Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2285/2023 29.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Bakı şəhəri Qaradağ Rayon icra hakimiyyətinin nümayəndəsi X2, Qərardan şikayət verən şəxs X4 nümayəndəsi X3 iştirakı ilə, X4 Qaradağ Rayon icra hakimiyyəti başçısının müavini Emil Abbasov tərəfindən qəbul edilmiş 31 avqust 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X1 Rayon icra hakimiyyəti başçısının müavini Emil Abbasov tərəfindən qəbul edilmiş 31 avqust 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qaradağ rayon İcra Başçısının birinci müavini X11 tərəfindən qəbul edilmiş 31 avqust 2023-cü il tarixli MN ******* saylı qərarı ilə İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 1000 manat məbləğində cərimə edilmişdir.Sözügedən qəbul edilmiş qərarla razı deyildir və qyd edilən səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməlidir.Belə ki, barəmdə tərtib edilmiş 31 avqust 2023-cü İl tarixli MN ******* saylı qərarda qeyd edilmişdir ki, qanunsuz tikinti tikmişdir və bu səbəbdən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395,1-d maddəsi ilə cərimə edilməlidir.Bildirir ki, 2007-ci il tarixdə aztəminatlı ailə kimi icra hakimiyyəti tərəfindən 2011-ci il tarixdə həyət evi tikilərək onun istifadəsinə verilmişdir. İləmin vaxtdan da həmin evdən ailə üzvüləri ilə birlikdə istifadə edərək yaşayır. Həmin tikinti ona məxsus olsa da tikinti 2011-ci ii tarixdə aparılmış, həmin tikilinin tikilməsində Qaradağ rayon İcra hakimiyyətinin özü də məlumatlı olmuşdur hətta özlərinin göstərmiş olduğu boş sahədə icra nümayəndəliyinin iştirakı ilə tikilmişdir. Tikintinin inşa edilməsindən 13 il keçəndən sonra mənim həmin sahədə tikinti işləri aparmağı barədə tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar tamamilə əsassızdır, Hətda qanunvericiliyə əsaslansaq belə tam görünür ki, müddət ötürülmüşdür. Belə ki. İXM-nin 38.1-ci maddəsinə əsasən i nzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Halbuki həmin tikintinin inşa edilməsindən 13 il vaxt keçmişdir.Azərbaycan Respubiikjası İXM-nin 395.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqan m m vaya mü vafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan tikinti aparılarsa bu inzibati xəta yaradır.Lakin o, həmin sahədə apardığı tikinti barədə icra hakimiyyətinin özünün razılığı olmuş və hətta tikintinin aparılmasına bilavasitə İcra Hakimiyyəti tərəfindən yardım edilmişdir. Həmin sahə icra hakimiyyətiniun özünün razılığı ilə aztəminatlı ailə kimi ona verilmişdir. Mən şifahi qaydada barəmdə protokol tərtib edən polis əməkdaşı ilə söhbət apardıqda o, bildirmişdir ki, protokol yalnışlıqla yazılıb.Bundan başqa ən vacib diqqətə alınan məqam ondan ibarətdir ki, bu keçən 13 il ərzində İcra Hakimiyyəti başçısı belə dəyişilməyib. İcra Hakimiyyətində hər hansı kadr dəyişikliyi olunmayıb ki, bunu diqqətdən qaçırsınlar. Sadəcə göründüyü kimi, polis sahə müvəkkili bir səhv edir və xəbərdar etmədən protokol tərtib edir. Həmin səhvi İcra Hakimiyyətinin məsul şəxsləri araşdırıb etmədən özləri cərimə edir. Tərtib edilmş qərardan onun ümumiyyətlə məlumatı olmamış və qərar ona təqdim edilməmişdir. Qərarın surəti ona poçt vasitəsilə göndərilmiş və qərarı 16 oktyabr 2023-cü il tarixdə almışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq Qaradağ Rayon icra hakimiyyəti başçısının müavini Emil Abbasov tərəfindən qəbul edilmiş 31 avqust 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi xahiş olunur. Əvvəlki məhkəmə iclasında X6 şikayətə əlavə verərək izahatında bildirmişdir ki, ərizəsinə qoşma olaraq əlavə etdiyi bələdiyyə sənədləri, həmin torpaq sahəsi üzrə ödəniş qəbzləri, əmlak vergisi, torpaq vergisi, kommunal ödənişlər tədiq edir ki, həmin yaşayış üzrə inşa ediimiş tikinti sahəsi illər əvvəl aparılmışdır ki, artıq üzərindən 10 ildən artıq zaman keçmişdir. Qeyd edilən sənədlər və qəbzlər bir daha təsdiq edir ki, artıq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəiiəsinin 38.2-ci maddəsinə (Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır.) heç bir halda istinad oluna bilməz. Çünki qoşma olaraq əlavə edilmiş qəbzlər bir daha təsdiq edir ki, mübahisə predmetinə dönmüş tikinti(hər nə qədər də olsa tikintini aparan orqan özü tikir ara yerdə vətandaşı cərimə edir) artı bütün dövlət qurumlarında məlumatlı idi. Məhkəmə iclasında qərarından şikayət verilən Qaradağ Rayon icra hakimiyyətinin nümayəndəsi X5 qərarı müdafiə edərək şikayətin rədd edilməsini xahiş etmişdir.O, əlavə olaraq bildirmişdir ki, sözügedən evin tikilməsinə əsas verən hər-hansı bir rəsmi sənəd mövcud deyildir və ona görə də özbaşına tikinti sayılır. İş materiallarənda olan xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, Qaradağ RPİ PB-nin 11-ci bölməsinin sahə inspektoru X7 tərəfindən X6 barəsində Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə inzibati araşdırma başlanmışdır. İş materilllarında olan Qaradağ Rayon icra hakimiyyəti başçısının müavini Emil Abbasov tərəfindən qəbul edilmiş 31 avqust 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarından görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1000 (bir min) manat cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, ərizə təmin olunmalı Qaradağ Rayon icra hakimiyyəti başçısının müavini Emil Abbasov tərəfindən qəbul edilmiş 31 avqust 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilməli və iş yenidən araşdırılması üçün Qaradağ Rayon icra hakimiyyətinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən, "Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur." İXM-nin 3-cü maddəsinə görə isə, "Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Təqsir inzibati xətanın əsas elementidir. Əməlin hüquqazidd olmasına baxmayaraq, təqsirin olmaması əməlin inzibati xəta kimi sayılmamasına səbəb olur. Belə ki, iş materiallarından görünür ki, mübahisələndirilən inzibati xəta üzrə prosessual qaydalara əməl olunmamış və xəta üzrə əməldə inzibati xəta tərkibi olubolmaması şəxsin iştirakı ilə araşdırılmadan X4 təqsirinin olması əsas götürülərək müvafiq qərar qəbul olunmuşdur. Həmçinin inzibati araşdırılma aparılmadan X6 barəsində əsassız qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İş materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, inzibati qərarın qəbul edilməsinə əsas olan Qaradağ RPİ PB-nin 11-ci bölməsinin sahə inspektoru X7 xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərkən İnzibati Xətalar Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuş X6 inzibati araşdırmaya dəvət edilməmiş, izahatı alınmamış, həmçinin qərarın surəti ona təqdim edilməmiş və ya imza etməkdən imtina edilməsi barədə qərarda müvafiq qeyd aparılmamışdır.Lakin 31 avqust 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarı qəbul etmiş orqan bu xüsusatlara diqqət yetirməmiş və inzibati qanunvericiliyin tələbləri pozularaq tərtib edilmiş xx.xx.2023cü il tarixli, MN ******* saylı protokol əsasında qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4.-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 31 avqust 2023-cü il tarixli MN ******* saylı qərarın qəbul edilməsi zamanı prossesual pozuntulara yol verildiyindən qərar ləğv edilməli və yenidən baxılması üçün Qaradağ Rayon icra hakimiyyətinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X4 inzibati xəta haqqında qərarın ləğv edilməsi haqqında şikayəti təmin edilsin. Qaradağ Rayon icra hakimiyyəti başçısının müavini Emil Abbasov tərəfindən qəbul edilmiş 31 avqust 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Qaradağ Rayon icra hakimiyyətinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-2285/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2285/2023
29.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver