Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2365/2020 04.12.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Şəxs (bundan sonra-“ Şəxs” MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qaradağ Rayon Məhkəməsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materialdan görünür ki, hüquqi şəxs Şəxs (VÖEN **********) Türkiyə Respublikasında fəaliyyət göstərən digər şirkətdən GİB**********017 nömrəli xx.xx.2020-ci il tarixli invoys sənədinin müşayiəti ilə göndərilən malları xx xxxxxx 2020-ci il tarixdə Bakı Baş Gömrük idarəsində **********3694 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edərkən 1-ci mal mövqeyindəki avtomatik hərəkət edən qapıların faktiki çəkisi 480 kq olduğu halda, bəyannamədə 126,56 kq, 2-ci mal mövqeyindəki körüklərin faktiki çəkisi 218 kq olduğu halda isə bəyannamədə 143.44 kq qeyd etməklə mallar Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında gömrük orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatlar vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şəxs MMC-nin nümayəndəsi X3 xx.xx.2020-ci il tarixli 00100-2408/20 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Bakı Baş Gömrük İdarəsinin rəisi gömrük xidməti general-mayoru Kənan Məmmədova ünvanlanmış xx.xx.2020-ci il tarixli raportdan görünür ki, “ipək Yolu” gömrük postundan daxil olmuş 34/024/031878 nömrəli 12.11,2020-ci il tarixli raportun icrası ilə əlaqədar bildirir ki, Türkiyə Respublikasından ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 34LC6189/34LC4842 nömrə nişanlı avtomaşınla daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********3694 sorğu nömrəlixx.xx.2020-ci il tarixli gömrük bəyannəməsi ilə bəyan edilən mallaraxx.xx.2020-ci il tarixdə “ipək Yolu” gömrük postunun 6 nömrəli anbarında gömrük baxışı keçirilərkən Şəxs MMC tərəfindən 34LC6189/34LC4842 nömrə nişanlı avtomaşınla daxil olmuş yüklərlə aid gömrük orqanına təqdim olunmuş **********3694 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində bəyan edilən 6 set, 126, 56 kq “avtomatik hərəkət edən texnaloji qapılar” yükünün, set (ədəd) sayı düzgün bəyan edilsədə, faktiki olaraq netto çəkisinin 126,56 kq deyil, 480 kq olduğu, yəni 357 kq artıq olduğu və bəyannamənin 2-ci mal mövqeyində bəyan edilən 4 set, 143,44 kq “yüklərin mənfi hava şəraitində təsirlənmədən asanlıqla həyata keçirilməsi üçün körüklər” yükünün set (ədəd) sayı düzgün bəyan edilsədə, faktiki olaraq netto çəkisinin 143,44 kq deyil, 218 kq olduğu, yəni 75 kq artıq olduğu müəyyənedilmişdir. Araşdırma zamanı xx xxxxxx 2020-ci il tarixdə Şəxs tərəfindən **********3694 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannəməsi ilə bəyan edilən 1-ci mal mövqeyində bəyan edilən 6 set, 126, 56 kq “avtomatik hərəkət edən texnaloji qapılar” yükünün, set (ədəd) sayı düzgün bəyan edilsədə, faktiki olaraq netto çəkisinin 126,56 kq deyil, 480 kq olduğu, yəni 357 kq artıq olduğu və bəyannamənin 2-ci mal mövqeyində bəyan edilən 4 set, 143,44 kq “yüklərin mənfi hava şəraitində təsirlənmədən asanlıqla həyata keçirilməsi üçün körüklər” yükünün set (ədəd) sayı düzgün bəyan edilsədə, faktiki olaraq netto çəkisinin 143,44 kq deyil, 218 kq olduğu, yəni 75 kq artıq olduğu halda, gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi, təsir etdiyi təqdirdə əlavə ödənilməli olan gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və X2 Şöbəsinə məlumat verilməsi üçün 34/013/031962 nömrəli raportla sorğu verilmişdir. Sorğu Gömrük Prosedurları və Ödənişləri şöbəsindən verilən 34/012/032082 nömrəli xx.xx.2020ci il tarixli cavab raportuna əsasən Türkiyə Respublikasından Şəxs MMC-nin ünvanına 34LC 6189/34LC4842 nömrə nişanlı avtomaşınla daxil olmuş yükə tərtib edilmiş **********3694 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən 1-ci mal mövqeyində “avtomatik hərəkət edən texnoloji qapılar” 480 kq olduğu, yəni 357 kq artıq olduğu halda və bəyannamənin 2-ci mal mövqeyində bəyan edilən “yüklərin mənfi hava şəraitində təsirlənmədən asanlıqla həyata keçirilməsi üçün körüklər” yükünün 218 kq olduğu, yəni 75 kq artıq olduğu halda gömrük ödənişlərinin məbləğinə təsir etmədiyi üçün əlavə ödəniləcək gömrük ödənişləri yaranmamışdır. xx.xx.2020-ci il tarixli yoxlama haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən 34LC6189/34LC4842 nömrə nişanlı avtomaşınla daxil olmuş yüklərlə aid gömrük orqanına təqdim olunmuş **********23694 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində bəyan edilən 6 set, 126, 56 kq “avtomatik hərəkət edən texnaloji qapılar” yükünün, set (ədəd) Sayı düzgün bəyan edilsədə, faktiki olaraq netto çəkisinin 126,56 kq deyil, 480 kq olduğu, yəni 357 kq artıq olduğu və bəyannamənin 2-ci mal mövqeyində bəyan edilən 4 set, 143,44 kq “yüklərin mənfi hava şəraitində təsirlənmədən asanlıqla həyata keçirilməsi üçün körüklər” yükünün set (ədəd) sayı düzgün bəyan edilsədə, faktiki olaraq netto çəkisinin 143,44 kq deyil, 218 kq olduğu, yəni 75 kq artıq olduğu müəyyən edilmişdir. Vergilər Nazirliyi kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, nizamnamə kapitalı 100.00 AZN olan “Şəxs" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2008-ci ildə dövlət qeydiyyatına alınmış və Cəmiyyətin qanuni təmsilçisi X1r. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 482.3-cü maddəsinə əsasən, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, Şəxs MMC tərəfindən 34LC6189/34LC4842 nömrə nişanlı avtomaşınla daxil olmuş yüklərlə aid gömrük orqanına təqdim olunmuş **********23694 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində bəyan edilən avtomatik hərəkət edən qapıların faktiki çəkisi 480 kq olduğu halda, bəyannamədə 126,56 kq, 2-ci mal mövqeyindəki körüklərin faktiki çəkisi 218 kq olduğu halda isə bəyannamədə 143.44 kq qeyd edilməklə hüquqi şəxs tərəfindən gömrük orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatlar verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə tənbeh edilməklə cərimə edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 26, 31, 40, 43, 48, 55.2, 84, 112, 114, 115 və 117 maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1000 manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-2365/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2365/2020
04.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver