Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-224/2022 25.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barədə, Bakı şəhəri Qaradağ RPİ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 24 yanvar 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan və iş materiallarından aydın olur ki, Şəxs 19 dekabr 2021-ci il tarixdə, saat 13:24 radələrində etibarnamə olmadan idarə etdiyi “VAZ 2106” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobillə ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Hərbi Komissarlığın qarşısındakı küçə ilə gələrək, yol kəsişməsində olan 2.4 (yol verin) nişanının tələbini pozaraq baş yolda, yəni Seymur Orucov küçəsində hərəkətdə olan X2 idarə etdiyi “Kia Rio” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı avtomobilə yol vermədən onun hərəkət zolağına çıxaraq yolayrıcında yolnəqliyyat hadisəsi törətmişdir. Material üzrə araşdırma zamanı sürücü Şəxs əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-nın 39.1.2-ci maddəsinin tələblərinə əsasən 05 yanvar 2022-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Vətəndaş Şəxs İXM-nin 327.8-ci maddəsi üzrə məsuliyyətə cəlb edilməsi üçün materialın Qaradağ RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs bildirmişdir ki, 19 dekabr 2021-ci il tarixdə, saat 13:24 radələrində etibarnamə olmadan “VAZ 2106” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobillə ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Hərbi Komissarlığın qarşısındakı ikinci dərəcəli yolla gələrək baş yola, yəni Seymur Orucov küçəsinə çıxmaq istəyirmiş. Kəsişmədə avtobus dayanıb deyə o, S. Orucov küçəsi ilə gələn “Kia Rio” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı avtomobili əvvəlcədən görməmiş və yolun boş olduğunu düşünərək baş yola çıxmışdır. Bu zaman “Kia” markalı avtomobilin hərəkət zolağına çıxdığı üçün avtomobillər toqquşmuşdur. O, avtomobili etibarnaməsiz idarə etdiyi və yol nişanının tələbinə məhəl qoymadan baş yola çıxdığı üçün ona İXM-nin 327.2 və 332.1-ci maddələrinə əsasən protokol açılmışdır. O öz izahatında daha sonra göstərmişdir ki, hadisədən 11 gün sonra şikayət vermişdir. O, öz izahatında daha sonra törətdiyi əməlindən peşiman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək daha yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə zərərçəkən şəxs X4 məlumat verilsə də, o, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də heç bir məlumat verməmişdir. Məhkəmə işə zərərçəkən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialına əlavə olunmuş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qayadalrı”na əlavə, 19 dekabr 2021-ci il tarixli, 2/37363 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından aydın olur ki, Şəxs 19 dekabr 2021-ci il tarixdə, saat 18:10 radələrində tibbi müayinədən keçirilərkən ayıq olduğu müəyyən edilmişdir. İş materialına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X5” Publik hüquqi şəxsindən daxil olmuş 30 dekabr 2021-ci il tarixli, 936 saylı ekspert rəyindən görünür ki, X2 məhkəmə tibbi-ekspertizası zaman aşkar edilmiş xəsarət-sağ diz oynağı nayihəsinin yumşaq toxumalarının şişkinliyi və cüzi hərəkət məhdudluğuna səbəb olan qançırı bərk küt əşya təsirindən, qərarın təsviri hissəsində göstərilən 19.12.2021-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. X1 almış olduğu xəsarətlərin xarakter və lokalizasiyasılarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, idarə etdiyi avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi. Məhkəmə iş materillarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə, Şəxs əməlini etiraf edərək səmimi peşiman olmasını nəzərə alaraq onun barəsində inzibati cərimə tətbiq olunmasını daha ədalətli, qanuni və əsaslı hesab edir. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-c maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-224/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-224/2022
25.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver