Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2321/2025 07.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ rayon DYPŞ-nin polis mayoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ rayon DYPŞ-nin polis mayoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ rayon DYPŞ-nin polis mayoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs X3 məhkəməyə ərizə ilə müraciət edərək, maddi vəziyyəti pis olduğundan və heç bir yerdə işləmədiyindən məhkəməyə gələ bilməyəcini bildirmiş, işin araşdırılması və baxılması üçün qeydiyyatı üzrə Masallı Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə vaxtında məlumatlandırılmış qərarında şikayət verilən orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbi barədə məlumat verməmişdir. Məhkəmə hesab edir ki, həmin materiallar aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, X3 05 noyabr 2025-ci il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək Masallı rayonunda qeydiyyatda olmaqla həmin ünvanda yaşadığından şikayətin aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. X1 şəxsiyyət vəsiqəsinə və elektron məhkəmə informasiya sistemi vasitəsilə əldə olunmuş məlumata əsasən, onun yaşayış yeri Masallı rayonu Kalinovka kəndidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 110.1-ci maddəsinə səasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 112.4-cü maddəsinə əsasən, bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. 114.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Bundan başqa, həmin Plenum qərarında göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Qeyd edilməlidir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, vətəndaşın yaşadığı yer barədə məlumat şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çipə) daxil edilir. Qanunvericiliyin tələblərinə görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Odur ki, məhkəmə hesab edir ki, şikayət ona əlavə edilmiş sənədlər ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 110, 112, 114, 128 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ rayon DYPŞ-nin polis mayoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət ərizəsi inzibati xəta haqqında material ilə birlikdə aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilsin. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-2321/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2321/2025
07.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver