Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2380/2023 17.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X6, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh Şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-103/2022 saylı, 18 avqust 2022-ci il tarixli icra sənədini qərəzli olaraq icra etməmişdir. Bununla da, o, İXM-nin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru X7 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-103/2022 saylı, 18 avqust 2022-ci il tarixli icra vərəqəsinə əsasən ünvan 2 ünvanında inşa edilmiş tikili iddiaçı X4 məxsus yaşayış evi ilə 1,2 metr məsafə qoyulmaqla həmin hissədə cavabdeh Şəxs hesabına sökülməli, iddiaçı X4 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin pilləkəninin təmirinə cavabdeh tərəfindən yaradılmış süni maneələr aradan qaldırılmalı, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin mansardının açıq eyvanına vurulmuş zərərə görə 2.520 manat cavabdeh Şəxs iddiaçı X3 xeyrinə tutulmalı, iş üzrə 50 manat ekspertiza xərci cavabdeh Şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba, 200 manat qiymətləndirmə xərci cavabdeh Şəxs tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməli, ödənilmiş 230 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 55 manat hissəsi cavabdeh Şəxs iddiaçı X3 xeyrinə tutulmalıdır. Qeyd olunan icra sənədi 08 sentyabr 2023cü il tarixdə icraatına daxil olmuşdur. Tələbin könüllü icrası haqqında bildiriş xəbərnaməli poçtla cavabdeh Şəxs ünvanına göndərilmiş və 20 sentyabr 2023-cü il tarixdə qəbul etmişdir. Bundan sonra dəfələrlə borclu Şəxs ilə telefon vasitəsilə əlaqə saxlamağına və şöbəyə dəvət etməsinə baxmayaraq, borclu şöbəyə gəlməkdən imtina etmiş və icra sənədini icra etməyəcəyini bildirmişdir. Bundan sonra 2520 manat pulun borclu Şəxs tutulması üçün 28 sentyabr 2023-cü il tarixdə borclunun iş yerinə göndərilmişdir. Bundan başqa borclu icra şöbəsinə gəlmədiyi üçün barəsində məcburi gətirilmə haqqında təqdimat verilmişdir. Polis əməkdaşı tərəfindən borclunun yaşayış yerinə baxış keçirildikdən sonra borclu icra şöbəsinə gəlmişdir. Borcludan izahat alınmış, o, izahatında icra sənədi üzrə tələbi yerinə yetirməyəcəyini bildirmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş və baxılması üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Əlavə olaraq bildirmişdir ki, X2na təklif olunmuşdur ki, borclu icra sənədini icra etmirsə öz hesabına həmin tikilini sökmək olar, lakin tələbkar həmin tikilinin borclu tərəfindən sökülməsini tələb etmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, icra sənədində qeyd olunan tikili ona məxsus deyil, valideyninin evidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-103/2022 saylı, 18 avqust 2022-ci il tarixli qətnaməsi ilə razılaşmır, inzibati xəta haqqında protokolun onun barəsində tərtib olunmasına etiraz edir. X2 izahatında bildirmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)- 103/2022 saylı, 18 avqust 2022-ci il tarixli icra vərəqəsinə əsasən ünvan 2 ünvanında inşa edilmiş tikili ona məxsus yaşayış evi ilə 1,2 metr məsafə qoyulmaqla həmin hissədə cavabdeh Şəxs hesabına sökülməlidir, lakin icra sənədi icra olunmamışdır. Müdafiəçi Vəkil çıxışında bildirmişdir ki, qətnamə qismən icra olunur, borclu Şəxs ilk dəfə icra şöbəsinə dəvət olunmuşdur, işin gedişatı ilə bağlı, əməlinin hansı nəticələrə səbəb olacağı ilə bağlı, inzibati məsuliyyət barədə ona ətraflı izah olunduqdan sonra növbəti dəfə məhkəmə qarşısına çıxarıla bilər. Hesab edir ki, hazırda onun əməlində inzibati xəta tərkibi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)- 103/2022 saylı, 18 avqust 2022-ci il tarixli icra vərəqəsinə əsasən ünvan 2 ünvanda inşa edilmiş tikili iddiaçı X4 məxsus yaşayış evi ilə 1,2 metr məsafə qoyulmaqla həmin hissədə cavabdeh Şəxs hesabına sökülməli, iddiaçı X4 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin pilləkəninin təmirinə cavabdeh tərəfindən yaradılmış süni maneələr aradan qaldırılmalı, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin mansardının açıq eyvanına vurulmuş zərərə görə 2.520 manat cavabdeh Şəxs iddiaçı X3 xeyrinə tutulmalı, iş üzrə 50 manat ekspertiza xərci cavabdeh Şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba, 200 manat qiymətləndirmə xərci cavabdeh Şəxs tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməli, ödənilmiş 230 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 55 manat hissəsi cavabdeh Şəxs iddiaçı X3 xeyrinə tutulmalıdır. İş materiallarında olan icraata başlama haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-103/2022 saylı, 18 avqust 2022-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə rəsmi qaydada borclu Şəxs göndərilmişdir. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin 08 sentyabr 2023-cü il tarixli tələbin könüllü icrası barədə bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbərdarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)- 103/2022 saylı, 18 avqust 2022-ci il tarixli icra sənədini qərəzli olaraq icra etməmişdir. Bununla da, o, İXM-nin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, borclunun və tələbkarın izahatları, müdafiəçinin çıxışını habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-103/2022 saylı, 18 avqust 2022-ci il tarixli icra vərəqəsinin icrasını təmin etməmişdir. Habelə hal-hazırki vaxtadək edilmiş xəbərdarlıqlara baxmayaraq, üzərinə qoyulmuş tələbin lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM- 32.1.1), himayəsindı azyaşlı övladlarının olmasını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2380/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2380/2023
17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver