Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2283/2023 02.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Qaradağ rayon Pİ 11-ci Polis bölməsinin sahə inspektoru X3, Zərəçəkmiş şəxslər X5 və X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1969-cu ildə Salyan rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Salyan rayonu, Parçaxalac kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Qaradağ rayon Pİ 11-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs 20 iyun 2023-cü il tarixdə saat 12:30 radələrində ünvan 1 ünvanında X5 və X6 ilə aralarında yaranmış mübahisə zamanı onları döyərək fiziki ağrı yetirmişdir. Qeyd edilənlərlə bağlı Qaradağ rayon Pİ 11-ci Polis bölməsinin sahə inspektoru X8 tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair MN serialı ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Qaradağ rayon Pİ 11-ci Polis bölməsinin sahə inspektoru X8 bildirmişdir ki, Şəxs 20 iyun 2023-cü il tarixdə saat 12:30 radələrində ünvan 1 ünvanında X5 və X6 ilə aralarında yaranmış mübahisə zamanı onları döyərək fiziki ağrı yetirmişdir. Qeyd edilənlərlə bağlı tərəfindən protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, 20 iyun 2023-cü il tarixdə saat 12:30 radələrində ünvan 1 ünvanında qızının evində olduğu zaman qudası ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı X5 və X4 vurmuşdur. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərəçəkmiş şəxs X5 bildirmişdir ki, 20 iyun 2023-cü il tarixdə saat 12:30 radələrində gəlinin atası ilə anası onlarda olan zaman aralarında mübahisə yaranmışdır. Yaranmış mübahisə zamanı qudası Şəxs əvvəlcə qızı X4 boğmağa çalışmış, güclə qızını onun əlindən almaq istəyərkən onunda saçından dartaraq yerə yıxmış və yerdə olan zaman qarnına təpiklə vurmuşdur. Məhkəmə iclasında zərəçəkmiş şəxs X6 anası S.Səmədovanın dediklərini təsdiq edərək eyniməzmunlu izahat verərək, Kəmalə Xankişiyeva tərəfindən döyülərək xəsarət aldığını bildirmişdir. İş materiallarında olan 22 iyul 2023-cü il tarixli qərardan göründüyü kimi, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X12 450 №li ekspert rəyindən görünür ki, X1 bədən səthində aşkar olunmuş xəsarət – başın təpə nahiyəsinin qançırı bərk küt əşya təsirindən 3-5 gün əvvəl törənmişdir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X12 451 №li ekspert rəyindən görünür ki, X2 bədən səthində aşkar olunmuş xəsarət – boyun nahiyəsinin, sağ dirsək oynağının, döş qəfəsinin və sağ bud nahiyələrinin qançırları, sağ əlin İV barmağın dırnaq falanqasının sıyrıqları bərk küt əşya təsirindən 3-5 gün əvvəl törənmişdir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə, Şəxs hərəkətlərinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə düzgün tövsif olunduğu qənaətinə gəlir və hesab edir ki, ona həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs ilk dəfə inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunur. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, inzibati xəta törədən Şəxsnun ilk dəfə inzibati xəta törətməsini nəzərə alaraq onun barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-2283/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2283/2023
02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver