Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2342/2025 21.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi ilə, Protokol tərtib edən şəxs – Əməliyyat-İstintaq Baş İdarəsi Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti mayoru X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilən Şəxs MMC-nin direktoru X1 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara və inzibati xəta haqqında protokola əsasən, 30 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Bakı şəhəri Qaradağ rayonunun inzibati ərazisində yerləşən “Beynəlxalq Dəniz Ticarəti Limani” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, 27 avqust 2025-ci il tarixli **********2519 sorğu nömrəli qısa idxal bəyannaməsi və 01 sentyabr 2025-ci il tarixli **********2090 sorğu nömrəli gömrük bəyannaməsi ilə gömrük rəsmiləşdirilməsindən keçirilmiş 01 ədəd 10 kiloqramlıq “Haier” markalı paltaryuyan maşın və 01 ədəd “Samsung” markalı televizorun idxalatçısı ilə bağlı ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs - Şəxs MMC (VÖEN: **********) tərəfindən mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Dövlət Gömrük Komisətinə) təhrif olunmuş məlumat verilmişdir. Məhkəmə iclasında protokolu tərtib edən şəxs X4 bildirmişdir ki, vətəndaş Şahid1 müraciəti əsasında Şəxs MMC tərəfindən bəyan edilmiş mallar arasında televizor və soyuducunun ona məxsus olmadığı məlum olmuşdur. Şəxs MMC (VÖEN: **********) tərəfindən mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının DGK-ya) təhrif olunmuş məlumat verildiyi üçün tərəfindən protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X3 məhkəmə iclasında bildirmişdir ki, protokolda qeyd edilənləri qəbul edir. Direktoru olduğu şirkət xaricdən müxtəlif növ malları şirkətin balansında olan “HYGGE” restoranında istifadə etmək məqsədi ilə idxal edir. Təxminən avqust ayının əvvəllərində tanışı Şahid2 ona zəng edərək Çin Xalq Respublikasından şirkətə məxsus mallarla birlikdə 01 ədəd televizor və 01 ədəd paltaryuyan maşını da gətirməsini xahiş etmişdir. Mallarla bağlı **********2090 sorğu nömrəli gömrük bəyannaməsi tərtib olunduqdan, müvafiq ödənişlər ödənildikdən və bəyannamə buraxılışa verildikdən sonra tanışının ondan gətirməsini xahiş etdiyi malları ona təhvil vermiş və o, da Binə TM-də yerləşən anbarına aparmışdır. Məhkəmə iclasında şahid qismində çıxış edən Şahid1 bildirmişdir ki, Çindən öz istifadəsi üçün televizor və soyuducu almış, lakin ölkəyə necə gətirəcəyini bilmədiyindən maraqlanmış, ona nömrə verilmişdir. Nömrə ilə əlaqə saxlayan zaman həmin şəxsin Şahid2 olduğu məlum olmuşdur. Həmin şəxs 1 kub həcmində malı ölkəyə 60 ABŞ dollarına gətirəcəyini bildirmişdir. 17 sentyabr 2025-ci il tarixdə zəng əsasında malı "xxxx" kargo şirkətindən təhvi alacağını öyrənmiş, deyilən ünvana gedən zaman 847 (səkkiz yüz qırx yeddi) ABŞ dolları ödəniş tələb olunmuşdur. İnzibati deyil, cinayət məsuliyyətinə tələb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən Şahid2 bildirmişdir ki, "xxxx"MMC-nin direktoru və təsisçisidir. Şirkət xarici ölkələrə və xaricdən Azərbaycan Respublikasına malların daşınmasını həyata keçirir. Təxminən avqust ayının əvvəllərində Zəfər adlı tanışı ona zəng edərək 01 ədəd televizor və 01 ədəd paltaryuyan maşının Azərbaycan Respublikasının ərazisinə daşınmasına köməklik göstərməyimi xahiş etmişdir. ÇXR-dan Azərbaycan Respublikasına tanışı tanışı Nihad Ramazanova məxsus Şəxs MMC ünvanına mallar gələcəyi üçün həmin sözügedən malların da gətirilməsini Nihaddan xahiş etmişdir.O isə etiraz etməmiş və gətirmiş, mallarla bağlı **********2090 sorğu nömrəli gömrük bəyannaməsi tərtib olunmuş, ödənişlər ödənildikdən və bəyannamə buraxılışa verildikdən sonra malları götürərək Binə TM-də anbarına gətirmişdir. Məhkəmə hesab edir ki Şəxs MMC tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol, izahatlar və ona əlavə edilmiş materiallarla tam təsdiq olunur. İş materiallarında olan 27 avqust 2025-ci il tarixli **********2519 sorğu nömrəli qısa idxal bəyannaməsi və 01 sentyabr 2025-ci il tarixli **********2090 sorğu nömrəli gömrük bəyannamələrinin 31-ci qrafasından göründüyü kimi, 01 ədəd “Haier” markalı 10 kq paltaryuyan maşının statistik dəyəri 500 ABŞ dolları və 01 ədəd “TV Samsung” markalı televizorun statistik dəyəri 800 ABŞ dollarıdır. Həmin bəyannəmələrdə malları qəbul edən kimi Şəxs MMC göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat zamanı toplanmış sənədləri tədqiq edərək hesab edir ki, hüquqi şəxs olan Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 250 (iki yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsinin vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-2342/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2342/2025
21.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver