Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2320/2025 21.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X6, X2 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin 16 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək əməlində inzibati xəta tərkib əlamətləri olmadığından "xxxx" MMC-nin direktoru kimi barəsində tərtib edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı Şəhər İdarəsi əmək qanunvericliyin pozulması olan İnzibati Xəta haqqında iş üzrə MN ******* saylı, 16 oktyabr 2025-ci il tarixli Qərarının ləğv edilməsi və inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti BŞİ-nin İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının pozulması olan İnzibati Xəta haqqında iş üzrə MN ******* saylı, 16 oktyabr 2025-ci il tarixli Qərarı poçt vasitəsilə daxil olmuş və onu "xxxx" MMCnin direktoru kimi AR İXM-in 555.1-ci maddəsinə əsasən 1000 manat məbləğində cərimə olunmağı göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin BŞİ-də araşdırma aparıldığı zaman onun iştirakını təmin etmədən, izahatını alınmadan AR İXM-nin 555.1-ci maddəsinə əsasən barəsində hüquqi şəxsin direktoru kimi inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati qərar qəbul edilmişdir. Həmin qərarda göstərilmişdir ki, "xxxx" MMC-nin işçisi X4 iş yerində vəfat etmiş, işəgötürən tərəfindən hadisə barədə DƏMX-nə məlumat verilməmişdir. X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzbati xəta törədilməsi ilə 1000 cərimə olunmağı qeyd olunmuşdur. Qeyd edir ki, "xxxx" MMC-nin işçisi X7 iş zamanı deyil, iş yerində nahar fasiləsi zamanı ürək tutmasından rəhmətə getmiş, işçinin halı pisləşməsi barədə ilkin olaraq 103 Təcili yardıma məlumat verilmiş, təcili yardım gəlmədikdə şəxsi maşınla Qaradağ rayonu, Lökbatanda olan ASMET özəl klinikaya çatdırılmış və xəstəxanada işçinin ürəyinin kəsmik işemik xəstəliyindən rəhmətə getməsi barədə hüquqi şəxs olaraq hüquq mühafizə orqanlarına, Qaradağ rayon Prokurorluğa məlumat verilmişdir. Direktor olaraq o heç bir məsuliyyət daşımır, belə ki, işçinin rəhmətə getməsi barədə dərhal aidiyyati orqanlara məlumat verilmişdir. Azərbaycan Respublikası İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Yalnız inzibati xəta haqqında protokolun və qərarın tərtib edilməsi faktı şəxsin inzibati məsuliyyətə cəlb edilməsi, mənim təqsirli hesab edilməyim üçün əsas ola bilməz. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar onun baxılmasından dərhal sonra elan olunur. Həmin Məcəllənin 117.2-ci maddəsinə əsasən qərarın surəti iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərər çəkmiş şəxsə verilir. Qeyd etdiyi kimi barəsində vəzifəli şəxs kimi inzibati xəta haqqında protokol və həmin protokol əsasında qərar qəbul edilərkən həmin inzibati xətanın törədilibtörədilməməsi, əməlində inzibati xəta tərkibinin olub-olmaması, inzibati xəta törətməkdə onun təqsirinin olub-olmaması müəyyən edilməmiş və nəticədə X9 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən natamam və birtərəfli qaydada aparılmış əsassız araşdırma əsasında inzibati tənbeh haqqında qərar qəbul edilmişdir. Baş vermiş hadisə tam, obyektiv, hərtərəfli araşdırılmadan, vəzifəli şəxs kimi mülahizələrim nəzərə alınmadan qərar qəbul edilmişdir. Bundan başqa işçinin rəhmətə getməsi nahar vasiləsi zamanı olmuş, istehsalatda hər hansl bir qəza baş verməmiş, ürək tutmasından rəhmətə getməsi, öz əcəli ilə rəhmətə getməsi faktı öz təsdiqini tapmışdır. Qeyd etdiyim kimi işçinin rəhmətə getməsi iş fəaliyyəti ilə əlaqəsi olmamışdır. Hadisənin baş vermə mexanizmi, işçilərin izahatı və mənim hüquqi şəxsin direktoru kimi izahatım alınmadan, əmək fəaliyyəti ilə əlaqəsi olmayan hadisənin istehsalatda qəza kimi yanlış qiymətləndirilərək barəmdə inzibati məsuliyyətə cəlb edilməyim qanuna zidd və əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının" 1.3-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət-əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən işçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: Əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; Müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar taşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkan; Müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr do daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; Keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə; İşçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə; İstehsal avadanlıqları və obyektlərində qəza zamanı; növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay nəqliyyatlarının ekipaj və hava gəmilərinin heyət üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt; İşçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə; İşəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt; Əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə; Əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna vǝ flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı; Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə - min manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Baş vermiş hadisə işçinin qəfil nahar vasiləsi zamanı rəhmətə getməsi burda işəgötürənin təqsirinin olmaması bir daha təsdiq edir, işçinin öz əcəli ilə rəhmətə getməsi istehsalatda işçilərin səhhətinin pozulması hallarına aid olmaması öz əksini tapır. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin təməl prinsiplərindən olan və İXM-nin 8-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipini rəhbər tutur. Bu prinsipə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikdə, o, təqsirsiz hesab edilir. Bütün aradan qaldırılması mümkün olmayan şübhələr isə şəxsin xeyrinə həll edilməlidir (in dubio pro reo). Sübutetmə yükü (onus probandi) inzibati xəta haqqında protokol tərtib etmiş və inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Göründüyü kimi yuxarıda qeyd etdiyi normalardan aydın olur ki, onun kostitusion hüquqları pozulmuşdur. Hesab edir ki, əməlində inzibati xəta tərkibinin olmaması, inzibati xəta törətməkdə onun təqsirim müəyyən edilməməsi, X9 Xidmətinin Bakı şəhər İdarəsinin barəsində tərtib etdiyi inzibati xəta haqqında qərar qanunvericiliyin tələblərinə uyğun deyildir. İstehsalat qəza hadisəsinin mövcud olub-olmaması, işçilərin əmək fəaliyyəti ilə bağlı olmayan nahar vasiləsi zamanı öz əcəli ilə rəhmətə getməsi hadisəsi tam obyektiv araşırdılmadan formal araşdırma nəticəsində hüquqi şəxsin direktoru kimi cərimə olunmağı qeyri qanunidir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 3, 8, 17, 105,115-ci maddələrinə əsasən əməlində inzibati xəta tərkib əlamətləri olmadığından "xxxx" MMC-nin direktoru kimi barəsində tərtib edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı Şəhər İdarəsinin qəbul etdiyi İnzibati Xəta haqqında iş üzrə MN ******* saylı, 16 oktyabr 2025-ci il tarixli Qərarının ləğv edilməsi və inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X9 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X11 öz izahatında verilmiş şikayəti qəbul etməyərək göstərmşdir ki, X5 barəsində qəbul edilmiş 16 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunidir. Belə ki, X5 rəhbəri olduğu şirkətdə baş vermiş ölüm hadisəsi ilə əlaqədar Əmək Müfəttişliyinə dərhal məlumat verməli olduğu halda bunu etməmişdir. Şikayət ərizəsində hadisənin “nahar fasiləsi” zamanı işəgötürənin təqsiri olmaması səbəbindən baş verməsi qeyd edilmişdir. Lakin Nazirlər Kabinetinin müvafiq qərarında işçinin istehsalatda hər hansı bir səbəbdən ölməsi bədbəxt hadisə kimi qiymətləndirilməklə bu barədə dərhal aidiyyatı üzrə Əmək Müfəttişliyinə məlumat verilməsi qeyd edilmişdir. Çünki işçinin istər nahar, istərsə də istehsalat başında ölməsi ancaq müvafiq araşdırma aparılan zaman müəyyən edilə bilərdi. Odur ki şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə şikayət vermiş şəxs X3 məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə elektron ərizə ünvanlayaraq məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini, şikayətini müdafiə etdiyini və şikayət ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, verilmiş şikayəti, inzibati xəta haqqında qərarı və ona əlavə olunmuş sənədləri, həmçinin X9 Xidmətinin nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin 16 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından aydın olur ki, "xxxx" MMC-nin işçisi X8 xx.xx.2025-ci il tarixdə iş yerində vəfat etmiş, işəgötürən tərəfindən hadisə barədə DƏMX-nə məlumat verilməmişdir. Buna görə də X5 İXM-nin 555.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə baxışı zaman şikayət vermiş şəxs X5 barəsində qəbul edilmiş qərara etdiyi etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, o cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair hər hansı bir mötəbər sübut da aşkar edilməmişdir. Belə ki, X5 öz şikayət ərizəsində də qeyd etdiyi kimi hadisə barədə DƏMX-nə məlumat verməməsini etiraf etmişdir. O bunu, hadisənin nahar fasiləsində təsadüfən baş verməsi və bu hadisənin baş verməsində rəhbəri olduğu müəssisənin təqsirinin olmaması ilə izah etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli, “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının 1.3cü bəndində göstərilir ki, istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət - əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Həmin Qaydaların 1.2-ci bəndində göstərilir ki, İşçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən; müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; 1.4. İstehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır: təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü; 1.7. İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X9 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X9 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Eyni zamanda yuxarı mərkəzi icra hakimiyyəti orqanına və Respublika Həmkarlar İttifaqı Konfederasiyasına (əgər işçilər bu həmkarlar təşkilatının üzvüdürlərsə), bədbəxt hadisənin baş verməsi tarixindən 3 (üç) iş günü müddətində isə sığortaçıya məlumat verilməlidir. Məlumat telefonla, teleqrafla və ya elektron formada bu Qaydalarda göstərilən 3-cü əlavəyə uyğun verilir (əlavə 3). Yuxarıda qeyd olunan qaydaların tələbindən də göründüyü kimi "xxxx" MMC-nin rəhbərliyi 04 avqust 2025-ci il tarixdə həmin müəssisənin əməkdaşı X4 ölməsi ilə bağlı dərhal DƏMX-nə məlumat verməli və baş vermiş hadisənin tədqiqatı aparıldıqdan sonra həmin hadisənin istehsalatda baş vermiş bədbəxt hadisə kimi qiymətləndirilibqiymətləndirilməməsi həyata keçirilməli idi. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 128- 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin 16 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2320/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2320/2025
21.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver