Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2312/2023 07.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara və inzibati xəta haqqında protokola əsasən, Almaniyadan RR405GG/LL741V nömrəli avtomaşının üzərində olan BMOU ******* nömrəli konteynerdə ünvan 1 ünvanında qeydiyyatda olan idxalatçı Şəxs MMC-nin ünvanına göndərilən və Sumqayıt Gömrük İdarəsində xx.xx.2023-cü il tarixli **********1195 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış" gömrük prosedurunda bəyan edilən 42 ədəd pnevmatik şinlər (istifadə olunmuş) və 62 ədəd “istifadə olunmuş disk” xx.xx.2023-cü il tarixdə “Xocəsən” gömrük terminalında gömrük yoxlaması tədbiq edilmişdir. Yoxlama zamanı yükü müşaiyət edən sənədlərdə xx.xx.2023-cü il tarixli CMR, **********01601 nömrəli invoys, xx.xx.2023-cü il tarixli **********1195 sorğu nömrəli gömrük bəyannaməsində göstərilənlərlə konteynerdə olan “avtomobil üçün müxtəlif ehtiyat hissələri” və “avtomobil üçün rezin şinlər və təkər diskləri" yükü eyniləşdirilmiş və sənədlərdə göstərilənlərlə faktiki yük arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, Şəxs MMC tərəfindən qeyd olunan gömrük bəyannaməsində və heç bir mal müşayiət sənədində qeyd edilməyən mənşə ölkəsi müxtəlif ölkələrə məxsus olan 245.45.17 ölçülü – 4 ədəd, 215.55.16 ölçülü - 1 ədəd, “CONTİNENTAL" markalı, 205.55.16 ölçülü – 4 ədəd, 195.65.15 ölçülü - 4 ədəd “DUNLOP” markalı, 195.65.15 ölçülü - 1 ədəd 205,65.15 – 1 ədəd 215.55.16 - 4 ədəd “GOOD YEAR”: markalı, 195.65.15 ölçülü - 3 ədəd “HOONKOK” markalı 215.55.16 - 2 ədəd “APOLLO” markalı, 215,55.16 ölçülü - 3 ədəd “GOODRİDE” markalı 215.5516 ölçülü - 2 ədəd TURANZA markalı, 215.55.16 - 1 ədəd MİCHELİN markalı, 205.65.15 KLEBER markalı, 215.55.16 - 2 ədəd ACCELERA markalı, 215.65.15 – 2 ədəd, 205.65.15 - 1 ədəd İMPERİAL markalı, 215.55.16 - 1 ədəd APLUS markalı, 195.65.15 – 1 ədəd, 205.65.15 - 1 ədəd PİRELLİ markalı, 195.65.15 - 3 ədəd ATREZZO markalı, “istifadə olunmuş pnevmatik rezin şinlər”, 22 - ədəd 16 düyümlük MERCEDES markalı, 2 - ədəd 17 düyümlük PLATİN markalı, 38 ədəd 16 düyümlük istifadə olunmuş universal disklər aşkar edilmişdir. İnzibati araşdırma zamanı toplanmış materiallara əsasən 10 oktyabr 2023-cü il tarixli 3-33-1800/2-002012/2023 nömrəli məktubla məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Məhkəmə Ekspertizası Mərkəzi”nin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Məhkəmə Ekspertizası Mərkəzi”ndən Sumqayıt Gömrük İdarəsinə daxil olmuş 24 oktyabr 2023-cü il tarixli 9/7889 №li ekspertiza rəyinə əsasən ekspertiza tədqiqatına mənşə ölkəsi müxtəlif ölkələrə məxsus olan malların xx.xx.2023-cü il tarixinə olan orta bazar qiyməti təxminən 4260 manat müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib edən orqan işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki Şəxs MMC tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallarla tam təsdiq olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallardan əlavə, bəyan olunmayan yük aşkar olunmuşdur, bununla da qeyd edilən hərəkətlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddəsilə düzgün tövsif edilmişdir və Şəxs MMC barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat zamanı toplanmış sənədləri tədqiq edərək hesab edir ki, hüquqi şəxs olan Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və daha ciddi xətaya görə, yəni 482.1-ci maddə ilə müəyyən edilmiş sanksiya çərçivəsində barəsində cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 482.1-ci maddə ilə müəyyən edilmiş sanksiya çərçivəsində həmin malın dəyərinin yəni, 4260 (dörd min iki yüz altmış) manat məbləğinin 40 (qırx) faizi, yəni 1704 (min yeddi yüz dörd) manat miqdarında cərimə edilsin. Şəxs MMC-dən aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat tutularaq dövlət nəfinə keçirilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-2312/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2312/2023
07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver