Məhkəmə qərarları › İş №3(002)-2373/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2373/2023

13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2373/2023 13.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Şəxs bundan sonra - (Şəxs MMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 505.1 maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Qaradağ Rayon Məhkəməsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 505.1 maddələri ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş üzrə 00100-02885/23 (EP 0130901) saylı, 11 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından ünvan 2 qeydiyyatda olan "xxxx" MMC-nin adına ÇXR-dan 69A16310/69A16410 nömrə nişanlı avtomaşında KGH22111706 saylı xx.xx.2023-cü il tarixi invoys əsasında daxil olan və **********3901 saylı GB-ilə rəsmiləşən yükə gömrük yoxlaması keçirən zaman, 1-ci mal mövqeyində bəyan olunan 24 düyümlük 300 ədəd, 50 düyümlük 254 ədəd, 60 düyümlük 150 ədəd, 86 düyümlük 15 ədəd cəmi 719 ədəd android sistemli televizorların markasında, modelində, dəyərində və 15 ədəd 50 düyümlük, 4 ədəd 58 düyümlük led monitor eyni kodun altında bəyan olunduğu üçün müəyyən şübhələr yaratmışdır. Həmçinin 57 ədəd müxtəlif ölçülü birləşdirici lenta, 7 ədəd televizor pultu, 31 ədəd müxtəlif ölçülü sxema, 12 ədəd müxtəlif ölçülü dinamik bəyan olunmamış mallar tərəfimizdən aşkar edilmişdir. Aşkar olunan yüklərin qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 3-33-1100/2-009389/2023 nömrəli 29.09 2023-cü il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7471 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş Ficher markalı HAS 24D18 model 24 düymlük android sistemli televizorun 1 ədədinin qiyməti 140 manat olmaqla 300 ədədinin qiyməti 42000 manat, Ficher markalı HAS 50D20 model 50 düymlük android sistemli televizorun 1 ədədinin qiyməti 460 manat olmaqla 254 ədədinin qiyməti 116840 manat, Ficher markalı HAS 60D20 model 60 düymlük android sistemli televizorun 1 ədədinin qiyməti 550 manat olmaqla 150 ədədinin qiyməti 82500 manat, Ficher markalı HAS 86D20 model 86 düymlük android sistemli televizorun 1 ədədinin qiyməti 2000 manat olmaqla 15 ədədinin qiyməti 30000 manat, 50 düymlük televizor üçün led monitorun 1 ədədinin qiyməti 300 manat olmaqla 15 ədədinin qiyməti 4500 manat, 58 düymlük televizor üçün led monitorun 1 ədədinin qiyməti 400 manat olmaqla 4 ədədinin qiyməti 1600 manat, televizor üçün nəzərdə tutulmuş müxtəlif ölçülü birləşdirici lentanın 1 ədədinin qiyməti 10 manat olmaqla 57 ədədinin qiyməti 570 manat, Ficher markalı televizor pultunun 1 ədədinin qiyməti 8 manat olmaqla 7 ədədinin qiyməti 56 manat, televizor üçün nəzərdə tutulmuş müxtəlif ölçülü sxemin 1 ədədinin qiyməti 30 manat olmaqla 31 ədədinin qiyməti 930 manat, televizor üçün nəzərdə tutulmuş 10 W dinamikin 1 ədədinin qiyməti 20 manat olmaqla 12 ədədinin qiyməti 240 manat müəyyən edilmişdir. Belə ki, ekspertiza tədqiqatına təqdim edilmiş 10 adda malların ümumilikdə xx.xx.2023-cü il tarixə orta bazar qiyməti təxminən 279236 manat müəyyən edilir. Araşdırma zərurəti ilə əlaqədar olaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7471 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən Ficher markalı HAS 24D18 model 24 düymlük android sistemli televizorun, Ficher markalı HAS 50D20 model 50 düymlük android sistemli televizorun, Ficher markalı HAS 60D20 model 60 düymlük android sistemli televizorun, Ficher markalı HAS 86D20 model 86 düymlük android sistemli televizorun, 50 düymlük televizor üçün led monitorun, 58 düymlük televizor üçün led monitorun, televizor üçün nəzərdə tutulmuş müxtəlif ölçülü birləşdirici lentanın, Ficher markalı televizor pultunun, televizor üçün nəzərdə tutulmuş müxtəlif ölçülü sxemin, televizor üçün nəzərdə tutulmuş 10 W dinamikin ümumilikdə orta bazar qiyməti 279236 manat olduğu təqdirdə bu halın gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi, təsir etdiyi təqdirdə ünvan 3 ünvanında qeydiyyatda olan "xxxx" MMC tərəfindən **********3901 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi üzrə əlavə ödəniləcək gömrük ödənişlərının məbləği barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün xx.xx.2023-cü il tarixli, 3-33-/3-1- 030994/2023 saylı raportla Rəsmiləşdirmə Mərkəzinə müraciət olunmuşdur. Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-33-/3-1- 031274/2023 saylı raporta əsasən əlavə yaranmış gömrük ödənişlərinin məbləği idxal rüsumu üzrə 41.10 manat, ƏDV üzrə 155.36 manat olmaqla ümumilikdə, ödənilməli olan gömrük ödənişlərinin məbləği 196.46 (yüz doxsan altı manat qırx altı qəpik) manat olduğu müəyyən edilir. Beləliklə də, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, ünvan 2 qeydiyyatda olan "xxxx" MMC tərəfindən **********3901 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara baxış edilmişdir. keçirilən zaman 15 ədəd 50 düymlük televizor üçün led monitor, 4 ədəd 58 düymlük televizor üçün led monitor, 57 ədəd televizor üçün nəzərdə tutulmuş müxtəlif ölçülü birləşdirici, 7 ədəd Ficher markalı televizor pult, 31 ədəd televizor üçün nəzərdə tutulmuş müxtəlif ölçülü sxem, 12 ədəd televizor üçün nəzərdə tutulmuş 10 W dinamik yükləri gömrük orqanına bəyan olunmadığı aşkar olunmuş və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 9/7471 nömrəli rəyinə əsasən 7896(yeddi min səkkiz yüz doxsan altı) manat məbləğində 15 ədəd 50 düymlük televizor üçün led monitor, 4 ədəd 58 düymlük televizor üçün led monitor, 57 ədəd televizor üçün nəzərdə tutulmuş müxtəlif ölçülü birləşdirici, 7 ədəd Ficher markalı televizor pult, 31 ədəd televizor üçün nəzərdə tutulmuş müxtəlif ölçülü sxem, 12 ədəd televizor üçün nəzərdə tutulmuş 10 W dinamik yüklər gömrük orqanına bəyan edilməmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs etibarnamə üzrə nümayəndəsi X2 izahatında şirkət tərəfindən törədilmiş inzibati xətanı etiraf etdiklərini və cərimə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 9/7471 nömrəli xx.xx.2023-cü il tarixli rəyində göstərilir ki, ekspertiza tədqiqatına təqdim edilmiş Ficher markalı HAS 24D18 model 24 düymlük android sistemli televizorun 1 ədədinin qiyməti 140 manat olmaqla 300 ədədinin qiyməti 42000 manat, Ficher markalı HAS 50D20 model 50 düymlük android sistemli televizorun 1 ədədinin qiyməti 460 manat olmaqla 254 ədədinin qiyməti 116840 manat, Ficher markalı HAS 60D20 model 60 düymlük android sistemli televizorun 1 ədədinin qiyməti 550 manat olmaqla 150 ədədinin qiyməti 82500 manat, Ficher markalı HAS 86D20 model 86 düymlük android sistemli televizorun 1 ədədinin qiyməti 2000 manat olmaqla 15 ədədinin qiyməti 30000 manat, 50 düymlük televizor üçün led monitorun 1 ədədinin qiyməti 300 manat olmaqla 15 ədədinin qiyməti 4500 manat, 58 düymlük televizor üçün led monitorun 1 ədədinin qiyməti 400 manat olmaqla 4 ədədinin qiyməti 1600 manat, televizor üçün nəzərdə tutulmuş müxtəlif ölçülü birləşdirici lentanın 1 ədədinin qiyməti 10 manat olmaqla 57 ədədinin qiyməti 570 manat, Ficher markalı televizor pultunun 1 ədədinin qiyməti 8 manat olmaqla 7 ədədinin qiyməti 56 manat, televizor üçün nəzərdə tutulmuş müxtəlif ölçülü sxemin 1 ədədinin qiyməti 30 manat olmaqla 31 ədədinin qiyməti 930 manat, televizor üçün nəzərdə tutulmuş 10 W dinamikin 1 ədədinin qiyməti 20 manat olmaqla 12 ədədinin qiyməti 240 manat müəyyən edilmişdir. Belə ki, ekspertiza tədqiqatına təqdim edilmiş 10 adda malların ümumilikdə xx.xx.2023-cü il tarixə orta bazar qiyməti təxminən 279236 manat müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin az miqdarda bəyan edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin məcəllənin 479-cu maddəsinin qeyd hissəsinə əsasən gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsi "az miqdarda" dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Həmin Məcəllənin 505-ci maddəsinə əsasən gömrük ödənişlərinin (borcunun) ödənilməsindən yayınma inzibati məsuliyyətə səbəb olur. Bu maddədə "az miqdarda olduqda" dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən Şəxs MMC barəsində daxil olmuş 00100- 02885/23 (EP 0130901) saylı, 11 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7471 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyini və inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.1 və 505.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Məhkəmə Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 505.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş tənbeh tətbiq edilməklə, eləcə də həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən inzibati xətanın bilavasitə obyekti olan bilavasitə obyekti olan malların ümumi dəyəri 40 faizi həddində cərimə edilməsi məqsədə müvafiqdir Məhkəmə həmçinin hesab edir ki, inzibati iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində vəsait Şəxs MMC-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 26, 31, 40, 43, 48, 84, 112, 114, 115 və 117 maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 505.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən hüquqi şəxs qismində inzibati xətanın bilavasitə obyekti olan malların ümumi dəyəri 7896 manatın 40 faizi həddində, yəni 3158,4 manat məbləğində cərimə edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq dövlət nəfinə keçirilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar