Məhkəmə qərarları › İş №3(002)-2286/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2286/2025

09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2286/2025 09.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Novruzov Rafael Fərid oğlunun katibliyi, Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 21 oktyabr 2025-cü il tarixli, 00700-00153/25 saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Sumqayıt Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-1800/012/003487 nömrəli, xx.xx.2025-ci il tarixli 3-33-1800/012/003644 nömrəli, xx.xx.2025- 3-33- ci il tarixli 3-33-1800/012/003686 nömrəli, xx.xx.2025-ci il tarixli 3-33-1800/012/003821 nömrəli, nömrəli, xx.xx.2025-ci il tarixli 3-33-1800/012/003842 xx.xx.2025-ci il 1800/012/003897 nömrəli raportlar tərəfimdən xx.xx.2025-ci il tarixli 3-33-1800/013/004051 nömrəli raportla birləşdirilmişdir. Araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən alqısatqı yolu ile **********0993 sorğu nömrəli xx.xx.2025-ci il tarixli; **********2732 sorğu nömrəli xx.xx.2025-ci il tarixli; **********2905 sorğu nömrəli xx.xx.2025-ci il tarixli; **********4005 sorğu nömrəli xx.xx.2025-ci il tarixli, **********5613 sorğu nömrəli xx.xx.2025-ci il tarixli; **********6665 sorğu nömrəli xx.xx.2025-ci il tarixli **********8836 sorğu nömrəli xx.xx.2025-ci il tarixli gömrük bəyannamələri üzrə ixrac edilən malların müqabilində 6216 (altı min iki yüz on altı dollar) ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti ixracatçının müvəkkil bankdakı hesablarıa 180 gün ərzində köçürülməmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Gömrük İdarəsi tərəfindən "xxxx" MMC-nin ünvanına bildiriş məktubları göndərilmiş və ixrac edilmiş malların müqabilində müvəkkil bank hesablarına köçürülməmiş xarici valyutada pul vəsaitlərinin köçürməli olduğuna dair lazımi qaydada xəbərdar edilmiş və ona hüquqi məsuliyyəti barədə qabaqcadan izah verilmişdir. Faktla bağlı araşdırma zamanı "xxxx" MMC-nin ünvanına icraatda iştirak üçün xx.xx.2025-ci il tarixli 3-33-1800/2-001003/2025 nömrəli, xx.xx.2025-ci il tarixli 3-33- 1800/2- 001022/2025 nömrəli, xx.xx.2025-ci il tarixli 3-33-1800/2-001033/2025 nömrəli, xx.xx.2025-ci il tarixli 3-33-1800/2-001081/2025 nömrəli, xx.xx.2025-ci il tarixli 3-33- 1800/2-001107/2025 nömrəli maktublar göndərilmiş, lakin nümayəndə qismində çağırış üzrə gələn olmamışdır. DGK X1 Sistemi - konsignasiya əməliyyatları üzrə hesabat bölməsi informasiya sisteminə həyata keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin **********0993 sorğu nömrəli xx.xx.2025-ci il tarixli; **********2732 sorğu nömrəli xx.xx.2025-ci il tarixli; **********2905 sorğu nömrəli xx.xx.2025-ci il tarixli; **********4005 sorğu nömrəli xx.xx.2025-ci il tarixli; **********5613 sorğu nömrəli xx.xx.2025-ci il tarixli **********6665 sorğu nömrəli xx.xx.2025-ci il tarixli; **********8836 sorğu nömrəli xx.xx.2025-ci il tarixli gömrük bəyannamələri üzrə ixrac edilən malların müqabilində milli valyutaya nisbətdə 10567.2 AZN təşkil edən 6216 ABŞ dolları məbləğində xarici valyuta vəsaitləri 180 gün müddət keçməsinə baxmayaraq müvəkkil bank hesablarına hələdə köçürülməmişdir. İş materiallarına əlavə edilmiş Mərkəzi Bankın rəsmi internet səhifəsinə baxış keçirilməsi haqqında protokola əsasən 6216 (altı min iki yüz on altı dollar) ABŞ dolları milli valyutaya nisbətdə 10567.2 (on min beş yüz altmış yeddi manat, iyirmi qepik) AZN təşkil edir. Qeyd olunan faktla bağlı 21 oktyabr 2025-ci il tarixdə Sumqayıt Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsində 00700-00153/25 saylı "xxxx" MMC barəsində Azerbaycan Respublikasının İXM-in 483-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən malların bəyan olunduğu gündən xarici valyuta vəsaitlərini 180 (bir yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin edilməli olduğu halda, **********0993 sorğu nömrəli xx.xx.2025-ci il tarixli; **********2732 sorğu nömrəli xx.xx.2025-ci il tarixli; **********2905 sorğu nömrəli xx.xx.2025-ci il tarixli; **********4005 sorğu nömrəli xx.xx.2025-ci il tarixli; **********5613 sorğu nömrəli xx.xx.2025-ci il tarixli: **********6665 sorğu nömrəli xx.xx.2025-ci il tarixli; **********8836 sorğu nömrəli xx.xx.2025-ci il tarixli gömrük bəyannamələri üzrə ixrac edilən malların müqabilində milli valyutaya nisbətdə 10567.2 (on min beş yüz altmış yeddi manat, iyirmi qəpik) AZN təşkil edən 6216 (altı min iki yüz on altı dollar) ABŞ dolları məbləğində xarici valyuta vəsaitləri 180 gün müddət keçməsinə baxmayaraq müvəkkil bank hesablarına hələdə köçürülməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair" xx.xx.2021-ci il tarixli Qərarına əsasən "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununa vǝ Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsin qeyd hissəsinə asasən "az miqdarda" dedikdə iyirmi min manatadək olan məbləğ başa düşülür. Nəticədə hüquqi şəxs "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta faktı törədilmişdir. Bu fakt: xx.xx.2025-ci il tarixli 3-33-1800/012/004051 nömrəli raport, bildiriş məktubları, DGK VAİS-dən çıxarış, **********0993 sorğu nömrəli xx.xx.2025-ci il tarixli; **********2732 sorğu nömrəli xx.xx.2025-ci il tarixli; **********2905 sorğu nömrəli xx.xx.2025-ci il tarixli; **********4005 sorğu nömrəli xx.xx.2025-ci il tarixli; **********5613 sorğu nömrəli xx.xx.2025-ci il tarixli; **********6665 sorğu nömrəli xx.xx.2025-ci il tarixli; **********8836 sorğu nömrəli xx.xx.2025-ci il tarixli gömrük bəyannamələri və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Şəxs MMC -yə və Sumqayıt Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada təkrarən məlumat verilməsinə baxmayaraq, nümayəndələr məhkəmə iclasına gəlməmiş və bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Şəxs MMC-nin Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tələblərinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN: **********) 21 oktyabr 2025-cü il tarixli, 00700-00153/25 saylı protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyəri olan 6216 (altı min iki yüz on altı) ABŞ dolları məbləğinin otuz faizi miqdarında, yəni 1864,80 (min səkkiz yüz altmış dörd dollar səksən sent) ABŞ dolları məbləğində (ödənildiyi zaman Azərbaycan manatına olan məzənnə ilə) cərimə edilsin. Qərardan, onu surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar