Məhkəmə qərarları › İş №3(002)-2245/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2245/2023

16.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2245/2023 16.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, X1 tərəfindən Bakı şəhər X3 İdarəsinin 23 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X1 tərəfindən Bakı şəhər X3 İdarəsinin 23 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə verilmiş şikayət daxil olmuşdur. Məhkəmə hesab edir ki, həmin materiallar aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə göndərilməlidir. Belə ki, X1 16 noyabr 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək halhazırda ünvan 1 ünvannda yaşadığından, inzibati materialın aidiyyəti üzrə həmin rayon məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 110-cu maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110 və 112-ci maddələrini rəhbər tutaraq,məhkəmə qəraraaldı: X1 tərəfindən Bakı şəhər X3 İdarəsinin 23 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə verilmiş şikayət aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilsin Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar