Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2392/2023 28.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Bakı Baş Gömrük İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Şəxs MMC-nin (Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad ŞTQ, ünvan 1 ünvanında qeydiyyatda olan, VÖEN **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara və inzibati xəta haqqında protokola əsasən, Bakı Bas Gömrük İdarəsinin Rəsmiləsdirmə Mərkəzindən daxil olmuş 3- 33-3-1-023678/2023 saylı, xx.xx.2023-cü il tarixli raporta əsasən, Şəxs MMC-nin adına Çin Xalq Respublikasından RB335BB/MM614N nömrəli nəqliyyat vasitəsində, xx.xx.2023cü il, ZTQ********** faktura sənədi ilə idxal olunan yükə dair təqdim edilmiş faktura sənədində malın vahidinə olan faktura qiymətində uyğunsuzluq aşkarlanmışdır.Belə ki, xx.xx.2023-cü il tarixli, ZTQ********** nömrəli proforma invoys sənədində “50kwh 48v 100ah rackery battery” adlı mal 1000 USD bəyan edilsə də, müşayiət sənədlərinə skan edilmiş, eyni nömrə və tarixli proforma invoys sənədində 1571 USD olaraq göstərildiyi aşkar edilmişdir.İş üzrə araşdırma zamanı “Rəsmiləşdirmə mərkəzindən daxil olmuş 3-33- /3-1-023678/2023 nömrəli, xx.xx.2023-cü il tarixli raportun icrası ilə əlaqədar "Helind Enerji” MMC-nin əməlinə hüquqi qiymətin verilməsi məqsədi ilə Çin Xalq Respublikasından RB335BB/MM614N nömrəli yük nəqliyyat vasitəsində xx.xx.2023-cü il, ZTQ********** nömrəli invoys üzrə idxal edilmiş və Bakı Baş Gömrük İdarəsində **********9728 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmis malların Şəxs MMC-nin nümayəndəsinin iştirakı ilə yoxlanılmasını, faktiki idxal edilən mallarla gömrük orqanına bəyan edilmis malların eyniləşdirilməsinin aparılaraq hər hansı uyğunsuzluq və gömrük orqanına bəyən edilməyən malların olub-olmadığının müəyyən edilməsi barədə xx.xx.2023-cü il tarixli, 3-33-/3-1-023985/2023 nömrəli raportla sorğu verilmiş, həmin sorğuya cavab olaraq **********39728 sorğu nömrəli gömrük bəyannaməsi və ZTQ********** nömrəli, xx.xx.2022-ci il tarixli invoys üzrə eyniləşdirilmə aparılmış, yoxlama zamanı bəyan olunmayan 2 ədəd avadanlıq üçün təkərli altlıq aşkar olunduğu, digər malların bəyannamə ilə uyğunluq təşkil etdiyi müəyyən olunmuşdur.Qeyd olunan raportun məzmunundan görünür ki, Şəxs MMC tərəfindən 2 ədəd avadanlıq üçün təkərli altlıq yükü gömrük orqanına bəyan edilməmiş, həmçinin, **********9728 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində bəyan edilmiş Çin Xalq Respublikası istehsalı olan 8 ədəd "5kwh 48 v 100ah rackery battery İFR48-1000 voltaqe’' xüsusiyyətləri olan litium-ionlu akkumulyatorlar, 600 ədəd “Lifepo4 32700 1C, 6ah” xüsusiyyətləri olan litium-ionlu akkumulyatorlar və bəyannamənin 2-ci mal mövqeyində bəyan edilmiş 1 ədəd “hvbrid inverter” yükünün dəyərində sübhə yaranmışdır.Bununla əlaqədar, Şəxs MMC tərəfindən gömrük orqanına bəyan edilməyən və dəyərində şübhə yaranan malların dəyəri işin halları ilə uyğun olub-olmamasının və əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədi ilə xx.xx.2023-cü il tarixli, 3-33-1100/2- 009011/2023 nömrəli məktubla Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə müraciət olunmus, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 3-33-1100/1- 129814/2023 nömrəli xx.xx.2023-cü İİ tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş Şəxs MMC tərəfindən gömrük orqanına bəyan edilməyən 1 ədəd avadanlıq üçün təkərli altlıq yükünün xx.xx.2023-cü il tarixə orta bazar qiyməti təxminən 50 manat olmaqla, ümumilikdə 2 ədədinin qiyməti 100 manat, dəyərindən şübhə yaranan, ekspertiza tədqiqatına təqdim olunan, **********9728 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində bəyan edilmiş Çin Xalq Respublikası istehsalı olan 8 ədəd “5kwh 48 v 100ah rackery battery İFR48-1000 voltaqe’’ xüsusiyyətləri olan litium-ionlu akkumulyatorlar yükünün 1 ədədinin qiyməti 2750 manat olmaqla, ümumilikdə 22000 manat, 600 ədəd “Lifepo4 32700 1C, 6ah" xüsusiyyətləri olan litium-ionlu akkumulyatorlar yükünün 1 ədədinin qiyməti 5.40 manat olmaqla, ümumilikdə 3240 manat və bəyannamənin 2-ci mal mövqeyində bəyan edilmiş 1 ədəd “hybrid inverter” yükünün qiyməti 1500 manat olmaqla cəmi 26840 manat təşkil etdiyi müəyyən olunmuşdur.Yuxarıda göstərilənləri nəzərə alaraq, "xxxx" MMC tərəfindən gömrük orqanına bəyan edilməyən 1 ədəd avadanlıq üçün təkərli altlıq yükünün xx.xx.2023-cü il tarixə orta bazar qiyməti təxminən 50 manat olmaqla, ümumilikdə 2 ədədinin qiyməti 100 manat, dəyərindən şübhə yaranan, ekspertiza tədqiqatına təqdim olunan, **********9728 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində bəyan edilmiş Çin Xalq Respublikası istehsalı olan 8 ədəd “5kwh 48 v 100ah rackery battery İFR48-1000 voltaqe" xüsusiyyətləri olan litium-ionlu akkumulyatorlar yükünün 1 ədədinin qiyməti 2750 manat olmaqla, ümumilikdə 22000 manat, 600 ədəd “Lifepo4 32700 1C, 6ah” xüsusiyyətləri olan litium-ionlu akumulyatorlar yükünün 1 ədədinin qiyməti 5.40 manat olmaqla, ümumilikdə 3240 manat və bəyənnamənin 2-ci mal mövqeyində bəyan edilmiş 1 ədəd "hybrid inverter" yükünün qiyməti 1500 manat olmaqla cəmi 26840 manat təşkil etdiyi təqdirdə həmin yüklərin gömrük rəsmiləşdirilməsi zamanı əlavə ödəniləcək gömrük ödənişlərinin yaranıb-yaranmaması və yarandığı halda həmin ödənişlərin məbləği barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün Rəsmiləşdirmə Mərkəzinə 3-33-/3-1-029952/2023 nömrəli xx.xx.2023-cü il tarixli raportla müraciət olunmuş, həmin müraciətə cavab olaraq Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-/3-1-031304/2023 nömrəli xx.xx.2023-cü il tarixli raporta əsasən müəyyən olunmuşdur ki, "xxxx" MMC tərəfindən **********9728 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların dəyərinin müəyyən edilməsi məqsədilə Ədlivvə Nazirlivi Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 3-33-1100/2-009011/2023 nömrəli, xx.xx.2023-cü il tarixli rəyə əsasən Çin istehsalı olan 8 ədəd “5kwh 48 v 100ah rackery battery İFR48-1000 voltaqe" xüsusiyyətləri olan litium-ionlu akkumlyatorlar, 600 ədəd “Lifepo4 32700 1C 6ah” xüsusiyyətləri olan litium-ionlu akkumlyatorlar, 1 ədəd “hybrid inverter” xx.xx.2023-cü il tarixə orta bazar qiyməti 26840 manat olduğu təqdirdə gömrük ödənişlərində fərq yaranmır. “HELİND ENERJİ" MMC tərəfindən **********9728 sorğu nömrəli bəyannaməsində bəyan olunmayan 1 ədəd avadanlıq üçün təkərli altlıq yükünün xx.xx.2023-cü il tarixə orta bazar qiyməti 100 manat olduğu təqdirdə, əlavə olaraq 10.50 manat idxal rüsumu,14.49 manat əlavə dəyər vergisi ödənişi olmaqla ümumilikdə 24.99 manat yaranır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib edən orqan işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki Şəxs MMC tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallarla tam təsdiq olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallardan əlavə, bəyan olunmayan ümumi dəyəri 100 manat təşkil edən 2 ədəd avadanlıq üçün təkərli altlıq yükü aşkar olunmuş, bununla da qeyd edilən hərəkətlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə tövsif olunmalı və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat zamanı toplanmış sənədləri tədqiq edərək hesab edir ki, hüquqi şəxs olan Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin maddə ilə müəyyən edilmiş sanksiya çərçivəsində barəsində cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin malların dəyərinin yəni, 100 (yüz) manat məbləğinin 40 (qırx) faizi, yəni 40 (qırx) manat miqdarında cərimə edilsin. Şəxs MMC-dən aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat tutularaq dövlət nəfinə keçirilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-2392/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2392/2023
28.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver