Məhkəmə qərarları › İş №3(002)-2266/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2266/2024

22.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2266/2024 22.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Şikayət verən şəxs «X22» QSC-nin direktoru «X22» QSC-nin direktoru X5 nümayəndəsi və vəkili Nümayəndəsi və vəkili Nümayəndə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin nümayəndəsi X13 iştirakları ilə, «X22» QSC-nin direktoru «X22» QSC-nin direktoru X5 nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər İdarəsinin MN seriyalı, ******* saylı, 01 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: «X22» QSC-nin direktoru «X22» QSC-nin direktoru X5 nümayəndəsi və vəkili Nümayəndə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər İdarəsinin MN seriyalı, ******* saylı, 01 avqust 2024-cü il tarixli inzibati tənbeh haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DƏMX-nin BŞİ-nin rəis v.m.i.e. X14 İnzibati tənbeh vermə haqqında MN № ******* nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə «X22» QSC-nin direktoru X9 Azərbaycan Respublikası İXM-nin 199-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 900 manat məbləğində inzibati tənbeh edilmişdir.Qərar onunla əsaslandırılmışdır ki, «X22» QSC-nin direktoru X9 tərəfindən cəmiyyətin kran maşinistləri X7 və X6 xx.xx.2024-cü tarixdə istehsalatda xəsarət alan zaman iş yerində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməmişdir.Aşağıdakılar əsasında DƏMX-nin BŞİ-nin rəis v.m.i.e. X14 İnzibati tənbeh vermə haqqında MN № ******* nömrəli xx.xx.2024-cü il tarixli qərarını qanunsuz və əsassız hesab edirlər.Belə ki, şikaytə qoşmada məhkəməyə təqdim etdikləri sənədlərdən görünür ki. digər işçilər kimi xəsarət almış hər iki işçi də hadisə baş verən gün fərdi mühafizə vasitələri ilə təmin edilmiş, sahə ustasından əməyin mühafizəsi və texniki təhlükəsizliklə bağlı təlimat almışlar.Həmin sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixli 17/1 nömrəli əmrlə «X22» QSC-nin bütün ərazisində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin yaxşılaşdırılması, işlərin təhlükəsiz üsulla yerinə yetirilməsi və əməyin mühafizəsinin vəziyyətinə daimi nəzarəti həyata keçirmək məqsədi ilə sahələr üzrə və əmrin 4.1-ci bəndinə əsasən Polad əritmə sahəsinin induksion soba və kiçik şixtə sahəsi üzrə cavabdeh şəxs induksion soba sahəsinin rəisi X3 təyin edilmişdir.Həmin sənədlərdən görünür ki, bədbəxt hadisənin səbəbləri «X22» QSC-nin rəhbərliyi tərəfindən «İnduksion soba sahəsinin rəisinin vəzifə təlimatı»nın 2-ci bölməsinin (Vəzifə öhdəlikləri) 2.3-cü bəndinin («Əritmə prosesinə nəzarət etməli, ərintidə istifadə edilən metalın tərkibinin Keyfiyyətə nəzarət şöbəsi tərəfindən təqdim edilən standartın tələbinə tam uyğun olmasını polad əridənlərdən tələb etməlidir), 4-cü bölməsinin (Məsuliyyət) 4.1-ci bəndinin («induksion soba sahəsinin rəisi ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə) tələblərinə riayət edilməməsi olmuşdur.Həmçinin həmin sənədlərdən görünür ki, əmək qanunvericiliyinin pozuntusuna yol vermiş şəxs Poladəritmə sexinin induksion soba sahəsinin rəisi X1 cavabdehliyi müəyyən edilmişdir.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinə əsasən İşəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə-yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.Maddənin dispozisiyasındakı «İşəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsi» ifadəsi elə başa düşülməlidir ki, məsələn, iş yerində işçilər əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə tanış edilmirlər, təlimatlandırılmırlar, fərdi mühafizə vasitələri ilə təmin edilmirlər, istehsalatda istifadə edilən, hazırkı halda, məsələn induksion polad əritmə sobaları keyfiyyət standarlarına cavab vermir, istehsal sahəsi satandartlara cavab vermir və sairə. Lakin hazırkı bədbəxt hadisənin baş verməsinin, əvvəlcə DƏMX-nin BŞİ-nin müfəttişi tərəfindən, daha sonra isə DƏMX-nin BŞİ-nin rəisi tərəfindən müəyyən edilən səbəbləri, yuxarıda da qeyd edildiyi kimi, «X22» QSC-nin rəhbərliyi tərəfindən «İnduksion soba sahəsinin rəisinin vəzifə təlimatı»nın 2-ci bölməsinin (Vəzifə öhdəlikləri) 2.3-cü bəndinin («Əritmə prosesinə nəzarət etməli, ərintidə istifadə edilən metalın tərkibinin Keyfiyyətə nəzarət şöbəsi tərəfindən təqdim edilən standartın tələbinə tam uyğun olmasını polad əridənlərdən tələb etməlidir), 4-cü bölməsinin (Məsuliyyət) 4.1-ci bəndinin («induksion soba sahəsinin rəisi ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə) tələblərinə riayət edilməməsi olmuş, əmək qanunvericiliyinin pozuntusuna yol vermiş şəxs isə Poladəritmə sexinin induksion soba sahəsinin rəisi X1 cavabdehliyi müəyyən edilmişdir.Yəni «X22» QSC-nin rəhbərliyi müvafiq vəzifə təlimatlarını tərtib edib təsdiq etmiş, işçilərini təlimatlandırmış, təlimatlandırılmasına nəzarəti etmiş, bunun üçün məsul şəxsləri təyin etmiş, onlardan vəzifələrini layiqincə yerinə yetirmələrini tələb etmiş və buna nəzarət etmiş, belə ki, müvafiq olaraq «İnduksion soba sahəsinin rəisinin vəzifə təlimatı»nın 2-ci bölməsinin (Vəzifə öhdəlikləri) 2.3-cü bəndinin («Əritmə prosesinə nəzarət etməli, ərintidə istifadə edilən metalın tərkibinin Keyfiyyətə nəzarət şöbəsi tərəfindən təqdim edilən standartın tələbinə tam uyğun olmasını polad əridənlərdən tələb etməlidir) vəzifəsinin icrasını aidiyyəti işçilərdən tələb etmiş, lakin həmin təlimatın 4-cü bölməsinin (Məsuliyyət) 4.1-ci bəndinin («induksion soba sahəsinin rəisi ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə) tələblərinə Poladəritmə sexinin induksion soba sahəsinin rəisi tərəfindən lazımınca riayət edilməmişdir. Məhz bu əsasla da əmək qanunvericiliyinin pozuntusuna yol vermiş şəxs olaraq Poladəritmə sexinin induksion soba sahəsinin rəisi X1 cavabdehliyi müəyyən edilmişdir.Belə bir vəziyyətdə «X22» QSC-nin rəhbərliyinin Azərbaycan Respublikası İXMnin 199-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 900 manat məbləğində inzibati tənbeh edilməsi qanunsuz olmuşdur. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ******* saylı, 01 avqust 2024-cü il tarixli qərarın ləğv edilərək inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş olunmuşdur. Məhkəmə iclasında «X22» QSC-nin direktoru «X22» QSC-nin direktoru X5 nümayəndəsi və vəkili Nümayəndə şikayət ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin nümayəndəsi X17 MN seriyalı, ******* saylı, 01 avqust 2024-cü il tarixli qərarını müdafiə edərək şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər İdarəsinin MN seriyalı, ******* saylı, 01 avqust 2024-cü il tarixli qərarından görünür ki, «X22» QSC-nin direktoru X9 Azərbaycan Respublikası İnzibati Xətalara Məcəlləsinin 199-cu maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu, qərarı və ona əlavə olunmuş sənədləri araşdıraraq, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər İdarəsinin MN seriyalı, ******* saylı, 01 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan ləğv edilməli və yenidən araşdırma aparılması üçün həmin inzibati orqana göndərilməlidir. Belə ki, iş materiallarında olan induksion soba sahəsinin rəisinin vəzifə təlimatından görünür ki, «X22» QSC-nin bütün ərazisində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin yaxşılaşdırılması, işlərin təhlükəsiz üsulla yerinə yetirilməsi və əməyin mühafizəsinin vəziyyətinə daimi nəzarəti həyata keçirmək məqsədi ilə Polad əritmə sahəsinin induksion soba və kiçik şixtə sahəsi üzrə cavabdeh şəxs induksion soba sahəsinin rəisi X3 təyin edilmişdir.Bundan başqa iş materiallarında olan X22» QSC-nin kran maşinistləri X7 və X6 xx.xx.2024-cü il tarixdə xəsarət almaları ilə nəticələnmiş xx.xx.2024-cü il tarixli təhqiqat aktından görünür ki, bədbəxt hadisənin baş verməsində təhqiat aktının 4-cü bölməsinə əsasən cəmiyyətin Polad əritmə sexi induksion soba sahəsinin rəisi X2 cavabdehliyi müəyyən edilmiş və bədbəxt hadisənin səbəbi kimi induksion soba sahəsinin rəisinin vəzifə təlimatının 2-ci bölməsinin 2.3-cü bəndinin və 4-cü bölməsinin 4.1-ci bəndinin tələblərinə riayət edilməməsi qeyd edilmişdir.Lakin inzibati orqan bu hallara qiymət vermədən, bədbəxt hadisənin baş verdiyi sahəyə cavabdeh şəxs X4 təyin edildiyi halda əsassız olaraq «X22» QSC-nin rəhbəri X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4.-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, MN seriyalı, ******* saylı, 01 avqust 2024-cü il tarixli qərar ləğv edilməli və yenidən baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər İdarəsinə göndərilməlidir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 128-131-ci və 134-cü maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARAALDİ: «X22» QSC-nin direktoru «X22» QSC-nin direktoru X5 nümayəndəsi və vəkili Nümayəndə şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər İdarəsinin MN seriyalı, ******* saylı, 01 avqust 2024-cü il tarixli inzibati xəta haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar