Məhkəmə qərarları › İş №3(002)-2357/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2357/2025

03.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2357/2025 03.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi ilə, protokolu tərtib edən şəxs Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X3, X1nın, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1987-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan FİN (xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 03 noyabr 2025-ci il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında” protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati materialdan və tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16(002)- 96/2025 saylı, xx.xx.2025-ci il tarixli və 2(002)-2943/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədlərinə əsasən, X4 ödəməli olduğu aliment borcunu ödəməmiş və nəticədə 984 manat aliment borcu yaranmışdır. Məhkəmə iclası zamanı Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru X6 məhkəmə iclasında verdiyi izahatında tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16(002)- 96/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi xx.xx.2025-ci il tarixdən, 2(002)-2943/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi isə xx.xx.2025-ci il tarixdən icra edilməli idi. Tərəflərin birgə nikahdan bir uşaqları doğulmuşdur. Borclu hər iki icra sənədi üzrə 4 (dörd) ay müddətində heç bir ödəniş etməmişdir. X1 qalan 984 manat borcunu tam olaraq ödənilməsini tələb edir. Qeyd olunanlara əsasən Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Bundan başqa, protokolu tərtib edən şəxs Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X6 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, borclu tərəfindən ödənişlərlə bağlı yayınma olmamışdır, lakin tərəfindən ödəniş edilməmişdir. Borclunun ümumiyyətlə telefonu olmadığı üçün borclunu özü evdən gətirmişdir. Müvafiq sorğular nəticəsində əldə etdiyi məlumatlar əsasən, borclunun əmək haqqısı və mülkiyyətində əmlak aşkar edilməmişdir. Borclu hal-hazırda işləmir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, müvafiq ilin iyul ayından heç bir yerdə işləmədiyindən bu qədər borcu yaranmışdır. İmkanı olmadığı üçün ödənişi edə bilməmişdir. Belə ki, fəhlə işləyirdi, lakin çiyni sındığı üçün işləməməsi səbəbindən maddi vəziyyətində sıxıntılar yaranmışdır. Lakin hazırda yeni işə girmişdir, bu ayın 25-nə kimi tələb olunan alimenti ödəyə biləcəkdir. Qalan borcu isə hissə-hissə ödəyə bilər. Qeyd olunanlara əsasən, onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir, əlilliyi olmayan şəxsdir. Hazırki iclasda isə heç bir ödəniş edə bilmir. Məhkəmə baxışı zamanı X1 izahatında bildirmişdir ki, müvafiq işlə bağlı tədbir görülməsini xahiş edir. Belə ki, hazırda 500 manat məbləğində əmək haqqı alır, 400 manat kirayə verir. Uşağın təkbaşına saxlanmasında çətinlik çəkir. Hesablanmış borcun dərhal ödənilməsini tələb edir. Tək ana kim uşağı saxlaya bilmir. Qeyd olunanlara əsasən, borclu Şəxs şikayətçi olduğunu bildirmişdir. Bundan başqa, X1 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırda Korgöz qəsəbəsində qalır. Borclu izahatında işləmədiyi üçün ödəniş edə bilmədiyini bildirsə də, bu həqiqəti əks etdirmir. Belə ki, rəsmi olmasa da işləyir, lakin əldə etdiyi qazancı uşağının tələbatlarının ödənilməsinə deyil, öz istehlak xərclərinə sərf edir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X3 tərtib etdiyi 03 noyabr 2025-ci il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan ayın olur ki, Şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16(002)- 96/2025 saylı, xx.xx.2025-ci il tarixli və 2(002)-2943/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədlərinə əsasən, X4 ödəməli olduğu aliment borcunu ödəməmiş və nəticədə 984 manat aliment borcu yaranmışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci madəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs aliment ödənişlərindən qərəzli şəkildə yayınması nəticəsində hazırki tarixədək 984 azn aliment borcu yaranmışdır. Göstərilənlər məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi qəbul edildiyi vaxtdan borc məbləğinin ödənilməsinə laqeyd yanaşmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Lakin məhkəmə araşdırması zamanı Şəxs barəsində qəbul edilmiş və qanuni qüvvəsini almış icra sənədini qərəzli şəkildə icra etmədiyi müəyyən edilmişdir. Bununla da məhkəmə hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə düzgün tövsif olunmuşdur və ona həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs müvafiq olaraq məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin Fərmanında 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 58- 1-ci bəndində göstərilmişdir ki, icra məmurunun probasiya nəzarətinin tətbiqi ilə bağlı məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə münasibətdə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti vardır. İnzibati Xətalar Məcəlləsinin 40 və 43-cü maddələrinə əsasən rayon (şəhər) məhkəmələri həmin məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, Şəxs alimentə dair hər hansı ödəniş etməməsini, 984 manat məbləğində aliment borcu olmasını, X1nın aliment borcunun tam ödənilməsini tələb edərək borclu Şəxs şikayətçi olduğunu nəzərə alaraq ona inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 03 noyabr 2025-ci il tarixdən, saat 15:40dan hesablansın. Əliyev X8 İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Emin Fətəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar