Məhkəmə qərarları › İş №3(002)-2341/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2341/2020

19.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2341/2020 19.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi ilə Şəxs MMC barəsində Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük X1 Məcəlləsinin 480-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında işin baxılmağa hazırlanması məsələsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs MMC barəsində Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə inzibati material daxil olmuşdur. Məhkəmə hesab edir ki, həmin materialgeri qaytarılmalıdır. Belə ki, iş materiallarından aydın olur ki, Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 9 ünvanında qeydiyyatda olan Şəxs MMC, İran İslam Respublikasından göndərilən malları zahiri görkəmində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə ümumi dəyəri az miqdarda, yəni 3276 manat təşkil edən malları gizlətməklə Azərbaycan Respublikası Gömrük sərhədindən keçirtmişdir. Azərbaycan Respublikası İXM-nin 110-cu maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 480-ci maddəsində göstərilir ki, Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Beləliklə, daxil olmuş inzibati materialdan aydın olur ki, barəsində inzibati protokol tərtib edilmiş hüquqi şəxs olan Şəxs MMC, İran İslam Respublikasından göndərilən malların zahiri görkəmində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə ümumi dəyəri 3276 manat təşkil edən malları gizlətməklə Azərbaycan Respublikası Gömrük sərhədindən keçirtmişdir. Göründüyü kimi Şəxs MMC-yə istinad olunan inzibati xəta hadisəsi Qaradağ rayonunun inzibati ərazisində baş verməmişdir. Bundan başqa qeyd olunan hüquqi şəxsin törətdiyi inzibati xəta hadisəsi Bakı Baş Gömrük İdarəsində müəyyən edilmiş olsaydı belə, yenə də həmin inzibati işin Qaradağ rayon Məhkəməsinə heç bir aidiyyatı yoxdur. Belə ki, Bakı Baş Gömük İdarəsi Qaradağ rayonunun inzibati ərazisində yerləşmir. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinin tələblərinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC barəsində Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük X1 Məcəlləsinin 480-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi (alındığı) vaxtdan 10 (on) gün müddətində apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar