Məhkəmə qərarları › İş №3(002)-23/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-23/2024

29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-23/2024 29.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayət vermiş şəxs X1, DİN-in BDYPİ-nin Yol Patrul Xidməti Alayının 6-cı tağımın YPX inspektoru, polis baş serjantı X4 iştrakları ilə, X1, DİN-in BDYPİ-nin Yol Patrul Xidməti Alayının 6-cı tağımın YPX inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş 08 noyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1i ünvanında qeydiyyatda olan X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı DYP-nın 08 noyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini və həmin iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş DİN BDYPİ-nin Yol Patrul Xidməti Alayının 6-cı tağımın YPX inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş 08 noyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X2 08 noyabr 2023-cü il tarixdə, saat 14:23-də idarə etdiyi «Hyundai Verna» minik markalı ** FO *** dövlət qeydiyyat nişanlı avtomaşınla ünvan 2 ünvanında 1.1, 1.3 və 1.11 üfiqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək maneəni kənardan keçməyə görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən 80 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən X2 öz izahatında şikayəti onunla əsaslandırmışdır ki, 08 noyabr 2023-cü il tarixdə günorta saatlarında onkoloji xəstə olan qohumunu götürüb Ucar rayonuna gedirmiş. Saat 14:20 radələrində ünvan 3 ərazisində olarkən polis əməkdaşı onu saxlamış və onun nəqliyyat vasitəsilə qanun pozuntusu etdiyi bildirmişdir. O polis əməkdaşına heç bir pozuntuya yol vermədiyini və əgər yol vermişdirsə sübutların ona təqdim edilməli olduğun bildirsə də polis əməkdaşı mövzudan yayınaraq ona 80 manat məbləğində cərimə və 3 bal cəza müəyyən etmişdir. Qeyd olunan hadisə ilə bağlı onun “SMS radar.az” tətbiqinə bildiriş gəlsə də ona protokol təyin edilməsinə səbəb olan hər hansı bir şəkil və ya videogörüntü tətbiqə yerləşdirilməmişdir. O hesab etmişdir ki, polis əməkdaşı ona qərəzli şəkildə qəsdən protokol yazmışdır. Lakin məhkəmə iclasının gedişində iş üzrə halların ona tam aydın olduğunu qeyd edərək verdiyi şikayətdən imtina etməsini bildirmiş və bu haqda məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən DİN BDYPİ-yə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının 6-cı tağımın YPX inspektoru, polis baş serjantı X5 öz izahatında şikayəti qəbul etməyərək bildirmişdir ki, 08 noyabr 2023-cü il tarixdə, saat təxminən 14:23-də ünvan 3 ünvanında «Hyundai Verna» minik markalı ** FO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən 1.1, 1.3 və 1.11 üfiqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək maneəni kənardan keçməsi halı müəyyən etmişdir. Qeyd edilən hadisə onun tərəfindən rəsmiləşdirilmiş və «Hyundai Verna» minik markalı ** FO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol tərtib edilərkən X3 tələsdiyini bildirərək protokolun surətini almağı gözləməyərək çıxıb getmişdir. Qeyd olunan hadisədən uzun müddət keçdiyinə görə görüntülərin məhkəməyə təqdim edilməsinin qeyri-mümkün olduğunu bildirmiş, hal-hazırda da tərtib etdiyi protokolu və qərarı müdafiə edərək məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, şikayəti, iş materiallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, həmçinin şikayətçinin məhkəmə iclasının gedişində verdiyi şikayətdən imtina etməsi barədə ərizəsinə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 08 noyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X2 08 noyabr 2023-cü il tarixdə, saat 14:23-də idarə etdiyi «Hyundai Verna» minik markalı ** FO *** dövlət qeydiyyat nişanlı avtomaşınla ünvan 2 ünvanında 1.1, 1.3 və 1.11 üfiqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək maneəni kənardan keçməyə görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən 80 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasının gedişində X2 məhkəməyə ərizə verərək şikayətdən imtina etdiyini bildirmişdir. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. Məhkəmə baxışı zaman şikayətçi X1 etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, o cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair hər hansı bir mötəbər sübut da aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 128- 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 DİN-in BDYPİ-nin Yol Patrul Xidməti Alayının 6-cı tağımın YPX inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş 08 noyabr 2023-cü il tarixli, TP ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar