Məhkəmə qərarları › İş №3(002)-2364/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2364/2023

26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2364/2023 26.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Baş Dövlət Yol Polis İdarəsi Ekologiya Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən tərtib olunmuş TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 Baş Dövlət Yol Polis İdarəsi Ekologiya Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən tərtib olunmuş TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. X2 şikayətini onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi Ekologiya yol patrul xidməti inspektoru, polis serjantı X3 tərəfindən xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarla İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 40 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş protokol və qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin qərarda qeyd edilir ki, guya o xx.xx.2023-cü il tarixdə, saat 11:29-da Bakı-Quba yolunun 7 km-nin Sumqayıt istiqaməti ərazisində etibarnamə ilə idarə etdiyi “X7” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticsində yol hərəkət qaydalarını pozmuşdur. Bildirir ki, o, heç bir qanun pozuntusuna yol verməmişdir. Belə ki, həmin vaxt onun idarə etdiyi avtomobili “X9” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil arxa sol tərəfdən vurmuşdur. Həmin vaxt o, 102 xidmətinə zəng etmiş və oaradn təhqiqatçı ayrılmışdır. Lakin hadisə yerinə təhqiqatçı deyil, sürücünün zəngi ilə ekologiya postunun inspektoru hadisə yerini tərk edib ekologiya postuna gəlməyimizi bildirdi.Biz də avtomobilləri hadisə yerindən çıxarmağa məcbur olduq. Biz maşınları çıxarıb Ekologiya postuna gəlmişik. Hadisə yerinə baxış keçirilmədən, foto şəkillər çəkilmədən polis serjantı günahın onda olmasını bildirmiş və bu barədə protokol tərtib etmişdir. O protokoldan narazı olaraq bu barədə izahat yazıb vermiş və aparılan təhqiqatla razı olmadığını bildirmişdir. Lakin nədənsə bu barədə heç bir təhqiqat aparılmamış və elə həmin gün də əsassız qərar qəbul edilərək cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 121-ci və 122-ci maddələrinə əsasən inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə uyğun olaraq bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Bundan əlavə İnzibati Xətalara Məcəlləsinin 122.1-ci maddəsinə əsasən həmin maddədə nəzərdə tutulan foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən xətalara üzrə birbaşa elektron qərar çıxarılır. Protokol yalnız İnzibati Xətalar Məcəlləsinin 124-cü maddəsində nəzərdə tutulan qaydada səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilən inzibati xətalar üzrə çıxarıla bilər. Barəsində inzibati xəta səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmədiyindən, müvafiq ptokolun tərtib edilməsi anlaşılmazdır. Xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aşkar edildiyi SMS-lə bildirilsə də həmin foto və ya video materiallar elektron kabinetinə yerləşdirilməyib. Bu isə İnzibati Xətalar Məcəlləsinin 38.6-cı və 122.3.1-ci maddələrinə ziddir. İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən edilməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardır. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən barəsində tərtib edilən TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərar qanunsuz və əsassız olduğundan ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edtmişdir. Məhkəmə iclasında iştirak edən X2 ərizəsinin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin edilməsini, Baş X8 İdarəsi Ekologiya yol patrul xidməti inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqana lazımi qaydada məlumat verilsə də, inzibati orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4cü maddəsinə əsasən işə inzibati qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 05 noyabr 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X2 həmin tarixdə, saat 11:29-da Bakı-Quba yolu 7 km Sumqayıt istiqamətində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və manevr etmə qaydalarının pozulması halına yol vermiş və buna görə də barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətçini dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iş materiallarında olan diskə baxış keçirərək müəyyən etdi ki, həqiqətən də “X7” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və manevr etmə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X4” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. X4 Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. Həmin qanunun 51-ci maddəsinin 1-ci hissəsinə əsasən ötməyə başlamazdan əvvəl sürücü girmək istədiyi hərəkət zolağının ötmə üçün kifayət edəcək məsafədə boş olması və bu manevr ilə qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacağına əmin olmalıdır. Bundan başqa şikayətçi ərizəsində inzibati xətanın videogörüntüyə əsasən müəyyən edildiyini, bu səbəbdən barəsində elektron qərar qəbul edilməli olmasını göstərmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, iş hallarından görünür ki, həmin xəta videoqeydiyyat funksiyalarına malik xüsusi texniki göstəricilər vasitəsilə qeydə alınmamış, baş vermiş inzibati xəta hadisəsi ilə bağlı X1 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkibi müəyyən edildiyindən sonuncu barəsində səlahiyyətli şəxs tərəfindən müvafiq protokol tərtib edilmiş və həmin protokol əsasında da inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmənin gəldiyi qənaətə görə şikayətçi X2 tərəfindən İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə öz təsdiqini tapdığından, sonuncunun həmin maddə ilə təqsirli bilinib tənbeh edilməsi qanuni və əsaslı olmuşdur. Bu səbəbdən də Baş Dövlət Yol Polis İdarəsi Ekologiya Yol Patrul Xidməti inpektoru, polis baş serjantı X3 tərəfindən tərtib olunmuş TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Baş Dövlət Yol Polis İdarəsi Ekologiya Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən tərtib olunmuş TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar