Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2235/2025 17.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X7, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN (xxxxxxx) Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-199/2024 saylı icra sənədinə əsasən xx.xx.2023-cü il tarixindən başlayaraq 02 avqust 2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay qazancının dörddə bir hissəsi miqdarında və əlavə olaraq hər ay 50 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icra sənədinin icrasına mane olmuş, icra məmurunun qanuni tələbini icra etməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X12 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, sözügedən icra sənədi 22 fevral 2024-cü il tarixdə icraatına daxil olmuş, dərhal icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə bildiriş tərəflərə göndərilmişdir. Bundan sonra borclu Şəxs Qaradağ Rayon İcra Şöbəsinə gəlmiş, ona hüquq və vəzifələri izah olunmuş, tələbin könüllü icrası barədə bildirişə imza edərək bildirişi almışdır. Bundan sonra tərəfimizdən borclu Şəxs iş yeri müəyyən edilmiş, “X16” QSC-də işlədiyi müəyyən olunmuş və yığılmış aliment borcu onun əmək haqqına yönəldilmişdir. Daha sonra şəxs iş yerindən çıxmış və tərəfimizdən alimentin tutulması mümkün olmamışdır. Borclu Şəxs ilə telefon vasitəsilə əlaqə saxlamağımıza baxmayaraq çağırışlara gəlməmiş, 26 noyabr 2024-cü il tarixdə borclunun axtarışı haqqında qərar qəbul edilərək icra olunması üçün Qaradağ RPİ-nə göndərilmişdir. 10 aprel 2025-ci ildə Qaradağ RPİ-nin əməkdaşları tərəfindən borclu Şəxs Qaradağ Rayon İcra Şöbəsinə gətirilmiş, hüquq və vəzifələri izah olunmuş, ondan izahat alınmış, o dövr üçün yığılmış 1397 manat aliment borcunu ödəməsi tələb olunsa da, borclu tərəfindən icra edilməmiş və icradan yayınmışdır. Həmin tarixdə borclu barəsində protokol tərtib edilmiş və Qaradağ Rayon Məhkəməsinə verilmişdir. Qaradağ Rayon Məhkəməsinin 10 aprel 2025-ci il tarixli qərarına əsasən borclu Şəxs əməlində inzibati xəta tərkibi olmadığından icraata xitam verilmişdir. Bundan sonra da borclu ilə məcburi icra tədbirləri davam etdirilmiş, ondan yığılmış aliment borcunun ödənilməsi tələb edilmişdir. Məlumat üçün bildirmişdir ki, sonuncu ödəniş avqust ayının 13-də, ondan əvvəl isə iyul ayının 14-də olmuşdur. Avqust ayının 13-də borclu tərəfindən 150 manat aliment borcu ödənilmişdir. Aliment borcu yığılaraq bugünkü günə 1765 manat təşkil edir. Bu gün saat 10 radələrində X2 Qaradağ Rayon İcra Şöbəsinə yaxınlaşmış, yığılmış aliment borcunun ödənilməsini tələb etmiş, son 2 ayda borclunun heç bir aliment borcu ödəmədiyini qeyd etmişdir. X2 həmçinin ödəniş kartı üzrə çıxarış təqdim etmişdir. Həmin çıxarışdan göründüyü kimi borclu 4 aprel 2025-ci ildə 400 manat, may ayında 500 manat, ondan sonrakı aylarda isə qeyri-müntəzəm ödənişlər etmişdir. Bu gün borclu ilə əlaqə saxlanılmış, borclu saat 12 radələrində Qaradağ Rayon İcra Şöbəsinə yaxınlaşmış,yenidən hüquq və vəzifələri izah olunmuş, yenidən izahatı alınmış, yığılmış aliment borcunu ödəməsi tələb olunmuşdur. Borclu atasının keçən ay vəfat etdiyindən son 2 ayda aliment borcunu ödəyə bilmədiyini bildirmişdir. Borcluya aliment borcunu icra etməsi üçün vaxt verilsə də, borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Qeyd olunan hallara əsasən, bu gün tərəfindən AR İXM-nin 528.1-1-ci maddəsinə əsasən protokol tərtib olunmuş, baxılması üçün Qaradağ Rayon Məhkəməsinə verilmişdir. Odur ki, qeyd olunanlara əsasən Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq icra məmuru bildirmişdir ki, borclu Şəxs sonuncu ödənişi avqust ayının 13-də 150 manat ödənilməklə etmiş, həmçinin əmək haqqından tutulmanın 2 yaxud 3 ay olduğunu, həmçinin AR Ailə Məcəlləsinə görə iş yeri olmadığından orta aylıq əmək haqqı olan 1093 manatın ¼ hissəsi və 50 manat, yəni 323 manat aliment borcu müəyyən olunduğu vurğulanmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək aprel ayında 400 manat, may ayında isə 500 manat aliment ödənişi etmiş, sonuncu dəfə isə avqust ayında 150 manat ödəyini bildirmişdir. Son iki ayda alimenti ödəməyində gecikməyə səbəb atasının dünyasını dəyişməsi olmuşdur. Məhkəmənin suallarına cavab olaraq Şəxs iş yükü ağır olması və əmək haqqının gec-gec verilməsinə görə iş yerindən çıxdığını, yığılmış 1765 manat aliment borcunu neçə gün müddətə ödəyəcəyini bilmədiyini, bu ayın sonuna qədər 500 manat ödəniş edə biləcəyini qeyd etmişdir. Məhkəmə iclasında X2 izahat verərək hər 2-3 aydan bir məhkəməyə gəldiklərini, borclunun hər dəfə aliment ödənişini edəcəyini bildirsə də, ödənişi gecikmələrlə və az miqdarda etdiyini, uşaqla normal əlaqə saxlamadığını, uşağı görmək istəmədiyini bildirmişdir. Atası rəhmətə getdiyindən 2 ay ərzində şikayət etməs\ d\ hal-hazırda şikayətçi olduğunu, lakin hazırda şikayətçi olduğunu qeyd edərək borclu tərəfindən vaxtında aliment öhdəliyinin icra olunmasını tələb etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-199/2024 saylı icra sənədinə əsasən xx.xx.2023-cü il tarixindən başlayaraq 02 avqust 2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay qazancının dörddə bir hissəsi miqdarında və əlavə olaraq hər ay 50 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. İcraata başlama haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-199/2024 saylı icra sənədləri üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X12 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-199/2024 saylı icra sənədinə əsasən xx.xx.2023-cü il tarixindən başlayaraq 02 avqust 2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay qazancının dörddə bir hissəsi miqdarında və əlavə olaraq hər ay 50 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icra sənədinin icrasına mane olmuş, icra məmurunun qanuni tələbini icra etməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 3(002)-612/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə borclu Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Məhkəmə qeyd edir ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməmişdirsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirə salınmadan icra olunur. İnzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Çünki Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(002)-612/2025 nömrəli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat xitam verilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi məsuliyyətə cəlb edilə bilərdi. Lakin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(002)-612/2025 nömrəli qərarı ilə Şəxs inzibati tənbeh tətbiq edilməmişdir. Məhkəmə hesab edir ki, borclu barəsində İXM-nin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə və ya inzibati həbs tənbeh tədbirinin tətbiq ediməsi yuxarıda göstərilənlərə əsasən məqsədə müvafiq deyildir. Odur ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tərkibi olmadığından barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-2235/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2235/2025
17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver