Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2385/2023 20.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Tələbkar «RA-X13» MMC-nin direktoru X2 iştirakları ilə, xx xxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X6, borclu Şəxs barəsində protokol tərtib edərək, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-785/2021 saylı, 15 fevral 2021-ci il tarixli, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-860/2021 saylı,17 fevral 2021-ci il tarixli, , Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 2(002)-761/2021 saylı, 01 aprel 2021-ci il tarixli, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 2(002)-1554/2021 saylı, 08 iyun 2021-ci il tarixli və Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 2(002)-1178/2023 saylı, 04 may 2023-cü il tarixli icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X6 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-785/2021 saylı, 15 fevral 2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 3005 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsmunun əvəzi olmaqla cəmi 3035 manat məbləğində pulun alınaraq iddiaçı X7 verilməsi, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-860/2021 saylı, 17 fevral 2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 4972 ABŞ dolları (8450 manat ekvivalentində) məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı X3 ödənilməsi, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 2(002)-761/2021 saylı, 01 aprel 2021-ci il tarixli, icra vərəqəsinə əsasən cavabdeh Şəxs 18 noyabr 2020-ci il tarixli qarşılıqlı üzləşmə aktına əsasən 7239 manat, hüquqi yardıma görə 400 manat olmaqla cəmi 7639 manat məbləğində pul vəsaiti və 23 manat dövlət rüsmunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 2(002)-1554/2021 saylı, 08 iyun 2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 2580 manat məbləğində borc pul vəsaiti və 28 manat dövlət rüsmunun tutularaq iddiaçı X4 ödənilməsi və Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(002)-1178/2023 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 23466 manat məbləğində pul vəsaiti və 119 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı “RA-X13” MMC-yə ödənilməsi qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclu yuxarıda qeyd edilən icra sənədləri üzrə yalnız “RA-X13” MMC-yə 1500 manat ödəniş etmişdir. X5 ödəniş etdiyini bildirsə də müvafiq qəbzləri ona təqdim etməmişdir. Bu səbəbdən də sonuncunun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 20 noyabr 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. O öz izahatında daha sonra bildirmişdir ki, iş üzrə digər tələbkarlara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat versə də digər tələbkarlar icra şöbəsinə gəlməmiş və bunun səbəbləri barədə də heç bir məlumat verməmişlər. Deyilənlərin nəzərə alınaraq borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar «RA-X13» MMC-nin etibarnamə üzrə nümayəndəsi X8 öz izahatında bildirmişdir ki, Qaradağ rayon Məhkəməsinin müvafiq qətnaməsi 04 may 2023-cü il tarixdə çıxarılmış və borclu onlara olan borcundan 03 oktyabr 2023-cü il tarixdə cəmi 1500 manat ödəniş etmişdir. Lakin o borcunun tam formada ödənilməsini tələb edir. Bütün bunların nəzərə alınaraq borclunun qeyd olunan borc məbləğini dərhal ödəməsinin təmin edilməsini, bu baş vermədikdə isə inzibati qaydada həbs edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, qeyd olunan məhkəmə qətnamələrindən məlumatı olmamış və həmin işlərlə bağlı məhkəmə proseslərində iştirak etməmişdir. Çünki o qeydiyyatda olduğu ünvanda yaşamır. Səhhətində problemlər olması və işsiz olması səbəbindən yuxarıda qeyd olunan borclarını ödəyə bilməmişdir. Bundan başqa «RA-X13» MMC-yə 23585 manat deyil, 16000 manat borcu var. Həmin borcu da qarşıdan gələn növbəti iki ayda tam olaraq ödəyəcəkdir. Bundan başqa digər tələbkar X5 2580 manatdan 1200 manat ödəniş etmiş, 1380 manat borcu qalmışdır. Bütün bunların nəzərə alınaraq iş üzrə inzibati işə xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs yaranmış borcundan xəbəri olmaqla heç bir üzrlü səbəb olmadan icra sənədlərini uzun müddətdir ki, icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları və inzibati xəta haqqında tərtib edilmiş 20 noyabr 2023-cü il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, yaranmış borclarından qismən də olsa ödənişlər etməsini, onun şəxsiyyətini, eləcə də bu işlə bağlı ilk dəfə məhkəmə məsuliyyətinə verilməsini və yaranmış borcunu qısa müddətdə ödəməyə söz verməsini nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2385/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2385/2023
20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver