Məhkəmə qərarları › İş №3(002)-2283/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2283/2025

24.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2283/2025 24.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlu, X3 Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-dən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X3 Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-də tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək müəyyən edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 başqa, zərərçəkmiş şəxsin və şahidlərin inzibati xəta haqqında protokolla tanış olubolmaması barədə imza və digər qeyd yoxdur. Həmçinin zərərçəkmiş şəxsin, hadisə barədə məlumatlı olan digər şəxslərin (şahidlərin) izahatları alınmamışdır. Eləcə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 izahatı səthi alınmış, hadisənin baş vermə mexanizmi ətraflı araşdırılmamış, həmçinin X5 ilə X4 və X2 arasında barışığın olubolmaması müəyyənləşdirilməmiş, barışıq olduğu halda onların barışmaları barədə ərizələri alınmamışdır. Odur ki, inzibati xəta haqqında protokol və əlavə olunmuş materiallar Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə geri qaytarılmalıdır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Belə olan halda hesab edirəm ki, yuxarıda qeyd edilən nöqsanlar aradan qaldırılması üçün inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100, 101,102.5 və 109-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və toplanmış material Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nə qaytarılsın. Hakim: Emin Fətəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar