Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2382/2023 20.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis mayoru X5, Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nin yol patrul xidmətinin baş inspektoru, polis kapitanı X1, yol patrul xidmətinin inspektorları, polis baş serjantları X4, X2 və X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1986-ci ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan aydın olur ki, Şəxs 18 noyabr 2023-cü il tarixdə, saat 22:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi ərazisində sərxoş vəziyyətdə YPX-nın və ÇPA-nın əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 20 noyabr 2023-cü il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə inspektoru, polis mayoru X8 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 18 noyabr 2023-cü il tarixdə, saat 22:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi ərazisində sərxoş vəziyyətdə polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq polis əməkdaşlarının ünvanına kənar şəxslərin yanında davamlı şəkildə kobud formada təhqiramiz və nalayiq ifadələr işlətmişdir. Nəticədə Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 20 noyabr 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nin yol patrul xidmətinin baş inspektoru, polis kapitanı X6 verdiyi izahatında göstərmişdir ki, 18 noyabr 2023-cü il tarixdə inzibati ərazidə xidmətdə olarkən Qaradağ rayonu, Puta qəsəbəsi ərazisində saat 22:00 radələrində “TOFAŞ” markalı, ** YP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünun xarici işıq cihazlarından düzgün istifadə etmədiyi və yolu düzgün tənzimləmədiyi üçün ona saxla əmri verilmişdir. Bu zaman sürücü tabesizlik göstərərək hərəkətini davam etdirərkən yolun kənarında çuxura düşmüşdür. Sürücüyə yaxınlaşan zaman onun spirtli içkinin təsiri altında olması açıq şəkildə hiss olunmuşdur. Onlar sürücünü tibbi müayinəyə dəvət edərkən sürücü və yanındakı iki nəfər onların qanuni tələblərinə məhəl qoymaraq polisin ünvanına nalayiq ifadələr işlətmişlər. Bu zaman hadisəyə heç bir aidiyyatı olmayan, sonradan adının Şəxs olduğunu bildiyi vətəndaş, başqa bir maşından düşərək onlara yaxınlaşmış və heç bir səbəb olmadan, qəflətən polis əməkdaşlarının ünvanına son dərəcə ağır təhqiramiz ifadələr işlətməyə başlamış və polisin iş fəaliyyətinə mane olmuşdur. Onlar sərxoş vəziyyətdə olan həmin şəxsi nizamintizama dəvət etsələr də o öz qanunsuz əməllərindən əl çəkməmiş, nəticədə onlar ÇPAnın əməkdaşlarını hadisə yerinə köməyə çağırmış və onu 10-cu Polis Şöbəsinə təhvil vermişlər. Odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPB-nın yol patrul xidmətinin inspektorları, polis baş serjantları X4, X2 və X7 da oxşar izahatlar verərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır, subaydır. 18 noyabr 2023-cü il tarixdə, saat 22:00 radələrində Lökbatan qəsəbəsindən toydan çıxıb yaşadığı Puta qəsəbəsinə gedirmiş. Yolda Kamran adlı tanışının idarə etdiyi “TOFAŞ” markalı, ** YP *** dövlət qeydiyyat nişanlı avtomobilin Yol Polisi əməkdaşları tərəfindən saxlanıldığını görmüş, içkili olduğundan YPX əməkdaşları ilə aralarında mübahisə düşmüşdür. Nəticədə 10-cu Polis Şöbəsinə gətirilmişdir. O əməlindən peşiman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək ona yüngül tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin işitrakı ilə videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, vətəndaş Şəxs polis əməkdaşlarının qanuni tələbinə heç bir məhəl qoymayaraq davamlı şəkildə son dərəcə nalayiq ifadələr işlətməklə polis əməkdaşlarını təhqir etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 18 noyabr 2023-cü il tarixdə yol polisi əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsin “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair” 18 noyabr 2023-cü il tarixli, 2/46539 nömrəli protokoldan aydın olur ki, Şəxs həmin gün saat 23:45-də müayinədən keçirilərkən onda ağır dərəcə alkoqol sərxoşluğu halı müəyyən edilmişdir. İnzibati materiala əlavə edilmiş 18 noyabr 2023-cü il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan aydın olur ki, Şəxs yuxarıda qeyd olunan inzibati pozuntu ilə əlaqədar 18 noyabr 2023-cü il tarixdə saat 22:00-da tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 18 noyabr 2023-cü il tarixdən saat 22:00-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ RPİ-nin 10-cu PŞ-ya həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2382/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2382/2023
20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver