Məhkəmə qərarları › İş №3(002)-2389/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2389/2025

07.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2389/2025 07.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızı, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31004157 saylı inzibati tənbeh haqqında qərarından verdiyi şikayətə baxılmağa hazırlanması zamanı, məhkəmə MÜƏYYƏNETDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəs tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31004157 saylı inzibati tənbeh haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi adiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azemisdən əldə olunmuş məlumatdan aydın olur ki, X1nun yaşayış yeri ünvan 1 ünvanıdır. Beləliklə, məhkəmə, istinad olunan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-1-ci maddəsinin tələbini və inzibati tənbehvermə haqqında qərardan şikayət vermiş şəxsin yaşayış yerini nəzərə alaraq hesab edir ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş iş materialları baxılması üçün ərazi aidiyyəti üzrə Daşkəsən Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31004157 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət baxılması üçün ərazi aidiyyəti üzrə Daşkəsən Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar