Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2261/2023 07.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3, Qaradağ RPİ-nin X11 X8 Hadisələri üzrə baş inspektoru, polis leytenantı X1 iştirakı ilə, Daxili İşlər Nazirliyi Baş X11i İdarəsinin 24 oktyabr 2023-cü il tarixli EQ/17655505 saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək Daxili İşlər Nazirliyi Baş X11i İdarəsinin 24 oktyabr 2023-cü il tarixli EQ/17655505 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYP-nin xx.xx.2023-cü il tarixli EQ/17655505 saylı qərarına əsasən o, İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 100 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş protokol və qərarla razı deyil. Belə ki, həmin qərarda qeyd edilir ki, o, xx.xx.2023-ci il tarixdə saat 18:48-də Bakı-Quba yolu 35.6-cı kmliyində qardaşı X4 idarə etdiyi “Toyota Prius” markalı **-FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ərazidəki sürət limiti 90 km/saat olan yolda 106 km/saat surətlə hərəkət edərək, sürət həddini aşmışdır, yol hərəkəti qaydalarını pozmuşdur. Bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18:48-də o, “Toyota Prius” markalı **-FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadığı üçün idarə etməmişdir, avtomobili yanında olan qardaşı X7 idarə etmişdir. O, heç bir qayda pozuntusu etməmişdir. O, avtomobili idarə edərkən heç bir qanunsuzluğa yol verməsə də barəsində əsassız olaraq İXM-nin 328.1-ci maddəsi ilə cərimə olunmasına dair qərar qəbul etmişlər. Barəsində tərtib edilmiş protokoldan narazı olmuş və bu barədə DİN Baş X11 İdarəsinə rəsmi qaydada şikayətlər etsə də heç bir araşdırma aparılmadan həmin tarixdə də qərar qəbul edilərək 100 manat cərimə edilmişdir. Göstərilənləri nəzərə alaraq Daxili İşlər Nazirliyi Baş X11i İdarəsinin 24 oktyabr 2023-cü il tarixli EQ/17655505 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X6 şikayəti müdafiə edərək, inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin X11 X8 Hadisələri üzrə baş inspektoru, polis leytenantı X2 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası İXMnin 122-ci maddəsinə əsasən texniki vasitələrin məhz törədilmiş inzibati xətaya uyğun maddənin müəyyən edilməsi mümkün olmadığından qərarda 332.2-ci maddə əvəzində 328.1-ci maddəsi qeyd olunmuşdur. Qərar elektron formada tərtib edildiyindən sürücünün sürücülük hüququnu mövcudluğunu müəyyən etmək mümkün olmamış, bu səbəbdən inzibati xəta haqqında protokol həmin vaxt nəqliyyat vasitəsini idarə edən şəxs barəsində deyil, mülkiyyətçisi barəsində qəbul edilmişdir. Şikayət əsaslıdır, qəbul edilmiş qərar düzgün olmadığından müvafiq qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 24 oktyabr 2023-cü il tarixli EQ/17655505 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, R.B.Kazımov 24 oktyabr 2023-cü il tarixdə, saat 18:48-də idarə etdiyi “Toyota Prius(Hibrid)” minik markalı **-FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolda müəyyən edilmiş hərəkət surətini 16 km/saat həddində aşmağa görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, R.B.Kazımov 24 oktyabr 2023cü il tarixdə “Toyota Prius(Hibrid)” minik markalı **-FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmədiyi halda inzibati xəta haqqında elektron qərar onun barəsində qəbul edilmişdir. Eyni zamanda qərarı qəbul etmiş inzibati orqanın nümayəndəsi tərəfindən nəqliyyat vasitəsinin məhz R.B.Kazımov tərəfindən idarə olunmasını sübut edəcək heç bir dəlil təqdim olunmamışır. Yuxarıda göstərilən səbəblərdən də, inzibati xəta haqqında protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Daxili İşlər Nazirliyi Baş X11i İdarəsi tərəfindən qəbul edilmiş 24 oktyabr 2023-cü il tarixli EQ/17655505 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən isə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, X3 inzibati xəta törədilməsinə aidiyyəti olmadığına görə onun barəsində Daxili İşlər Nazirliyi Baş X11i İdarəsi tərəfindən qəbul edilmiş 24 oktyabr 2023-cü il tarixli EQ/17655505 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin olunsun. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinin tələblərinə əsasən Daxili İşlər Nazirliyi Baş X11i İdarəsinin 24 oktyabr 2023-cü il tarixli EQ/17655505 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2261/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2261/2023
07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver