Məhkəmə qərarları › İş №3(002)-2342/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2342/2023

01.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2342/2023 01.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, Bakı şəhəri Qaradağ rayon prokurorunun köməkçisi, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, “X7” QSC-də kapitanın baş köməkçisi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Bakı şəhəri Qaradağ rayon prokurorluğundan daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardan və ona əlavə edilmiş materiallardan görünür ki, 28 aprel 2023-cü il tarixdə, saat 09:00 radələrində xx.xx.1998-ci il təvəllüdlü, Lerik rayonunda doğulmuş, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Abdullayev yataqxanası 17 ünvanında qeydiyyatda olmaqla Sabunçu rayonu, Muxtarov qəsəbəsi, öz tikilidə yaşayan "X7" QSC-də matros vəzifəsində işləyən X3 həmin QSC-ə məxsus "Babək" neft tankerində Türkmənistan relsində işdə olarkən əl kranının kəndirini dartarkən kəndirin qırılması nəticəsində beli üstə dəmir parçasının üzərinə yıxılması və bel fəqərələrində sınıq xəsarətinin alması barədə Qaradağ Rayon Prokurorluğuna məlumat daxil olmuş, həmin məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, 28 aprel 2023-cü il tarixdə, saat 11 radələrində "X7" QSC-ə məxsus "Babək" neft tankerinin göyərtəsində iş zamanı "knext"-lərin əl kranı ilə yerini dəyişərkən xx.xx.1998-ci il təvəllüdlü, xx.xx.2022-ci il tarixdən əmək müqaviləsi əsasında "X7" QSC "X9"-da matros işləyən X5 tərəfindən "Matros üçün əməyin mühafizəsi üzrə Təlimat № 1-1" in "İş vaxtı təhlükəsizlik tələbləri" başlığının 2-ci, 3-cü abzasının tələbləri, yəni "Polad və bitki mənşəli materialdan olan kanatlarla iş görərkən və barabandan, knextdən, blokdan və digər qurğulardan 1 metr məsafədən yaxında dayanmaq qadağandır. Sintetik materialdan olan kanatlardan istifadə edilirsə, həmin məsafə 2-3 metrdən az olmamalıdır. Bərk (tarım) dartılmış kanatların yaxınlığında dayanmaq qadağandır." tələbləri, "X7” QSC "X9"-da kapitanın baş köməkçisi işləyən xx.xx.19765-ci il təvəllüdlü, xx.xx.2014-cü tarixdən əmək müqaviləsi əsasında Şəxs tərəfindən "İstismar Xidməti Kapitanın baş köməkçisi"nin vəzifə təlimatının 115-ci bəndinin 2-ci abzasının tələbi, yəni "tabeçeliyindəki şəxslərin təhlükəsizlik texnikası qaydalarını bilməyə və yerinə yetirməyi təmin etməyə borcludur." tələbinin pozulması nəticəsində X3 hərəkət elətdirdiyi krana bağlanmış kəndir qoparaq sonuncunun müavizəmətini itirməsinə və nəticədə X3 onurğanın bel şöbəsinin L2 L3 fəqərələrinin sağ köndələn çıxıntısının azyerinidəyişən xətti sınıqları dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətləri almasına səbəb olmuşdur. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 198.3-cü maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərərin vurulması inzibati xətasını törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ rayon prokurorunun köməkçisi, X2 çıxış edərək, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 1988-ci il tarixindən "X7" QSC-də işləyir və 2007-ci ildən isə kapitanın baş köməkçisi vəzifəsində işləyir. Gəmi kapitanın baş köməkçisi kimi vəzifəsi gəminin istər hərəkətdə, istərsə də limanda olduğu vaxt gəmidə nizamintizama, yük boşaltma-doldurma əməliyyatlarına, göyərtədə əməyin mühafizəsi və texniki təhlükəsizliklə bağlı məsələlərə nəzarət edir. Şahab Əskərov matros vəzifəsində işləyirmiş, onu ancaq gəmidə görürmüş. Şahab Əskərov matros kimi təsərrüffat işlərini görür. 27 aprel 2023-cü il tarixdə "Babək" gəmisində təxminən 18 nəfər şəxsi heyət ilə Türkmənistana relsə çıxmışlar. Həmin relsdə gəmi kapitanı Balaca Ağalarov idi, kapitanın baş köməkçisi o, imiş, gəmi təzə təmirdən çıxmışdı, saz vəziyyətdə imiş, təmirdən çıxan kimi ilk relsi imiş, problemsiz hərəkətə davam edirmişlər. 28 aprel saat 12:00-a kimi Türkmənistanın Çiyanlı limanına çatmalı imişlər. Limana çatmaqlarına iki saat qalmış limanda olan spm-in yanalma kəndirlərini qəbul etmək üçün "knext" lərin yerini dəyişməklə bağlı gəmi kapitanı göstəriş vermişdir. Təlimat üzrə "knext" -in bağlandığı boltları açırıq, tal vasitəsi ilə yerlərini dəyişirlər. Həmin vaxt o, növbədən çıxmışdır, gəmi jurnalında qeydlərimi aparırmış, nahar etmiş və kapitan körpüsündə gəmi kapitanı ilə birlikdə durmuşdular. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmənin suallarına cavab olaraq bildirdi ki, işçi heyət üçün əməyin mühafizəsi və texniki təhlükəsizlik tədbirləri haqqında növbədənkənar təlim keçdiyini, bu təlimdə iştiraka dair həmin təlimdə iştirak etmiş bütün gəmi heyətinin imzasının təlimatlandırma jurnalında qeyd olunduğunu və öz üzərinə düşən bütün vəzifələri düzgün şəkildə həyata keçirdiyini bildirərək, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 08 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, 64C-23 nömrəli material üzrə Şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmiş, toplanmış material Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün Qaradağ rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 xx.xx.2023-cü il tarixli, 334 saylı rəyindən görünür ki, vətəndaş X5 məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər onurğanın bel şöbəsinin L2 L3 fəqərələrinin sağ köndələn çıxıntısının azyerinidəyişən xətti sınıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi yardım üçün Modern Hospitala müraciət etdiyi xx.xx.2023-cu il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/6038 saylı ekspert rəyindən görünür ki, X7" QSC-də matros vəzifəsində işləyən X3 "Babək" neft tankerinin göyərtəsində iş görən zamanı "knext”lərin əl kranı ilə yerini dəyişərkən yolverilməz olaraq tarım dartılmış kanatın bilavasitə yaxınlığında dayanmasına yol verildiyinə görə "İstismar Xidməti Kapitanın baş köməkçisinin vəzifə təlimatının” 115-ci bəndinin 2-ci abzasının tələbi "Babək" neft tankerində kapitanın baş köməkçisi tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır;. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş 06 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar və inzibati materialda olan digər sənədlərlə, o cümlədən xx.xx.2023-cü il tarixli, 10/6038 saylı ekspertiza rəyi ilə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar