Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2287/2025 26.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X10 iştirakı ilə, Şəxs Açıq Səhmdar Cəmiyyətinın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair X11 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətindən Qaradağ rayon Məhkəməsinə Şəxs Açıq Səhmdar Cəmiyyətinın İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X4 şikayəti əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Şəxs Açıq Səhmdar Cəmiyyətinə 3-17-5/2-78416/2025 nömrəli 02 sentyabr 2025-ci il tarixli məktubda sənədlərin 7 iş günü ərzində tam, düzgün, və vaxtında təqdim olunması tərəfimizdən tələb olunsa da, sənədlər 16 oktyabr 2025-ci il tarixinədək tam təqdim olunmamışdır. Nəticədə Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Ona görə də Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində 16 oktyabr 2025-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X13 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə vətəndaş X4 xx.xx.1993-cü il tarixdə Şəxs ASC-də iş vaxtı aldığı xəsarətlə bağlı müvafiq məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində qeydə alınması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinə müraciəti daxil olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"nın 1.2-ci bəndində nəzərdə tutulan hallarda işçilərin səhhətinin pozulması təhqiq edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən (əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir) tələblərinə müvafiq olaraq baş verən hadisə barədə ətraflı məlumat verilməsi, müəssisədə işləməsi və vətəndaş X5 aid sənədlərin 7 iş günü ərzində X11 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb edilmişdir. Qeyd olunanlarla əlaqədar X2 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid sənədlərin 7 (yeddi) iş günü ərzində X11 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi ilə əlaqədar 3-17-5/2- 78416/2025 nömrəli, xx.xx.2025-ci il tarixli sorğu məktubu müəssisənin ünvanına göndərilmiş, lakin bu günə kimi tələb olunan sənədlər təqdim edilməmişdir. Bu səbəbdən də Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli iclaslarında iştirak edən Şəxs Açıq Səhmdar Cəmiyyətinın nümayəndəsi X3 təmsil etdiyi şirkət barəsində tərtib edilmiş protokolu qəbul etməyərək göstərmişdir ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin maddəyə əsasən Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsi əsas gətirilmişdir. Bildirir ki, vətəndaş Qədirov Əbdülkǝrim Cami oğlunun iş vaxtı aldığı xəsarətlə bağlı məlumatların verilməsinə dair ünvanımıza xx.xx.2025-ci il tarixli, 3-17-5/2-78416/2025 nömrəli məktub xx.xx.2025-ci il tarixdə cəmiyyətə daxil olmuşdur. Bununla əlaqədar olaraq qeyd etmək istəyir ki, vətəndaş X6 "xxxx" ASC dövlət qeydiyyatına alınmamışdan əvvəl xx.xx.1993-cü ildə keçmiş Qaradağ Tikinti Materialları Kombinatında 12-ci sahədə İ növbədə 129 nömrəli daş kəsən maşında işləyərkən xəsarət almışdır. Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(002)- 488/2023 nömrəli qətnaməsi ilə iddiaçı X2 "xxxx" ASC-yə qarşı "bədbəxt hadisə nəticəsində dəymiş zərərə görə müavinət tələbinə dair iddiası təmin olunaraq iş zamanı baş vermiş bədbəxt hadisə nəticəsində aldığı xəsarətə görə ödənilməli olan ödəncin yenidən hesablanaraq ona ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsin aldıqdan sonra icraya yönəldilmişdir. Qətnamə icraya yönəldikdən sonra tərəflərindən vətəndaşa ödənilməli olan ödənclər tam şəkildə ödənilmişdir. Qətnamə icraya yönəldikdən sonra tərəflərindən vətəndaşa ödənilməli olan ödənclər tam şəkildə ödənilmişdir. Məktuba əlavə olunmuş ödəniş qəbzlərindən göründüyü kimi vətəndaş Əbdülkǝrim Qədirova ödənilməli olan ödənişlər ayrı-ayrı vaxtlarda ümumillikdə 2760 (iki min yeddi yüz altmış) manat pul vəsaiti ödənilmişdir. Bu fakt Əbdülkǝrim Qədirov tərəfindən Qaradağ rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəsində öz təsdiqini tapmışdır. Belə ki, o, Qaradağ rayon İcra şöbəsinə rəsmi ərizə ilə müraciət edərək həmin ödənclərin tam şəkildə ödənilməsi təsdiq etmiş və icra işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmin ödənclərin ödənilməsinə dair qəbzləri məktuba əlavə olunmuşdur. X1 xx.xx.2023-cü il tarixdən sonrakı ödənclərin ödənilməsi ilə bağlı yenidən məhkəməyə müraciət etmiş və həmin məsələ məhkəmədə mübahisələndirilir. Bu ödənclərin ödənilməsi məsələsi məhkəmə tərəfindən baxılıb qurtardıqdan və qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra həmin ödənclərin ödənilməsi məsələsinə də baxılacaqdır. Eyni zamanda bildirir ki, məktuba əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2023-cü il tarixli məlumatında tibbi-sosial ekspertiza və reabilitasiya alt sistemində Əbdülkǝrim Qədirovun əlilliyin qiymətləndirilməsi haqqında hər-hansı məlumat aşkar edilməmişdir. X11 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən Şəxs Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2025-No 3-17-5/2- 78416/2025-məktub göndərilmiş, məktub Şəxs Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2025-ci il tarixində daxil olmuş və həmin məktuba Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavab məktubu xx.xx.2025-ci il tarixində 23/1 No li məktubla göndərilmişdir. Məktub xx.xx.2025-də poçt vasitəsilə X11 Xidməti Bakı Şəhər İdarəsinə çatdırılıb Məktuba tələb olunan sənədlər əlavə olunmuşdur. Eyni zamanda şəxsən özü X11 Xidməti Bakı Şəhər İdarəsinə getmiş məktubu əlbəəl vermişdir. Belə ki, inzibati orqan tərəfindən təyin olunmuş vaxtda xx.xx.2025-ci il tarixdə inzibati araşdırmada cəmiyyəti təmsil etmək üçün X11 Xidmətinin inzibati binasına getmiş, onu qarşılayan şəxsə sorğunun cavab məktubunun poçt vasitəsilə göndərildiyini, həmçinin surətlərini də əlbəəl təqdim etdiyini, ona da səlahiyyətli şəxslərin sorğunun cavablandırılması barədə məlumatlı olması bildirildikdən sonra inzibati binanı tərk etmiş, sonradan məlum olmuşdur ki, idarənin vəzifəli şəxsləri tərəfindən cəmiyyətin nümayəndəsinin iştirakı təmin edilməyəcəyi düşünülərək qeyd olunan saatdan əvvəl artıq protokol yazılmışdır. Bundan məlumatlı olduqdan sonra təkrar səlahiyyətli orqanın inzibati binasına gedib öz şikayətini bildirmişdir. Göründüyü kimi məktuba vaxtında və tam cavab verilmiş və poçt xidməti vasitəsilə ünvana çatdırılmışdır. Qeyd etdiklərinə əsasən Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında başlanılmış iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixli, 3-17-5/2-78416/2025 saylı məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə vətəndaş X4 xx.xx.1993-cü il tarixdə Şəxs ASC-də iş vaxtı aldığı xəsarətlə bağlı müvafiq məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində qeydə alınması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinə daxil olmuş müraciəti ilə bağlı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən tələblərinə müvafiq olaraq baş verən hadisə barədə ətraflı məlumat verilməsi, müəssisədə işləməsi və vətəndaş X5 aid sənədlərin 7 iş günü ərzində X11 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb edilmişdir. Poçt göndərişlərinin izlənməsinə dair sistemdən çıxarışdan görünür ki, həmin sorğu Şəxs Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2025-ci il tarixdə çatdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixli, 3-17-5/2-90092/2025 saylı məktubundan görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmələri məqsədilə xx.xx.2025-ci il tarixdə, saat 11:00-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində 3 saylı Bakı DOST Mərkəzinə və ya videokonfrans vasitəsi ilə dəvət olunmuşdur. İş materiallarında olan Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanan xx.xx.2025-ci il tarixli, 23/1 saylı məktubdan görünür ki, vətəndaş Qədirov Əbdülkǝrim Cami oğlunun iş vaxtı aldığı xəsarətlə bağlı məlumatların verilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinə xx.xx.2025-ci il tarixli, 3-17-5/2-78416/2025 nömrəli məktubunda əks olunan məlumatlar təqdim edilmiş, həmin məktuba müvafiq sənədlər əlavə edilmişdir. Poçt göndərişinin təhvil alınması barədə qəbzdən görünür ki, həmin məktub xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi P.İmanov adlı əməkdaş tərəfindən qəbul edilmişdir. Məhkəmə tərəflərin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinın əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X11 Xidmətinin Bakı şəhər İdarəsinin 3-17-5/2-78416/2025 nömrəli 02 sentyabr 2025-ci il tarixli məktubuna əsasən X7 barəsində tələb olunan məlumat və sənədlər sorğu qəbul edildiyi tarixdən yeddi iş günü müddəti pozulmadan Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən göndərilmişdir. İş materiallarında olan poçt göndərişinin çatdırılması barədə qəbzdən görünür ki, həmin sorğuya cavab məktubu və ona əlavə olunmuş sənədlər xx.xx.2025-ci il tarixdə çatdırılmışdır. Buna görə də məhkəmə hesab edir ki, tələb edilən məlumatlara dair sənədlər təqdim edilməsi təsdiq olunduğundan Şəxs Açıq Səhmdar Cəmiyyətinin İXM-nin 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 02 noyabr 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı şikayət və ya digər sənəd müddət keçənədək poçta, həbsdə olan və tibbi müəssisələrə yerləşdirilmiş şəxslər üçün isə şikayət və ya digər sənəd müddət keçənədək həbs yerinin və ya tibb müəssisəsinin müdiriyyətinə verilmişsə, müddət buraxılmış sayılmır. Şikayətin və ya digər sənədin poçta verilməsi tarixi poçtun ştempeli, həbs yerinin və ya tibb müəssisəsinin müdiriyyətinə verilmə tarixi isə dəftərxananın, yaxud həmin müəssisələrin vəzifəli şəxslərinin qeydlərinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində göstərilir ki, Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddələrinin tələblərindən aydın olur ki, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin, 53, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Açıq Səhmdar Cəmiyyətinın 16 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2287/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2287/2025
26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver