığından Şəxs QSC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48- 51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs QSC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar