Məhkəmə qərarları › İş №3(002)-2263/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2263/2024

22.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2263/2024 22.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Qaradağ rayon Polis İdarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs bildirmişdir ki, “BMW 530” markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobili uzun müddətdir ki, başqa bir şəxsə satmışdır.Lakin həmin avtomobillə törədilən inzibati xətalara görə cərimələr onun üzərinə yazılır.Nəqliyyat vasitəsini hazırki sahibinə bununla bağlı bildirsə də həmin şəxs cərimələri ödəməkdən yayınır.Qeyd edilən avtomobilin saxlanılaraq duracağa yerləşdirilməsi ilə bağlı BDYP-ya ərizə ünvanlandırmışdır və həmin ərizə BDYP-nin icraatındadır.İnzibati xətanı o törətməmişdir.Qeyd edilənlərə əsasən barəsində olan işə xitam verilməsini xahiş edir. İnzibati protokolu tərtib edən səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq,səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və əlavə olunmuş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilməsinə əsasən olan “BMW 530” markalı, ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki olaraq Şəxs mülkiyyətində olmadığı müəyyən olunmuşdur.Bundan başqa Baş Dövlət Yol Polis İdarəsindən Şəxs ünvanlanmış məktubdan görünür ki, qeyd edilən məsələnin həlli üçün ** OK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi barədə qərar qəbul edilmişdir. Lakin qeyd edilən hallar ətraflı araşdırılmamış və Şəxs barəsində əssasız olaraq Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, başlanmış inzibati xəta barədə icraata xitam verilməlidir. Şərh olunanları əsasən və Azərbaycan Respublikası İXM-nin 114-cü, 115-ci, 128-130 maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilə. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar