Məhkəmə qərarları › İş №3(002)-2362/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2362/2023

20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2362/2023 20.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Şikayət verən şəxs "xxxx" MMC-nin rəhbəri X2 vəkili Vəkil, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC-nin rəhbəri X2 vəkili Vəkil Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəis müavini X5 tərəfindən qəbul edilmiş 02 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: "xxxx" MMC-nin rəhbəri X2 vəkili Vəkil Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəisi X5 tərəfindən qəbul edilmiş 02 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin rəhbəri X2 vəkili Vəkil bildirmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəisi X5 tərəfindən qəbul edilmiş 02 noyabr 2023-cü il tarixli, MN ******* saylı qərarla "xxxx" MMC-nin rəhbəri X4 Azərbaycan Respublikası İXM-nin 545-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 350 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarda qeyd olunur ki, "xxxx" MMC-nin rəhbəri X4 tərəfindən əmlakın siyahıya alınması haqqında xx.xx.2023-cü il tarixli **********, **********4 və **********2 saylı qərarların icrasını təmin etmək məqsədilə cəmiyyətin balansında olan əmlakın siyahıya alınmasına şərait yaratmamışdır. Qəbul edilmiş qərarla razı deyil, qeyd edilən səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməlidir. Belə ki, "xxxx" MMC-nin keçmiş təsisçisi Gilan MMC arasında xx.xx.2022-ci il tarixli, 3M-2272 reyestr nömrəsi ilə notarial qaydada imzalanmış təsis payının alqı-satqı müqaviləsi əsasında müəssisənin fəaliyyəti ilə bağlı təhvil təslim prosesi tam olaraq həyata keçirilməmişdir. Cəmiyyətin balansında olan əmlaklar cəmiyyətin keçmiş təsisçisi “Gilan Holdinq" tərəfindən halhazıra kimi cəmiyyətə təhvil verilməmişdir. Bununla bağlı Gilan Holding MMC aralarında məhkəmə mübahisəsi var və hal-hazırda mediasiya mərhələsindədir. Bu səbəbdən cəmiyyət tərəfindən əmlakın siyahıya alınmasına şərait yaradılması onlardan asılı olmayan mümkün olmamışdır. İnzibati akt tərtib edən orqan həmin aktın qəbul edilməsini şərtləndirən şəraitin olmasını sübut etməlidir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəisi X5 tərəfindən qəbul edilmiş 02 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X3 bildirmişdir ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən "1ST Construction” MMC-nin xx.xx.2023-ci il tarixə vergilər üzrə 488 698,93 manat (o cümlədən əsas məbləğ 21 539,67 manat, faiz hesablamaları üzrə 5 123,60 manat, maliyyə sanksiyası üzrə isə 462 035,66 manat), məcburi dövlət sosial sığorta haqları üzrə 390,65 manat (o cümlədən əsas məbləğ 347,15 manat, faiz hesablamaları üzrə 43,50 manat), icbari tibbi sığorta haqları üzrə 94,58 manat (o cümlədən əsas məbləğ 45,58 manat, faiz hesablamaları üzrə 49,00 manat) borcu yarandığına görə əmlakın siyahıya alınması haqqında xx.xx.2023-cü il tarixli **********, **********4 və **********2 saylı qərarların icrasını təmin etmək məqsədilə cəmiyyətin balansında olan aktivlərin (əsas vəsaitlərin) xx.xx.2023-cü il tarixdə, saat 15:00-da vergi orqanında qeydiyyatda olan faktiki ünvanında (AZ1141, ünvan 1ınmaya təqdim edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********649800 nömrəli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, əmlakın siyahıya alınmasına şərait yaradılmaması səbəbindən qərarların icrası təmin edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İnzibati Xətalar Məcəlləsinin 545-ci maddəsində əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) rəhbəri X4 barəsində xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Cəmiyyətin rəhbəri X4 heç bir səbəb göstərmədən protokola imza etməkdən və protokolun surətini qəbul etməkdən imtina etdiyinə görə bu barədə protokolda müvafiq qeydlər edilməklə yanaşı, “Vergi ödəyicisi tərəfindən əmlakların siyahıya alınması prosesinə şərait yaratmama və maneçilik törədilməsi haqqında” xx.xx.2023-cü il tarixli AKT tərtib edilmiş və protokolun surəti həmin tarixdə cəmiyyətin elektron poçtuna göndərilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 08:22-də cəmiyyətin səlahiyyətli nümayəndəsi tərəfindən oxunmuşdur. Daha sonra, inzibati xəta haqqında işə xx.xx.2023-cü il tarixdə saat 11:00-da baxılması üçün cəmiyyətinin rəhbəri (qanuni və ya səlahiyyətli nümayəndəsi) şəxsiyyəti təsdiq edən sənədlə birlikdə Milli Gəlirlər Baş İdarəsinə dəvət edilsə də heç bir üzrlü səbəb göstərilmədən iştirak təmin edilməmiş, protokolla əlaqədar öz münasibətini (izahatını) yazılı şəkildə göndərməyi bildirilməsinə baxmayaraq vergi orqanına heç bir müraciət (izahat) daxil olmamışdır. xx.xx.2023-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin müddəalarına əməl edilməklə, “1ST Construction" MMC-nin rəhbəri X4 barəsində “Vergi xidməti sahəsində müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni tələblərinin yerinə yetirilməməsinə görə’’- 350 (üç yüz əlli) manat məbləğində cərimə olunmasına dair xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilmişdir. Şikayətçinin şikayət ərizəsində inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinin əsası kimi “İnzibati tənbeh vermə haqqında qərarda əmlakın siyahıya alınmasına şərait yaradılmamasının əsaslandırılmaması” qeyd edilmişdir. Hesab edirik ki, şikayət ərizəsində qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır. Qeyd olunanlarla əlaqədar olaraq bildiririk ki, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri etmək vergi ödəyicisinin vəzifəsidir. İnzibati Xətalar Məcəlləsinin 545-ci maddəsinə əsasən Vergi xidməti sahəsində müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə- fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Vergi orqanı tərəfindən X2 350 (üç yüz əlli) manat məbləğində cərimə olunmasına dair xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında" qərar qanuni və əsaslı olduğuna görə ləğv edilə bilməz. Belə ki, əmlakların siyahıya alınmasına dair xx.xx.2023-cü il tarixli **********2, **********6 və ********* nömrəli qərarlar və əmlakların siyahıya alınmaya təqdim edilməsi haqqında xx.xx.2023-cü İl tarixli **********649800 nömrəli xəbərdarlıq məktubu təqdim ediməsinə baxmayaraq, heç bir maddi sübuta təqdim edilmədən, cəmiyyətin balansında olan əmlakların cəmiyyətin keçmiş təsisçisi “Gilan Holdinq" tərəfindən hal-hazıra kimi cəmiyyətə təhvil verilmədiyinə dair xx.xx.2023cü il tarixli arayış təqdim etməklə, əmlakın siyahıya alınmasına şərait yaradılmamış və nəticədə, vergi orqanının vəzifəli şəxslərinin qanuni tələbləri yerinə yetirilməmişdir. Halbuki, cəmiyyətin 2022-ci il üzrə vergi orqana təqdim etdiyi “Əmlak vergisi bəyannaməsi'’nə əsasən vergiyə cəlb edilən 518422.14 manat dəyərində əsas vəsaitlərinə maşın və avadanlıqlar, yüksək texnologiyalar məhsulu olan texnika, nəqliyyat vasitələri, digər əsas vəsaitlər, o cümlədən, cəmiyyətin vergi orqanının uçot baza məlumatlarında 11 adda yük və minik avtomobilləri də mövcud olmuşdur. Məlumat üçün onu da bildiririk ki, vergi orqanının “Vergi ödəyicisinin aktivləri barədə məlumat” formasının təqdim edilməsi haqqında xx.xx.2023-cü il tarixli məktub və məlumat forması xx.xx.3023-cü il tarixdə vergi ödəyicisinə təqdim edilərək 10 gün ərzində vergi orqanına təqdim edilməsi tələb olunsa da cəmiyyət tərəfindən vergi ödəyicisinin aktivləri barədə məlumat əsas olmadan müəyyən edilmiş müddətdə təqdim edilmədiyinə görə cəmiyyətə Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə" xx.xx.2023-cü il tarixli **********361300 nömrəli qərara əsasən 100 (yüz) manat maliyyə sanksiyası tətbiq edilmişdir. Nəticə etibarı ilə yuxarıda qeyd etdiyimiz hallar və həmin halları təsdiq edən sənəd və məlumatlar şikayətçinin şikayət ərizəsində göstərdiyi və qeyd etdiklərinin əsassız olduğunu göstərir. Qeyd edilənlərə əsasən xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 04 oktyabr 2023-cü il tarixdə əmlakın siyahıya alınması haqqında xx.xx.2023-cü il tarixli **********, **********4 və **********2 saylı qərarların icrasını təmin etmək məqsədilə cəmiyyətin balansında olan əmlakların siyahısını təqdim etməkdən imtina etdiyinə görə "1ST Construction” MMC-nin rəhbəri X4 barəsində Azərbaycan Respublikası İXM-nin 545-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixl, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “1ST Construction" MMC-nin rəhbəri X4 barəsində Azərbaycan Respublikası İXM-nin 545-ci maddəsinə əsasən “Vergi xidməti sahəsində müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni tələblərinin yerinə yetirilməməsinə görə’’- 350 (üç yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalı, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəis müavini X5 tərəfindən qəbul edilmiş 02 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən araşdırılması üçün Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən, "Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur." İXM-nin 3-cü maddəsinə görə isə, "Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Təqsir inzibati xətanın əsas elementidir. Əməlin hüquqazidd olmasına baxmayaraq, təqsirin olmaması əməlin inzibati xəta kimi sayılmamasına səbəb olur. Beləliklə, iş materiallarından görünür ki, mübahisələndirilən inzibati xəta üzrə prosessual qaydalara əməl olunmamış və xəta üzrə əməldə inzibati xəta tərkibi olub-olmaması araşdırılmadan "xxxx" MMC-nin rəhbəri X2 təqsirinin olması əsas götürülərək müvafiq qərar qəbul olunmuşdur. Halbuki məhkəmə araşdırması zamanı"xxxx" MMC-nin rəhbəri X2 vəkili Vəkil öz izahatında cəmiyyətin balansında olan əmlakların cəmiyyətin keçmiş təsisçisi “Gilan Holdinq" tərəfindən halhazıra kimi cəmiyyətə təhvil verilmədiyini, bu səbəbdən əmlakın siyahıya alınmasına şərait yaradılmasının onlardan asılı olmayan səbəblərdən mümkün olmadığını, bununla bağlı məhkəmə mübahisəsi olduğunu bildirmişdir. Lakin səlahiyyətli orqan şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər üzrə ətraflı araşdırma aparmadan sonuncunu İXM-nin 545-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4.-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan "xxxx" MMC-nin rəhbəri X4 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəisi X5 tərəfindən qəbul edilmiş 02 noyabr 2023-cü il tarixli, MN ******* saylı qərar ləğv edilməli və iş yenidən baxılması üçün Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: "xxxx" MMC-nin rəhbəri X2 vəkili Vəkil inzibati xəta haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəis müavini X5 tərəfindən qəbul edilmiş 02 noyabr 2023-cü il tarixli, MN ******* saylı qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar