Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2257/2025 22.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə inspektoru, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Zəngilan rayonu, Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan Şəxs qızının Azərbaycan Respublikasının İXM-in 535.1 və 510-cu maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Qaradağ Rayon Polis İdarəsinin inzibatı binası qarşısında səs-küy salaraq ictimai qaydanı kobud surətdə pozaraq nalayiq söyüşlər söyərək, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə inspektoru polis leytenantı X4 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Qaradağ Rayon Polis İdarəsinin inzibati binası qarşısında səs-küy salaraq ictimai qaydanı kobud surətdə pozaraq nalayiq söyüşlər söymüş, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Oğlu tutulduğu üçün idarəyə gəlmiş, lakin polis əməkdaşlarını təhqir etmişdir. İzahatı alınan zaman özünü təqsirli bilməmişdir. Şəxs barəsində müvafiq tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Müdafiəçinin suallarına cavab olaraq hadisənin idarənin həyətində baş verdiyini, Şəxs polis əməkdaşlarını söydüyünü və onlarfa müqavimət göstərdiyini yəni, sakitləşmədiyini qeyd etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Qaradağ RPİ-nin qarşısına gəlmiş və içəri daxil olmaq istəmişdir. Bu zaman binanın qarşısında xidmətdə olan polis əməkdaşları onu içəriyə buraxmamışdır. Uşağını görmək istədiyini, hadisə baş verən zaman əsəbi olduğunu, azyaşlı övladının olduğunu, polis əməkdaşları tərəfindən ona müqavimət göstərildiyini, döyüldüyünü, qoluna qandal vurulduğunu nəzərə alıb barəsində inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Müdafiəçinin sualına cavab olaraq Şəxs bildirdi ki, Vüsalə adında xanım tərəfindən döyüldüyü üçün oğlu ondan anası Ərkinazı niyə döydüyünü soruşmuş, buna görə də oğlu Pİ-nə gətirilmişdir. Polis idarəsinə gələrkən isə yolda ona təzyiq göstərilmiş, qollarına qandal vurulmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin PPXB-nün polis nəfəri, polis serjantı Mejdun Şıxəliyev ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 10 radələrində inzibati ərazidə xidmətdə olarkən bir nəfər qadının qapı postuna yaxınlaşaraq Qaradağ RPİ-də barəsində araşdırma aparılan Mirəli Quliyevin anası olduğunu və oğlunun qanunsuz saxlanıldığını bildirərək təhqirlərdən istifadə etməyə başlamış, etik normalara riayət etməsini bildirdikdə isə polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq səs-küyə davam etmişdir. Bu zaman qapıda dayanan vətəndaşların narazılıqlarını, xidməti fəaliiyətin pozulmasını nəzərə alaraq qadını 10-cu PŞ-nə gətirmiş və şəxsiyyətin müəyyən etmişlər. Məhkəmə iclasında iştirak edən şahid X2 ifadəsində Qaradağ RPİ-nin qarşısında olarkən bir nəfər qadının səs-küy salmasını və polislərə qarşı nalayiq ifadələr işlətməsinin şahidi olduğunu, lakin nə üçün belə bir halın baş verməsinə dair məlumatı olmadığını vurğulamışdır. Məhkəmə iclasında iştirak edən digər şahid X3 öz ifadəsində post yoldaşı Şıxəliyev Mejdunla xidmətdə olarkən bir nəfər qadının yaxınlaşaraq işlərinə maneə törətdiyini, nalayiq ifadə işlətdiyini qeyd etmişdir. Bu zaman növbətçi hissəyə məlumat vermiş, əməliyyat qrupu yaxınlaşaraq xanımı 10-cu bölməyə aparmış, kimliyini müəyyən etmişdir. İş materiallarında olan Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin rəisi, polis polkovnik leytenantı cənab Rəfail Tağıyevə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 10 radələrində inzibati ərazidə xidmətdə olarkən bir nəfər qadının qapı postuna yaxınlaşaraq Qaradağ RPİ-də barəsində araşdırma aparılan Mirəli Quliyevin anası olduğunu və oğlunun qanunsuz saxlanıldığını bildirərək təhqirlərdən istifadə etməyə başlamış, etik normalara riayət etməsini bildirdikdə isə polisin qanuni tələbinə tabe olmamışdır. Polis əməkdaşları həmin şəxsi nizam-intizama dəvət etməyə çalışsalar da, vətəndaş qanuni tələblərə məhəl qoymayaraq qanunsuz əməllərini davam etdirmişdir. Qanunsuz əməllərini davam etdirən şəxs Qaradağ RPİ-nin 10-cu PŞnə təmin edildi. Şöbədə məlum olmuşdur ki, inzibati pozuntunu törətmiş şəxs Şəxsdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Qaradağ RPİ-nin ərazisində ictimai qaydanı kobud surətdə pozaraq nalayiq söyüşlər söyərək, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xarici yaddaş diskindən görünür ki, Şəxs Bakı şəhəri Qaradağ RPİ-nin inzibati binasının həyətinin girişində nalayiq ifadələr işlədərək polis əməmkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, xx.xx.2025-ci il tarixli raport, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidin və protokol tərtib etmiş şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Qaradağ RPİ ərazisində ictimai qaydanı kobud surətdə pozaraq nalayiq söyüşlər söyərək, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi himayəsində 3 övladlanın olmasını, şəkər və serroz xəstəliyindən əziyyət çəkdiyini, əməlindən səmimi peşman olmasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası hədləri daxilində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 3 saata görə 33 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 3 saata görə 33 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-2257/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2257/2025
22.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver