Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2289/2023 15.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızınun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı Şəhər Reklam İdarəsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair toplanmış inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 31 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, ünvan 1 ünvanında xx.xx.2023-cü il tarixdə saat 13:50-də “Kristal Palace” adlı obyektin üzərində müvafiq icazə olmadan reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Bununla da, vəzifəli şəxs X5 Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı Şəhər Reklam İdarəsinin nümayəndəsi X6 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, X4 reklam yerləşdirilməsinə icazə verilməsi barədə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edilmişdir. Müraciət 03 iyul 2023-cü il tarixdə daxil olmuşdur. Həmin müraciət əsasında hesab-faktura təqdim edilməsinə baxmayaraq, hazırki vaxtadək heç bir ödəniş olunmamışdır. Müvafiq olaraq 02 oktyabr 2023-cü il tarixdə müfəttişlər tərəfindən akt tərtib edilmiş, həmin akt əsasında yazılı göstəriş göndərilmiş və göstərişin çatdırılması ilə bağlı qəbz iş materiallarına əlavə edilmişdir. X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 izahatında bildirmişdir ki, “Kristal Palace” adlı obyekti icarəyə götürmüşdür. Reklam yerləşdirilməsi ilə bağlı Reklam Agentliyi ilə müqavilə bağlanılmışdır. Toylar keçirilmədiyinə görə ödəniş edə bilməmişdir. Ödəniş etməsi üçün ona vaxt verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, həmçinin inzibati xəta haqqında protokolu və digər materialları nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, vəzifəli şəxs X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 31 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 ünvan 2 ünvanında xx.xx.2023-cü il tarixdə saat 13:50-də “Kristal Palace” adlı obyektin üzərində müvafiq icazə olmadan reklam yerləşdirilməsi faktı aşkar edilmişdir, bununla da, Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin protokol X1 iştirakı ilə tərtib edilmiş, lakin o, protokolu imzalamaqdan və onun surətini almaqdan imtina etmişdir. İş materiallarında olan 02 oktyabr 2023-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Reklam İdarəsinin əməkdaşları tərəfindən 02 oktyabr 2023-cü il tarixdə, saat 16:35-də Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsində yerləşən “Kristal Palace” adlı obyektin üzərində müvafiq icazə olmadan yayımlanmış 2 ədəd 4.06 m2 ölçüdə reklam daşıyıcısı aşkar edilmişdir. İş materiallarında olan 09 oktyabr 2023-cü il tarixli göstərişdən görünür ki, fərdi sahibkar X3 icrası məcburi olan göstərişi aldığı vaxtdan 5 gün ərzində açıq məkanda reklam yerləşdirilməsnə icazə alınması üçün Bakı şəhəri Reklam İdarəsinə müraciət etməsi və ya icazəsiz reklam yayımını dayandırması tələb olunmuşdur. İş materiallarında olan qəbzdən görünür ki, 09 oktyabr 2023-cü il tarixli göstərişin surəti 10 oktyabr 2023-cü il tarixdə qəbul edilmişdir. İş materiallarında olan M**********0001 nömrəli hesab fakturadan görünür ki, ödəyici X5 yayım haqqının ödənişi üçün xx.xx.2023-xx.xx.2024-cü il tarixli dövr ərzində cəmi 258 manat 70 qəpik Bakı şəhər Reklam İdarəsinin hesabına ödəməlidir. İş materiallarında olan M**********0001 nömrəli bildirişdən görünür ki, ödəyici X5 dövlət rüsumunun ödənişi üçün xx.xx.2023-xx.xx.2024-cü il tarixli dövr ərzində cəmi 40 manat 60 qəpik Bakı şəhər Reklam İdarəsinin hesabına ödəməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Şəhər Reklam İdarəsi tərəfindən 02 oktyabr 2023-cü il tarixdə saat 16:35-də X1 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsində yerləşən “Kristal Palace” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirməsi faktı müəyyən edilmişdir. Bununla da, X5 Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, X5 tərəfindən müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanından icazə almalı, ərazinin, daşınmaz əmlakın mülkiyyətçisi və ya onlar barədə sərəncam vermək hüququ olan şəxslə müqavilə bağlamalıdır. Həmin müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən reklama dair texniki şərtlər pasportu hazırlanır. Reklama dair texniki şərtlər pasportu mülkiyyətçiyə təqdim edildikdən sonra reklam yerləşdirilə bilər. Reklama dair texniki şərtlər pasportunun formasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən X1 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2289/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2289/2023
15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver