Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2322/2025 25.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair material Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 20 oktyabr 2025-cü il tarixli, 00100-03102/25 saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, xx.xx.2025-ci il tarixində Türkiyədən "xxxx" ASC-nin ünvanına 99XO767/99ZH767 nömrə nişanlı yük nəqliyyat vasitəsində xx.xx.2025-ci il tarixli ********** nömrəli invoysla idxal edilmiş **********9599 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. "xxxx" ASC (VÖEN:**********) tərəfindən idxal olunmuş malların daşındığı 99XO767/99ZH767 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə Tovuz Gömrük İdarəsinin "Qırmızı körpü" gömrük postundan keçməklə "xxxx" ASC-nin (anbar kodu **********-31001) Bakı şəhəri, Qaradağ rayonunda yerləşən anbarına təyinat almış və xx.xx.2025-ci il saat 12:52-də çatması barədə VAİS proqramına bildiriş göndərilmişdir. xx.xx.2025- ci il tarixdə keçirilmiş monitorinq zamanı qeyd edilən yük nəqliyyat vasitəsi ilə daşınaraq "xxxx" ASC adına idxal olunan **********9599 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların gömrük rəsmiləşdirilməsi bitmədən boşaldılması aşkar edilmiş və bununla bağlı müvafiq protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Qardağ rayonunda yerləşən anbara həyata keçirilən baxış zamanı **********9599 sorğu nömrəli xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən malların gömrük rəsmiləşdirilməsi başa çatmadan anbara boşaldılması faktı aşkar edilmişdir. Araşdırma zamanı, "xxxx" ASC-nin nümayəndəsi X2 izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, AZ1083, Bakı şəhəri, Qaradağ rayonu, Ümid Qəsəbəsi, Salyan Şossesi, ev.7-ci km1 ünvanında qeydiyyatda olan "xxxx" ASC-nin (VÖEN: **********) etibarnamə üzrə nümayəndəsidir. İşin mahiyyyəti üzrə bildirmişdir ki, "xxxx" ASC (VÖEN:**********) tərəfindən idxal olunmuş malların daşındığı 99XO767/99ZH767/dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə Tovuz Gömrük İdarəsinin "Qırmızı körpü" gömrük postundan keçməklə "xxxx" ASC-nin (anbar kodu **********-31001) Bakı şəhəri, Qaradağ rayonunda yerləşən anbarına təyinat almış və xx.xx.2025-ci il saat 12:52-də çatması barədə VAİS programına bildiriş göndərilmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş monitoring zamanı qeyd edilən yük nəqliyyat vasitəsi ilə daşınaraq "xxxx" ASC adına idxal olunan **********9599 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların gömrük rəsmiləşdirilməsi bitmədən boşaldılması aşkar edilmiş və bununla bağlı müvafiq protokol tərtib edilmişdir. Həmin ərəfədə idxal edilən yüklərin sayı çox olduğundan 99XO767/99ZH767 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində daşınan, **********9599 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların gömrük rəsmiləşdirilməsinin tamamlandığını düşünüb gömrük təminatını qıraraq mallar nəqliyyat vasitəsinden anbara boşaldılmışdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 83-cü maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçdiyi andan başlayaraq aşağıdakı sərbəst dövriyyəyə buraxılanadək, məhv edilənədək, dövlətin xeyrinə imtina olunanadək, malların dövlət mülkiyyətinə keçirilməsinədək və mallar və nəqliyyat vasitələri gömrük ərazisindən faktiki çıxarılanadək gömrük nəzarəti altında olmasından məlumatlıyam. Gömrük qaydalarının pozulduğunu qəbul edirlər. Beləliklə də, "xxxx" ASC tərəfindən mallara vurulan gömrük təminatı pozulmaqla gömrük nəzarəti altında olan malların gömrük orqanının icazəsi olmadan anbara boşaldılması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsinə əsasən, Müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsində gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Nəticədə "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3-cü və 492.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 3-33-1100/019/030230 saylı xx.xx.2025-ci il tarixli raport, xx.xx.2025-ci il tarixli yoxlama haqqında protokol, **********9599 sorğu nömrəli xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsi, hüquqi şəxsin nümayəndəsi X2 izahatı ilə təsdiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X3 (fiziki şəxsin (hüquqi şəxsin nümayəndəsinin) soyadı, adı, atasının adı) izahatında bildirdi ki, AZ1083, Bakı şəhəri, Qaradağ rayonu, Ümid Qəsəbəsi, Salyan Şossesi, ev.7- ci km1 ünvanında qeydiyyatda olan "xxxx" ASC-nin (VÖEN: **********) etibarnamə üzrə nümayəndəsidir. İşin mahiyyyəti üzrə bildirmişdir ki, "xxxx" ASC (VÖEN:**********) tərəfindən idxal olunmuş malların daşındığı 99XO767/99ZH767 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə Tovuz Gömrük İdarəsinin "Qırmızı körpü" gömrük postundan keçməklə "xxxx" ASC-nin (anbar kodu **********-31001) Bakı şəhəri, Qaradağ rayonunda yerləşən anbarına təyinat almış və xx.xx.2025-ci il saat 12:52-də çatması barədə VAİS proqramına bildiriş göndərilmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş monitorinq zamanı qeyd edilən yük nəqliyyat vasitəsi ilə daşınaraq "xxxx" ASC adına idxal olunan **********9599 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların gömrük rəsmiləşdirilməsi bitmədən boşaldılması aşkar edilmiş və bununla bağlı müvafiq protokol tərtib edilmişdir. Həmin ərəfədə idxal edilən yüklərin sayı çox olduğundan 99XO767/99ZH767 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində daşınan, **********9599 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların gömrük rəsmiləşdirilməsinin tamamlandığını düşünüb gömrük təminatını qıraraq mallar nəqliyyat vasitəsindən anbara boşaldılmışdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 83-cü maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçdiyi andan başlayaraq aşağıdakı sərbəst dövriyyəyə buraxılanadək, məhv edilənədək, dövlətin xeyrinə imtina olunanadək, malların dövlət mülkiyyətinə keçirilməsinədək və mallar və nəqliyyat vasitələri gömrük ərazisindən faktiki çıxarılanadək gömrük nəzarəti altında olmasından məlumatlıyam. Gömrük qaydalarının pozulduğunu qəbul edirlər. Məhkəmə iclasında iştirak edən Şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi X4 öz izahatında nümayəndəsi olduğu şirkət barəsində tərtib edilmiş protokolu qəbul etməyərək göstərmişdir ki, həmin ərəfədə idxal edilən yüklərin sayı çox olduğundan 99XO767/99ZH767 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində daşınan, **********9599 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların gömrük rəsmiləşdirilməsinin tamamlandığını düşünüb gömrük təminatını qıraraq mallar nəqliyyat vasitəsindən anbara boşaldılmışdır. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı Baş Gömrük İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq həmin təşkilatdan nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və nümayəndənin izahatını araşdıraraq hesab edir ki, Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 492.1-ci maddəsində göstərilir ki, Gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələri ilə təqsirli bilinməklə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin əlli faizi məbləğində cərimə edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: AZ1083, Bakı şəhəri, Qaradağ rayonu, Ümid Qəsəbəsi, Salyan Şossesi, ev.7-ci km 1 ünvanında qeydiyyatda olan "xxxx" ASC (VÖEN: **********) 20 oktyabr 2025-cü il tarixli, 00100-03102/25 saylı protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələri ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə edilsin. Qərardan, onu surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2322/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2322/2025
25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver