Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2275/2020 23.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Əsədov Rövşən Vaqif oğlunun iştirakı ilə, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay , Bakı şəhəri, Qarabağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küç, ev 7, m.83-də qeydiyyatda olan Əsədov Rövşən Vaqif oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə Qaradağ RPİ-nin 38-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Əsədov Rövşən Vaqif oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 31 okytabr 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Əsədov Rövşən Vaqif oğlu 31 oktyabr 2020-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu , Sahil qəsəbəsi ərazisində xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədlər olmadan küçələrdə və digər ictimai yerlərdə olmanın qadağan edilməsi tələbini pozmaqla “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2020-ci il tarixli Fərmanı ilə müəyyən edilmiş komendant saatı rejimini pozmuşdur. Məhkəmə iclasında iştirak edən Əsədov Rövşən Vaqif oğlu öz izahatında bildirmişdir ki, uzun müddətdir ki, psixi xəstəliyi ilə əlaqədar başında ağrılar olur və öz hərəkətlərini tam idarə edə bilmir. Həmin gündə baş ağrısı olduğu üçün evdən çıxmış və karantin postunda yaxalanmışdır.Hal-hazırda əməlindən peşmandır və birdaha belə hərəkətlərə yol verməyəcəkdir. Odur ki, barəsində xəbərdarlıq edilməsini xahiş etmişdir. Əsədöv Rövşən Vaqif oğlunun məhkəməyə təqdim etdiyi xx xxxxxx 2019-cu il tarixli 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının Poliklinika Şöbəsinin Ambulator kitabçadan çıxarışdan aydın olur ki, Əsədöv Rövşən Vaqif oğlu xroniki psixi xəstəlikdən müalicə alır. 31 oktyabr 2020-ci il tarixli, AZA 010498 sayılı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Əsədov Rövşən Vaqif oğlu həmin tarixdə saat: 22:30-də tutulmuş və 01 noyabr 2020-ci il tarixdə saat: 06-05-də azad edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 517-2.1-cimaddəsinə əsasən xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə - xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, hesab edir ki, Əsədov Rövşən Vaqif oğlu İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2020-ci il tarixli Fərmanına əsasən Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmişdir. Fərmanın 3-cü bəndinə əsasən Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Əsədov Rövşən Vaqif oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xəbərdarlıq edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2275/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2275/2020
23.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver