Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2364/2020 19.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi ilə Şəxs ASC barəsində Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük X1 Məcəlləsinin 491.3 və 496.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında işin baxılmağa hazırlanması məsələsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs ASC barəsində Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3 və 496.1-ci maddələri ilə inzibati material daxil olmuşdur. Məhkəmə hesab edir ki, həmin material geri qaytarılmalıdır. Belə ki, iş materiallarından aydın olur ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs ASC-nin ünvanına Rusiya və Türkiyə Respublikasında fəaliyyət göstərən şirkətlərdən göndərilmiş malları “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda yerləşdirmək məqəsi ilə bəyan edilmiş malları bu prosedur altında qalma müddəti dörd ay başa çatanadək, digər gömrük proseduru altında yerləşdirmək üçün bəyan edilməli vəya gömrük anbarında yerləşdirilməli olduğu halda bəyannamələrin tarixinə münasibətdə dörd ay keçməsinə baxmayaraq malları digər gömrük proseduru altında yerləşdirmək üçün bəyan etməmiş vəya gömrük anvarında yerləşdirməmiş və boşaltma yerindən gömrük orqanının icazsə vəya razılığı olmadan Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən istifadəsində olan anbara daşıyaraq qanunsuz olaraq yerini dəyişmiş, bir yerən başqa yerə daşımışdır. Azərbaycan Respublikası İXM-nin 110-cu maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 491.3-cü maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 496.1-ci maddəsində göstərilir ki, malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, daxil olmuş inzibati materialdan aydın olur ki, barəsində inzibati protokol tərtib edilmiş hüquqi şəxs olan Şəxs ASC, üzərinə düşən öhdəliyi qanunla müəyyən edilmiş qaydada icra etməmişdir. Göründüyü kimi Şəxs ASC-yə istinad olunan inzibati xəta hadisəsi Qaradağ rayonunun inzibati ərazisində baş verməmişdir. Bundan başqa qeyd olunan hüquqi şəxs, üzərinə düşən öhdəliyi Bakı Baş Gömrük İdarəsində icra etməli olsaydı belə, yenə də həmin inzibati işin Qaradağ rayon Məhkəməsinə heç bir aidiyyatı yoxdur. Belə ki, Bakı Baş Gömük İdarəsi Qaradağ rayonunun inzibati ərazisində yerləşmir. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinin tələblərinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs ASC barəsində Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük X1 Məcəlləsinin 491.3 və 496.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi (alındığı) vaxtdan 10 (on) gün müddətində apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2364/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2364/2020
19.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver