Məhkəmə qərarları › İş №3(002)-2389/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2389/2023

11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2389/2023 11.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayət vermiş şəxs X4 iştirakı ilə, Daxili İşlər Nazirliyinin Laçın RPŞ-nın DYP-nın Yol Patrul Xidməti baş inspektoru, polis baş leytenantı X1N tərəfindən qəbul edilmiş N yanvar N0N3-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayətə Qaradağ rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, “N” saylı hərbi hissədə qeydiyyatda olan X6 ərizə ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Laçın rayonu yol patrul xidməti inspektoru polis baş leytenantı X1N tərəfindən tərtib edilmiş N yanvar N0N3-cü il tarixli, İXP5161647 saylı protokol və həmin protokol asasında tərtib edilmiş N yanvar N0N3-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. O öz şikayətində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Laçın rayonu yol patrul xidməti inspektoru polis baş leytenantı X1N tərəfindən xx.xx.N0N3cü il tarixli, TP ******* saylı qərar qəbul edilərək onu İXM-nin 3N7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 40 manat məbləğində cərimə etmişdir. Qəbul edilmiş protokol və qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin qərarda qeyd edilir ki, guya o, xx.xx.N0N3-cü il tarixdə, saat N:N0-də Laçın rayonu, Qaragöl ərazisinə gedən yolda ərazidə “Buldizer” markalı, 0N6000 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağından çıxmadan manevr etmə nəticəsində yol hərəkət qaydalarını pozmuşdur. Eyni zamanda həmin hadisə nəticəsində guya o 77PS 750 dövlət qeydiyyat nişanlı "Mitsubishi LN00” markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Həmin qərar əsasında da o inzibati xəta törətməyinə görə təqsirli bilərək "xxxx" ASC ** PS *** dövlət qeydiyyat nişanlı "Mitsubishi LN00 markalı avto nəqliyyata dəymiş ziyanın ödənilməsi üçün ona qarşı məhkəmədə iddia qaldırmışdır. Bildirmişdir ki, o, “N” saylı hərbi hissədə mühəndis yol bölüyünün 1-ci mühəndis yol tağımının 1-ci mühəndis yol manqasının buldozerçisi, kiçik çavuş kimi xidmətdə olmuşdur. “Buldizer” markalı 0N6000 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus hərbi texnika olmaqla onun adına təhkim olunmuş və o hərbi xidmətdə olduğu müddətdə istifadə etmişdir. Həmin texnikadan istifadə yalnız əmrə əsasən onun istifadəsinə verilir. Həmin texnika ilə N yanvar N0N3-cü ildə yol nəqliyyat hadisəsi törətməsinə dair protokol tərtib edilmişdir. Halbu ki, o, Müdafiə Nazirliyinə məxsus hərbi hissənin N yanvar N0N3-cü il tarixli, 15 saylı əmrinə əsasən on gün müddətinə N4 yanvar N0N3-cü il tarixə kimi məzuniyyətdə olmuşdur. N yanvar N0N3cü il tarixdə məzuniyyətdə olduğu halda onun texnikadan istifadə edərək hadisə törətməyi mümkün deyildir. Texnika yalnız hərbi hissə komandirinin əmrinə əsasən təhkim edilir. O məzuniyyətdə olduğu müddətdə isə başqa şəxslərə həvalə olunur. Bu texnika onun şəxsi mülkiyyəti deyildir. Bundan başqa hadisə barədə tərtib edilmiş protokol da saxtalaşdırılmış, onun adından imza edilmişdir. Halbuki həmin protokoldan onun xəbəri olmamış və o imza etməmişdir. Kim tərəfindənsə bütün bunlar düzəldilmiş və hətta onun adından cərimə belə ödənilmişdir. Lakin o yalnız Qaradağ Rayon Məhkəməsinə çağrıldıqda barəaində mülki iş olduğunu bildikdə bu barədə hakim tərəfindən ona məlumat verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1N1-ci və 1NN-ci maddələrinə əsasən inzibati xəta hadisəsi foto va ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barasinda icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 1NN.1-ci maddəsində asasən həmin maddədə nəzərdə tutulan foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən xətalar üzrə birbaşa elektron qarar çıxarılır. Protokol yalnız İnzibati Xətalar Məcəlləsinin 1N4-cü maddəsində nəzərdə tutulan qaydada səlahiyyətli vəzifəli şəxs bilavasitə aşkar edilen inzibati xətalar üzrə çıxarıla bilər. Onun barasində inzibati xəta səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmədiyindən, müvafiq protokolun tərtib edilməsi anlaşılmazdır. Xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aşkar edildiyi məna edilən telefon SMS-lə bildirilsə də, həmin foto və ya video materiallar elektron kabinetinə yerləşdirilməyib. Bu isə X8 38.6-ci və 1NN.3.1-ci maddələrinə ziddir. İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardır. Bu səbəbdən də barəmdə tərtib edilmiş inzibati xata haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş qərar əsassız olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.N.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin taqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.N-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən Qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanlarının və vəzifəli şəxslərinin idarə nəzarəti ilə, məhkəmə prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalat Məcəlləsinin 1N9.1.3-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X6 öz izahatında veridyi şikayəti müdafiəedərək göstərmişdir ki, “Buldizer” markalı, 0N6000 dövlət qeydiyyat nişanlı texnika hərbi hissə komandirinin daxili əmri ilə Laçın yüksəkliyində yerləşən yolu qardan təmizləmək məqəsilə istifadə üçün ona verilib və icbari sığorta olunmayıb. Belə ki, həmin buldizer Müdafiə Nazirliyinin mülkiyyətində olmaqla icbari sığorta olunmur. Bundan başqa hadisə baş verən gün o, əmək məzuniyyətində olmuşdur. Belə ki, o qeyd olunan N yanvar N0N3-cü il tarixdən bir gün əvvəl yəni, 1N yanvar N0N3-cü il tarixdə həmin texnikanı istifadə etdiyi yerdə yerləşən postun yanında saxlayaraq hərbi hissəyə qayıtmışdır. Məsafə uzaq olduğu üçün 1N yanvar N0N3-cü il tarixdə, gecə saatlarında hərbi hissəyə çatmış və səhəri gün hərbi hissə komandirinin əmri ilə N günlük məzuniyyətə getmişdir. O barəsində qəbul edilmiş inzibati protokoldan və qərardan məlumatı olmamış, həmin protokolun və qərarın tərtibində şəxsən iştirak etməmiş və həmin sənədlərdən Qaradağ rayon Məhkəməsində mülki işə baxılarkən məlumatı olmuşdur. O heç bir inzibati xəta hadisəsi törətməmişdir. Odur ki, Laçın RPŞ-nın DYP-nın Yol Patrul Xidməti baş inspektoru, polis baş leytenantı X1N tərəfindən qəbul edilmiş N yanvar N0N3-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Laçın RPŞ-nın DYPB-na rəsmi qaydada, təkrarən məlumat verilməsinə baxmayaraq həmin təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə də məhkəməyə hər hansı məlumat verilməmiş və işə aid sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işə qeyd olunan tərəfin iştirakı olmadan baxılmasını qanuna müvafiq hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Daxili İşlər Nazirliyinin Laçın RPŞ-nın DYPB-nın Yol Patrul Xidməti baş inspektoru, polis baş leytenantı X1N tərəfindən tərtib edilmiş N yanvar N0N3-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana geri qaytarılmalıdır. Şikayət ərizəsinə əlavə edilmiş N yanvar N0N3-cü il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərardan aydın olur ki, X7 N yanvar N0N3-cü il tarixdə, saat N:N0də Laçın rayonu, Qaragöl ərazisinə gedən yolda “Buldizer” markalı, 0N60OO dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə İXM-nin 1N7.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Şikayət ərizəsinə əlavə edilmiş “N” saylı hərbi hissə komandirinin N yanvar N0N3-cü il tarixli, 15 saylı Əmrindən Çıxarışdan aydın olur ki, mühəndis yol bölüyünün, birinci mühəndis yol taqımının, 1-ci mühəndis yol manqasının buldozerçisi, kiçik çavuş XN rayonunda keçirməklə N gün müddətinə, N4 yanvar N0N3-cü il tarixədək, N0N3-cü ilin növbəti məzuniyyətinə N yanvar N0N3-cü il tarixdən getmiş hesab edilmişdir. Şikayətə əlavə edilmiş iddiaçı "xxxx" ASC-nin cavabdeh X5 qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” barədə iddia ərizəsinin surətindən aydın olur ki, yuxarıda qeyd olunan yol-nəqliyyat hadisəsi ilə əlaqədar təqsirli tərəfin icbari sığortası olmadığından vurulmuş ziyan X3 tələb edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd olunan inzibati pozuntu ilə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, inzibati pozuntu ilə bağlı protokol və qərar qəbul edilərkən barəsində protokol tərtib edilmiş şəxsin həqiqətən araşdırmada iştirak etməklə hər hansı bir izahat alınmamış, qeyd olunan tarixdə şəxsin xidmətdə olmamasına baxmayaraq həmin gün onun qeyd olunan inzibati xətanı törətməsi şübhə doğurmaqla əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd olunan texnika icbari sığorta olmadan istifadə edilmişdir. Belə olan halda inzibati araşdırma aparan orqan həmin hala hər hansı bir qiymət verməməklə icbari sığorta müqaviləsini bağlamaq vəzifəsini dayışan şəxsi məsuliyyətə cəlb etməmişdir. Bundan başqa törədilməsi ehtimal olunan inzibati xəta hadisəsi ilə bağlı qərar qəbul etmiş orqan tərəfindən məhkəməyə şikayətin dəlillərini təkzib edən hər hansı bir sübut təqdim edilməmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş N yanvar N0N3-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda İXM-nin N0-cü maddəsinin tələbləri pozulmaqla inzibati xəta törətmiş X1 törətdiyi inzibati pozunutunun nədən ibarət olması (o cümlədən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, xətanın aşkar edilməsi zamanı mütəxəssis rəyindən və xüsusi texniki vasitələrdən istifadə edilib-edilməməsi, protokol tərtib edilərkən şəxsin iştirak edib-etməməsi, onun hüquq və vəzifələrinin izah edilməsi və sair bir çox halları) müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin N0.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; N0.1.N. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; N0.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; N0.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; N0.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; N0.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; N0.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; N0.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; N0.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; N0.1.N. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafeləriniq orumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə köməkedən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq belə nəticəyə gəlmişdir ki, X6 barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.N-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X4 pozulmuş hüquqlarının təmin edilməsi məqsədi ilə Laçın RPŞ-nın DYPB-nın yol patrul xidməti inspektoru, polis baş leytenantı X1N tərəfindən tərtib edilmiş N yanvar N0N3-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 1N8, 1N9, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X6 barəsində Laçın RPŞ-nın DYPB-nın yol patrul xidməti inspektoru, polis baş leytenantı X1N tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında N yanvar N0N3cü il tarixli TP ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan N (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar