Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2341/2023 29.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, X1 DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş 21 oktyabr 2023-cü il tarixli EQ 17599529 saylı qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş 21 oktyabr 2023-cü il tarixli EQ 17599529 saylı qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 21 oktyabr 2023-cü il tarixli, EQ 17599529 saylı qərarla o İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 50 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, qeyd edilən səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. xx.xx.2023-cü il tarixdə guya Bakı-Qazax yolunun 29.5-ci km-də sürət həddini aşmışdır. Yazılmış cərimə tamamilə əsassızdır və yalnışdır. O, xx.xx.2023-cü il tarixdə ümumiyyətlə inzibati xətanın törədildiyi yerdə olmamışdır. Şəmkir rayonu ərazisində toy məclisində olmuşdur. Bundan başqa inzibati xəta haqqında qərara əlavə edilmiş fotoşəkillərdən də görünür ki, sürət həddini aşan avtomobil onun **-BF-*** dövlət qeydiyyatlı nişanlı avtomobili deyil və inzibati xəta törədən avtomobilin nömrə nişanı **-PF- *** dövlət qeydiyyat nişanıdır. Bununla bağlı xx.xx.2023-cü il tarixdə elektron qaydada inzibati orqana müraciət etsə də bu günədək heç bir tədbir görülməmiş, şikayət vermə müddətini ötürməməsi üçün məcbur qalıb məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən barəsində tərtib edilmiş inzibati xəta haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə vaxtında məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirakını təmin etməmişlər və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə uyğun olaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş qərarın surətindən görünür ki, X2 barəsində DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş 21 oktyabr 2023-cü il tarixli EQ 17599529 saylı qərara xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş 21 oktyabr 2023-cü il tarixli EQ 17599529 saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-2341/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2341/2023
29.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver