Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2387/2025 06.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Novruzov Rafael Fərid oğlunun katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin polis sahə inspektoru, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində üç azyaşlı uşağı olan), natamam orta təhsilli, deməsinə görə Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən avtomobil təmiri sexində çilingər işləyən, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, deməsinə görə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206, 510 və 535.1-ci maddələri ilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nin polis sahə inspektoru, polis mayoru X5 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nin polis sahə inspektoru, polis mayoru X5 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, 05 noyabr 2025-ci il tarixdə saat 05:20 radələrində polis əməkdaşları yoldan çıxmış maşın görərək həmin maşına yaxınlaşmışlar və əməkdaşlar yaxınlaşarkən, Şəxs polis əməkdaşlarını görüb qaçmışdır. Sonradan o saxlanılaraq Polis Bölməsinə gətirilərkən maşının içərisində polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmişdir. Xidməti avtomobildə olarkən maşının şüşəsini vurub sındırmışdır. Daha sonra o 10-cu Polis Şöbəsinə gətirilmiş və Polis Şöbəsində olan zaman səs-küy salıb polisin ünvanına nalayiq ifadələr işlətməyə davam edərək Növbətçi Hissənin iş rejimini 25-30 dəqiqə kobud şəkildə pozmuş, şöbə əməkdaşlarına qarşı kobud hərəkətlər edərək, hədə-qorxu gəlmişdir. O, nizam-intizama dəvət edilsə də polisin qanuni tələblərinə tabesizlik göstərmiş, X6 Hissəsinin giriş qapısına əl, ayaq və başla zərbələr endirmişdir. Müayinə zamanı onda narkotik vasitələrdən istifadə etməsi müəyyən edilmiş, eləcə də narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaqla narkomaniya xəstəliyi aşkar olunmuşdur. O izahatında daha sonra bildirmişdir ki İXM-nin 206-cı, 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinən Şəxs 05 noyabr 2025-ci il tarixdə saat 05:15-də inzibati qaydada tutulmuşdur. Bundan sonra bütün bunlara əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı, 510-cu və 535.1-ci maddələri ilə 06 noyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati protokol tərtib edilmişdir. Odur ki, protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında törətdiyi əməli etiraf edərək bildirmişdir ki, metamfetamin və nəşəni siqaret formasında istifadə etmişdir. 05 noyabr 2025-ci il tarixdə ** KC *** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə Qobustandan Lökbatana gələrkən yolda idarəetməni itirmiş, avtomobil yoldan çıxmışdır. Bu zaman polis əməkdaşları avtomaşına yaxınlaşmışdır və polis əməkdaşları yaxınlaşarkən o qaçmışdır. Polis İdarəsində nalayiq ifadələr işlədərkən özündə olmamışdır. O öz izahatında səhvini başa düşdüyünü, törətdiyi əməldən peşiman olduğunu bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X9 Ambulator X1 05 noyabr 2025-ci il tarixli, 6945 nömrəli rəyindən aydın olur ki, müayinəyə əsasən Şəxs Kannabionidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyatına alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin məsul növbətçisi polis mayoru X7 RPİ-nin 10-cu PŞ-nin rəisinə ünvanladığı 05 noyabr 2025-ci il tarixli raportda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə 10-cu PŞ-si üzrə məsul növbətçi kimi xidmətdə olduğu zaman ÇPA və DYPŞ əməkdaşları tərəfindən gətirilmiş xx.xx.1991-ci il təvəllüdlü Bakı şəhər sakini olan, ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs, Polis Şöbəsində olan zaman səs-küy salıb polisin ünvanına nalayiq ifadələr işlədərək X3 iş rejimini 25-30 dəqiqəlik kobud şəkildə pozmuş, Şöbə əməkdaşlarına qarşı kobud hərəkətlər edərək, hədə-qorxu gəlmiş, onu nizam-intizama dəvət etsələr də o, polisin qanuni tələblərinə tabesizlik göstərməklə PŞ-in NH-in giriş qapısına ǝl, ayaq və başla zərbələr endirmişdir. İş materiallarına əlavə edilmiş “İnzibati qaydada tutma” haqqında 05 noyabr 2025-ci il tarixli protokoldan aydın olur ki, Şəxs yuxarıda qeyd olunan inzibati pozuntu ilə əlaqədar 05 noyabr 2025-ci il tarixdə saat 05:15-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və barəsində narkomaniyadan məcburi müalicənin olmasını nəzərə alaraq hesab edir ki, şəxsin barəsində inzibati həbs növündə tənbeh tədbirinin seçilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 05 noyabr 2025-ci il tarixdən, saat 05:15-dən hesablansın.
3. Şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. 4.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ RPİ-nin 10-cu PŞ-nə həvalə edilsin. 5.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən: Rufan Mürsəlov