Məhkəmə qərarları › İş №3(002)-2231/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2231/2023

25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2231/2023 25.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X3, Tələbkar Camalova (Xankişiyeva) Gülnar Qurban qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin icra məmuru X4, borclu Şəxs barəsində protokol tərtib edərək, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)-1003/2023 saylı, 17 iyul 2023cü il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qaradağ rayon İcra şöbəsinin icra məmuru X4 izahat verərək bildirmişdir ki, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)-1003/2023 saylı, 17 iyul 2023-cü il tarixli icra vərəqəsinə əsasən 20 fevral 2023-cü il tarixdən başlayaraq 12 oktyabr 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün bir uşağa görə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin Şəxs X2 xeyrinə tutulması, 20 fevral 2023-cü il tarixdən başlayaraq 12 oktyabr 2021-ci il təvəllüdlü X1 üç yaşına çatanadək 30 (otuz) manat alimentin Şəxs X2 xeyrinə tutulması qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra 20 iyul 2023-cü il tarixdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclu indiyədək aliment borcundan ödəniş etməmiş, bu günə kimi, yəni 25 oktyabr 2023-cü il tarixədək aliment borcu 2000 manat təşkil etmişdir. Borclunu icra sənədi üzrə qeydiyyat ünvanında aşkar etmək mümkün olmamış, buna görə də 26 iyul 2023-cü il tarixdə borclunun axtarışı haqqında qərar qəbul olunaraq icra olunması üçün Bakı şəhər Baş Polis İdarəsinə göndərilmişdir. Bundan başqa o borclu ilə telefon vasitəsilə əlaqə saxladığını və onu Qaradağ rayon İcra Şöbəsinə dəvət etdiyini, lakin borclunun icra məmurunun çağırışlarına cavab vermədiyini, icra şöbəsinə gəlməkdən imtina etdiyini bildirmişdir. Bundan başqa borclu bu günkü məhkəmə iclasına məcburi axtarışla gətirilmişdir. Odur ki, bütün bunların nəzərə alınaraq borclu barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Camalova (Xankişiyeva) Gülnar Qurban qızı öz izahatında Şəxs aliment borcundan hal-hazıradək heç bir ödəniş etmədiyini, aliment borcunun tam ödənilməsini tələb etdiyini, bu baş vermədikdə isə borclu barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs öz izahatında bildirmişdir ki, borcundan xəbəri vardır, maddi imkanı zəif olduğundan aliment bocundan ödəniş edə bilməmişdir. Təqribən bir ay olar ki, “Bolt” taksi şirkətində sürücü kimi işləyir, oktyabr ayının sonunda ilk məvacibini almaqla aliment borcundan kifayət qədər ödənişlər edəcəkdir. Odur barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun, icra məmurunun və tələbkarın izahatlarından aydın olur ki, Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdər ki, icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları və inzibati xəta haqqında tərtib edilmiş 25 oktyabr 2023-cü il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməməkvə böyük icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından uzun müddət keçməsinə baxmayaraq qətnaməni icra etməməklə yaranmış aliment borcundan heç bir miqdarda ödəniş etməməsini qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borcun ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlil də gətirməmiş, əksinə öz izahatı və hərəkətləri ilə yaranmış borcunu ödəməyəcəyini bir daha nümayiş etdirmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu icra məmurunun qanuni çağırışlarına məhəl qoymayaraq icra şöbəsinə gəlməkdən imtina etmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya çərçivəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 25 oktyabr 2023-cü il tarixdən saat 13:00-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar