Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2241/2025 27.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlu, 20 dekabr 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Qaradağ rayonu, Umbakı qəsəbəsi, Gənclər küçəsi, ev 28-də qeydiyyatda olan X3 Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin X4 tərəfindən qəbul edilmiş 19 iyul 2025ci il tarixli EQ 29353998 nömrəli və xx.xx.2025-ci il tarixli EQ 30237775 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxılmağa hazırlayarkən, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı rayonunun Şərəfə kəndində yaşayan vətəndaş X5 şikayətlə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin X2 tərəfindən qəbul edilmiş Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə olan 19 iyul 2025-ci il tarixli EQ 29353998 və Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsi ilə olan 27 avqust 2025-ci il tarixli EQ 30237775 nömrəli elektron qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə təqdim edilmiş materialları araşdıraraq hesab edir ki, X3 Daxili İşlər Nazirliyinin BDYPİ-nin X4 tərəfindən qəbul edilmiş 19 iyul 2025-ci il tarixli EQ 29353998 və 27 avqust 2025-ci il tarixli EQ 30237775 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, işdə olan X3 göndərdiyi şikayətdən göründüyü kimi, həmin şikayət 19 iyul 2025-ci il və 27 avqust 2025-ci il tarixlərdə verilmişdir. X1 BDYPİ-nin X4 tərəfindən qəbul edilmiş Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə olan 19 iyul 2025-ci il tarixli EQ 29353998 və Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsi ilə olan 27 avqust 2025-ci il tarixli EQ 30237775 nömrəli elektron qərar barədə məlumatı olmuş, buna görə inzibati qərardan şikayət vermək üçün prosessual müddət buraxılmışdır. Famil Heybətov Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə olan 19 iyul 2025-ci il tarixli EQ 29353998 və Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsi ilə olan 27 avqust 2025ci il tarixli EQ 30237775 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş müddətin onun tərəfindən buraxılmasının səbəbinin üzürlü hesab edilməsi və buraxılmış müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Bundan başqa, Famil Heybətov şikayət ərizəsində bir qərardan deyil, eyni zamanda iki qərardan şikayətçi olduğunu bildirmişdir. Famil Heybətov hər bir qərar üzrə ayr-ayrı şikayət ərizələri ilə məhkəməyə müraciət etməli idi. Bundan əlavə, 19 iyul 2025-ci il tarixli EQ 29353998 elektron qərar üzrə hadisənin baş verdiyi yerin Qobustan rayonu Cəngi ərazisi göstərilmişdir. İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, şikayətə inzibati xətanın törədildiyi yerdə baxılır. Şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında qərardan şikayət şəxsin yaşayış yeri üzrə də baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən həmin məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İXM-nin 130.3-cü nmaddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarında müəyyən edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmçinin inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 128.2.3-cü maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X5 şikayəti qanunla müəyyən edilmiş müddəti ötürməklə verdiyindən, prosessual müddətin bərpası barədə ərizə verilmədiyindən, bir ərizədə eyni vaxtda iki qərardan şikayət verildiyindən, inzibati xəta hadisəsinin birincisi Qaradağ rayonunun ərazisində deyil, Qobustan rayonunun ərazisində baş verdiyi göstərildiyindən və şikayətə şəxsin yaşayış yerində baxılması barədə vəsatət verilmədiyindən Famil Heybətovun şikayəti və şikayətə əlavə edilmiş sənədlər F.F.Heybətova geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə müvafiq olaraq protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, məhkəmə, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 114 və 130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin X4 tərəfindən qəbul edilmiş 19 iyul 2025-ci il tarixli EQ 29353998 və 27 avqust 2025-ci il tarixli EQ 30237775 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlardan verdiyi şikayəti və şikayətə əlavə edilmiş sənədlər ona geri qaytarılsın. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-2241/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2241/2025
27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver