Məhkəmə qərarları › İş №3(002)-2378/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2378/2020

28.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2378/2020 28.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Qaradağ rayon Polis İdarəsi 10-cu Polis Bölməsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Qaradağ rayon Polis İdarəsi 10-cu Polis Bölməsi tərəfindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 22:20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, “Qobu Park” yaşayış massivində xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədlər olmadan “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2020-ci il tarixli Fərmanı ilə müəyyən edilmiş komendant saatı rejimini pozmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.2-ci maddəsinin tələblərinə uyğun olmadığından geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 66.1-ci maddəsinin tələblərinə görə İnzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, lal, kar, kor, fiziki və ya psixi qüsurlarına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur. 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir; 86-ci maddəsinə əsasən İnzibati xətaların qarşısını almaq, şəxsiyyəti müəyyən etmək, işlərə vaxtında və düzgün baxılmasını, inzibati xətalar haqqında işlərə dair qərarların icrasını təmin etmək məqsədi ilə səlahiyyətli vəzifəli şəxs bu Məcəllə ilə müəyyən edilmiş hallarda aşağıda göstərilən tədbirləri tətbiq edir: 86.1.1 -ci maddəsinə əsasən gətirilmə; 86.1.2-ci maddəsinə əsasən. inzibati qaydada tutma; 86.1.3-ci maddəsinə əsasən. şəxsi axtarış, fiziki şəxsdə olan əşyaları yoxlama; 86.1.4 -ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış; 86.1.5-ci maddəsinə əsasən əşyaları və sənədləri götürmə; 86.1.6 -ci maddəsinə əsasən nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma; 86.1.7-ci maddəsinə əsasən sərxoşluq vəziyyətini müayinə etmə; 86.1.8 -ci maddəsinə əsasən nəqliyyat vasitəsini saxlama və onun istismarını qadağan etmə. 99.4-ci maddəsinə əsasən İnzibati xata haqqında iş üzrə icraat aşağıda göstərilən vaxtdan başlanılmış hesab edilir: 99.4.1- ci maddəsinə əsasən bu Məcəllənin 86-cı maddəsində nəzərdə tutulan tədbirləri tətbiq etmə haqqında ilk protokol tərtib edildikdə; 99.4.2- ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə; 99.4.3- ci maddəsinə əsasən. bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan inzibati araşdırılma tələb olunduğu hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardad (qərar) qəbul edildikdə. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq həmin tarixdə saat 22:30-dan məhdudlaşdırılmış, xx xxxxxx 2020-ci il tarixdə saat 06:00-da azad edilmişdir. Məhkəmə qeyd edir ki, Şəxs barəsində protokol tərtib edilərkən səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən kobud yalnışlığa yol verilmişdir. Belə ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən aydın olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2003-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan Şəxs barəsində iş üzrə icraat başanılarkən səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən məcburi olmasına baxmayaraq vəkilin iştirakı təmin edilməmiş və nəticədə sonuncunun hüquqları pozulmuşdur. Halbuki qanunvericiliyin tələblərinə görə yetkinlik yaşına çatmayanların barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanarkən və İnzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, lal, kar, kor, fiziki və ya psixi qüsurlarına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göründüyü kimi, xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66, 86, 99-cu maddələrinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, yetkinlik yaşına çatmayan Şəxs barəsində protokol tərtib edilərkən və sonuncu barəsində tutma haqqında protokol tərtib olunarkən vəkilin iştirakı məcburi olmasına baxmayaraq səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən vəkilin iştirakı təmin edilməyərək sonuncunun hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan onu tərtib etmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 və 118-si maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinin sahə inspektoru polis baş leytenantı X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsinə əsasən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər səlahiyyətli orqana geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar